Məhkəmə qərarları › İş №2(105)-816/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-816/2021

06.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-816/2021 06.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1,, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5308/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5308/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən 4 saylı evin 31 saylı mənzilindən çıxarılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən 4 saylı evin 31 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5308/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4. Cavabdeh5 tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən, 4 nömrəli evin, 31 saylı mənzilinin boşaldılması və qeyd olunan əmlakın İddiaçı ASCyə təhvil verilməsi və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 həmin mənzilə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə iddianı təmin edərkən mübahisəli mənzilin iddiaçı təşkilat tərəfindən alınması, mənzilə iddiaçının hüquqlarının DƏDRX tərəfindən qeydiyyata alınaraq çıxarış verilməsini, həmin çıxarışa əsasən iddiaçının hüquqlarının pozulmasını göstərmişdir. Lakin məhkəmə iclasında iddiaçının nümayəndəsi də cavabdehlərlə aralarında razılıq olduğunu, cavabdehlərin hazırda banka ödənişləri ödədiklərini bildirmişdir. Ödənişlərin davam etdirildiyi halda onların yeganə yaşayış yerindən məhrum edilmələri ədalətsizdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5308/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətini müdafiə edib, digər cavabdehin izahatını təsdiq edərək apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5308/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apelyasiya şikayətini müdafiə edib, digər cavabdehin izahatını təsdiq edərək apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5308/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apelyasiya şikayətini müdafiə edib, digər cavabdehin izahatını təsdiq edərək apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5308/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək göstərdi ki, məhkəmə qətnaməsi ilə cavabdehlərdən tələb olunan borcun əvəzinə tutma mübahisəli mənzilə yönəldilmiş, mənzil açıq hərracda satılmış və təmsil etdiyi təşkilat tərəfindən alınmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışa (Reyestr nömrəsi - **********78-093008, Qeydiyyat nömrəsi **********) əsasən yuxarıda göstərilən əmlak mülkiyyət hüququ əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. Bank tərəfindən mənzilin boşaldılması və Banka təhvil veriməsi üçün əmlakın əvvəlki mülkiyyətçisinə pretenziya məktubu göndərilsə də bu heç bir nəticə verməmişdir. Cavabdehlərin iddiaçı təşkilata məxsus mənzildə yaşamaları mülkiyyətiçinin hüquqlarını pozur. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5308/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə cavabbeh Cavabdeh5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5308/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyşdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-88/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)8096/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X2 xx xxxxxx 2014-cü il tarixli, İK N-5201/f-l 4 saylı kredit müqaviləsi üzrə 44.137 (qırx dörd min yüz otuz yeddi) manat 37 qəpik əsas borc, 9.272 (doqquz min iki yüz yetmiş iki) manat 36 qəpik faiz borcu, 106 (bir yüz altı) manat 14 qəpik cərimə, cəmi 53.515 (əlli üç min beş yüz on beş) manat 87 qəpik, xx xxxxxx 2014-cü il tarixli, KK N- 203/K-14 saylı kredit kartı müqaviləsi üzrə borc üzıə 1.952 (bir min doqquz yüz əlli iki) manat 21 qəpik əsas, 489 (dörd yüz səksən doqquz) manat faiz və 50 (əlli) manat 27 qəpik cərimə borcu, cəmi 2.491 (iki min dörd yüz doxsan bir) manat 48 qəpik, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 31 (otuz bir) manat xidmət haqqı və rüsum, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin İddiaçı ASCnin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti Cavabdeh3 məxsus olan (DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış seriya MH 0017803, reyestr nömrəsi **********8-0510-093008, Qeydiyyat nömrəsi ********* olan çıxarışa əsasən) Sumqayıt şəhəri, 1-ci məhəllədə istifadədə olan 0,15 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 4 mərtəbəli binanın 4-cü girişində, 4-cü mərtəbəsində, 77,58 kv.m ümumi, 53.06. kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 31 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin hərracda ilkin satış qiyməti 80.000 (səksən min) manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunmuş pul məbləğinin cavabdeh X4 İddiaçı ASC-nə olan borcunun ödənilməsinə yönəldilməsi və borc ödənildikdən sonra mənzilin satışından artıq qalan məbləğin Cavabdeh3 qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)88/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi xx xxxxxx 2014-cü il tarixli KK 203/K14 saylı kredit müqaviləsi üzrə əsas borca hesablanmış faiz məbləğinin tutulması və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, xx xxxxxx 2014-cü il tarixli KK 203/K-14 saylı kredit müqaviləsi üzrə cavabdeh X2 tutulmalı olan əsas borca hesablanmış faiz məbləği dəyişdirilərək cavabdeh X2 356 (üç yüz əlli altı) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaitinin alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 1-ci məhəllədə istifadədə olan 0,15 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 4 mərtəbəli binanın 4-cü girişində, 4-cü mərtəbəsində, 77,58 kv.m. ümumi, 53.06 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 31 nömrəli mənzilin ilkin satış qiymətinin 83.000 (səksən üç min) manat müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-4768/2018 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)88/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərar alınmışdır. İş materiallarında olan “X3 Mərkəzi” Hərracın nəticələri haqqında Y-241/5 nömrəli protokolun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 1-ci məhəllə, 4 saylı evin 31 saylı mənzilini 83 000 manata almışdır. İşdə olan çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 4, mənzil 31 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına **********78- 05101-093008 daşınmaz əmlakın reyestr nömrəsinə əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş elektron informasiya sistemindən çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən, 4 nömrəli evin, 31 saylımənzilində qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına əsasən tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmasını, cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8096/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması qət olunmasını, sözügedən qətnamənin qanuni qüvvəyə mindikdən sonra icra olunması, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 4, 31 saylı mənzilin açıq hərracdan İddiaçı ASC tərəfindən alınması, iddiaçının hüquqlarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə qeydiyyata alınaraq ona çıxarış verilməsini, hazırkı vaxta qədər cavabdeh və onun ailə üzvlərinin mübahisəli mənzildən könüllü olaraq çıxmamalarını müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, məhkəmə qətnaməsi ilə cavabdehlərdən tutulmalı borca görə mübahisəli mənzilə tutma yönəldilmiş, həmin məhkəmə qətnamələri qanuni qüvvəsini almış, daha sonra mübahisəli mənzil hərracda satılmış və iddiaçı təşkilat tərəfindən alınmışdır. Bundan sonra mənzilə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə qeydiyyata alınaraq ona çıxarış verilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil iddiaçı təşkilatın mülkiyyətinə keçsə də cavabdehlər mübahisəli mənzildən könüllü çıxmamışdır.Belə olan halda, iddiaçı təşkilat mülkiyyətində olan mənzilə dair hüquqlarını həyata keçirə bilməmişdir Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, mübahisəli mənzil iddiaçı təşkilatın mülkiyyətindədir və cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda olmaları və yaşamaları iddiaçının mənzilə dair mülkiyyət hüquqlarından irəli gələn hüquqlarını həyata keçirməsinə maneə yaranır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apelyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələr kimi qəbul edilməlidir və şikayətin dəlilləri qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5308/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5308/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar