Məhkəmə qərarları › İş №2(060)-5308/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5308/2020

16.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5308/2020 16.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4. Cavabdeh5 tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən, 4 nömrəli evin, 31 saylı mənzilinin boşaldılması və qeyd olunan əmlakın İddiaçı ASC-yə təhvil verilməsi və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 həmin mənzilə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-88/2018 saylı qətnaməsinə əsasən, X2 xx xxxxxx 2014-cü il tarixli, İK N-5201/f-14 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 44137.37 manat əsas borc, 9272.36 manat faiz borcu, 106.14 manat cərimə borcu, xx xxxxxx 2014-cü il tarixli, KK N-203/K-14 saylı kredit müqaviləsi üzrə 1952.21 manat əsas, 356.70 manat faiz, 50.27 manat cərimə, 61 manat dövlət rüsumu, cəmi 55936.05 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən, 4 nömrəli evin, 31 saylı mənzilinin ilkin satış qiymətinin 83000 manat məbləğində müəyyən edilməsi və ipoteka predmetinin açıq hərracdan satılması, mənzilin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına X4 banka olan borcunun ödənilməsi qət edilmişdir. Əmlak Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 126/16 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən “X3 Mərkəzi" MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə Banka təklif olunmuşdur. İddiaçı ASC tərəfindən mənzilin alınması təklifi qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışa (Reyestr nömrəsi - **********78-093008, Qeydiyyat nömrəsi **********) əsasən yuxarıda göstərilən əmlak mülkiyyət hüququ əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. Bank tərəfindən mənzilin boşaldılması və Banka təhvil veriməsi üçün əmlakın əvvəlki mülkiyyətçisinə pretenziya məktubu göndərilsə də, bu heç bir nəticə verməmişdir. Beləliklə də, Bankın mülkiyyət hüquqlarına müdaxilə edilmiş olur. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə “mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur”. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X6 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, bankla tərəflər arasında əldə edilmiş razılığa əsasən cavabdehlər hazırda banka olan ödənişlərini davam etdirirlər. Tərəflər arasında bununla bağlı hər hansı mübahisə yoxdur. Sadəcə olaraq bank öz hüquqlarından istifadə hazırki tələb üzrə müvafiq qətnamə qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə Cavabdeh3 iddia tələbi ilə bağlı bildirdi ki, İddiaçı ASC ilə X8 arasında xx xxxxxx 2014-cü il tarixli, İK N-5201/f-l 4 saylı kredit müqaviləsi bağlanmış və sözügedən kredit müqaviləsinin təminatı olaraq ona məxsus Sumqayıt şəhəri, 1-ci məhəllədə istifadədə olan 0,15 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 4 mərtəbəli binanın 4-cü girişində, 4-cü mərtəbəsində, 77,58 kv.m ümumi, 53.06. kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 31 nömrəli mənzil girov qoyulmuşdur. Kredit borcu vaxtında icra edilmədiyi üçün iddiaçı təşkilat ona və X5 qarşı iddia qaldırmış və X7 2(060)-8096/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Daha sonra həmin qətnamədən apelyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-88/2018 saylı qətanməsi ilə apelyasiya şikayəti qismən təmin edilmişdir. Hazırda mübahisə predmeti olan mənzildə səkkiz nəfər qeydiyyatdadır. Onlar bankla qarşılıqlı razılığa gəliblər. Bu məqsədlə də o, hər ay 700 manat məbləğində pul ödəyir, ödənişlərini dayandırmır. Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-88/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8096/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X2 xx xxxxxx 2014-cü il tarixli, İK N-5201/f-l 4 saylı kredit müqaviləsi üzrə 44.137 (qırx dörd min yüz otuz yeddi) manat 37 qəpik əsas borc, 9.272 (doqquz min iki yüz yetmiş iki) manat 36 qəpik faiz borcu, 106 (bir yüz altı) manat 14 qəpik cərimə, cəmi 53.515 (əlli üç min beş yüz on beş) manat 87 qəpik, xx xxxxxx 2014-cü il tarixli, KK N-203/K-14 saylı kredit kartı müqaviləsi üzrə borc üzıə 1.952 (bir min doqquz yüz əlli iki) manat 21 qəpik əsas, 489 (dörd yüz səksən doqquz) manat faiz və 50 (əlli) manat 27 qəpik cərimə borcu, cəmi 2.491 (iki min dörd yüz doxsan bir) manat 48 qəpik, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 31 (otuz bir) manat xidmət haqqı və rüsum, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti Cavabdeh3 məxsus olan (DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış seriya MH 0017803, reyestr nömrəsi **********8- 0510-093008, Qeydiyyat nömrəsi ********* olan çıxarışa əsasən) Sumqayıt şəhəri, 1-ci məhəllədə istifadədə olan 0,15 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 4 mərtəbəli binanın 4-cü girişində, 4-cü mərtəbəsində, 77,58 kv.m ümumi, 53.06. kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 31 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin hərracda ilkin satış qiyməti 80.000 (səksən min) manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunmuş pul məbləğinin cavabdeh X4 İddiaçı ASC-nə olan borcunun ödənilməsinə yönəldilməsi və borc ödənildikdən sonra mənzilin satışından artıq qalan məbləğin Cavabdeh3 qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)88/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən, Apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi xx xxxxxx 2014-cü il tarixli KK 203/K-14 saylı kredit müqaviləsi üzrə əsas borca hesablanmış faiz məbləğinin tutulması və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, xx xxxxxx 2014-cü il tarixli KK 203/K-14 saylı kredit müqaviləsi üzrə cavabdeh X2 tutulmalı olan əsas borca hesablanmış faiz məbləği dəyişdirilərək cavabdeh X2 356 (üç yüz əlli altı) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaitinin alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 1-ci məhəllədə istifadədə olan 0,15 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 4 mərtəbəli binanın 4-cü girişində, 4-cü mərtəbəsində, 77,58 kv.m. ümumi, 53.06 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 31 nömrəli mənzilin ilkin satış qiymətinin 83.000 (səksən üç min) manat müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-4768/2018 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)88/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərar alınmışdır. İş materiallarında olan “X3 Mərkəzi” Hərracın nəticələri haqqında Y-241/5 nömrəli protokolun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 1-ci məhəllə, 4 saylı evin 31 saylı mənzilini 83 000 manata almışdır. İşdə olan çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 4, mənzil 31 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına **********78- 05101-093008 daşınmaz əmlakın reyestr nömrəsinə əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş elektron informasiya sistemindən çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Mahmudlu X9 şəhəri, 1ci məhəllədə yerləşən, 4 nömrəli evin, 31 saylı mənzilində qeydiyyatdadırlar. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmış, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8096/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması qət olunmuşdur. Sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmuş və Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 4, 31 saylı mənzil açıq hərracdan İddiaçı ASC tərəfindən alınmış və iddiaçının hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə qeydiyyata alınaraq ona çıxarış verilmişdir. Lakin hazırkı vaxta qədər cavabdeh və onun ailə üzvləri mübahisəli mənzildən könüllü olaraq çıxmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması İddiaçı ASC-nin göstərilən mənzillə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Göstərilənlərə əsasən, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Mahmudlu X9 şəhəri, 1-ci məhəllədə yerləşən 4 saylı evin 31 saylı mənzilindən çıxarılmalı və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən 4 saylı evin 31 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Mahmudlu X9 şəhəri, 1-ci məhəllədə yerləşən 4 saylı evin 31 saylı mənzilindən çıxarılsınlar. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Mahmudlu X9 şəhəri, 1-ci məhəllədə yerləşən 4 saylı evin 31 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar