Məhkəmə qərarları › İş №2(060)-5307/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5307/2020

11.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5307/2020 11.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı İddiaçı Azərbaycan Respublikası İN yanında ƏMDX-nin Sumqayıt ərazi İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İN yanında ƏMDX-nin Sumqayıt ərazi İdarəsinə qarşı tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək MN ******* nömrəli xx xxxx 2020ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qanunsuz hesablanmış 800 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, həmin iddianın mülki məhkəmə icraatı qaydasında icraata qəbul edilib baxılması yol verilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında işüzrə qərar qəbul edilmişşəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə 129.1.3-cu maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstiusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair» xx xxxxxxx 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərəşamil edilmir. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinəəsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda şərh olunalara əsasən məhkəmə bu nəticəyə gəlir ki, ərizə və ona əlavə edilmiş sənədləri qəbul etməkdən imtina edilməlidir. İddiaçıya inzibati xəta haqqında iş üzrə qərardan İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq şikayə tvermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Azərbaycan Respublikası İN yanında ƏMDX-nin Sumqayıt ərazi İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair ərizəni qəbul etməkdən imtina edilsin. İddiaçıya inzibati xəta haqqında iş üzrə qərardan İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq şikayət vermək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar