Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5322/2021 30.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2400 manat borc pulun və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh ondan 07.08.2019-cu il tarixində evində və işində yaranan problemlərin həlli üçün 400 manat, 13.11.2019-cu il tarixində isə 2000 manat, ümumilikdə 2400 manat məbləğində borca pul almışdır. Cavabdeh 400 manat məbləği 23.08.2019-cu il tarixədək, 1000 manat məbləği 22.11.2019-cu il tarixədək, qalan 1000 manatı isə 28.11.2019-cu il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən iddia edilən borc məbləğindən hazırki vaxtadək heç bir məbləğ qaytarılmamışdır. Məhkəməyə təqdim etdiyi cavabdeh tərəfindən yazılmış qəbzlər cavabdehin ondan borc pul götürdüyünü təsdiq edir. İddiaçının həmçinin göstərdi ki, 2000 manat borcun cavabdehin atası tərəfindən ona qaytarılması barədə cavabdehin göstərdikləri doğru deyildir, cavabdehin bu bildirdiyi heç bir sübuta əsaslanmır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maaddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 23 avqust 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında göstərdi ki, iddia tələbini qismən qəbul edir, o, müxtəlif vaxtlarda iddiaçıdan hissə-hissə, cəmi 2400 manat borc pul almışdır. İddia ərizəsinə əlavə edilmiş borc pulun götürülməsi barədə qəbzləri o, yazmışdır, imza ona məxsusdur, qəbzlərin doğruluğunu qəbul edir. O, maddi vəziyyəti ilə əlaqədar vəd etdiyi müddətdə borcu qaytara bilməmişdir. Lakin, sonra atası 2000 manatı iddiaçıya onun əvəzindən ödəmişdir. Onun iddiaçıya cəmi 400 manat borcu qalmışdır. Həmin hissədə iddianı qəbul edir. Maddi imkanı olan kimi borcunu qaytaracaqdır. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində gösərdi ki, tərəfləri tanıyır. Təxminən iki ilə əvvəl cavabdeh ona müraciət edərək ona təcili pul lazım olduğunu bildirdi, o, iddiaçıdan xahiş edərək cavabdeh borc pul verilməsində köməklik edilməsini xahiş etmiş və bu məqsədlə Taleh ilə İddiaçı tanış etmişdir. Eşitdiyinə görə iddiaçı Talehə cəmi 2400 manat borc pul vermişdir. Lakin, Taleh vəd etdiyi müddətdə borcu qaytarmamış, bu barədə iddiaçı ona bildirmiş, o da Talehlə əlaqə saxlamış, sonuncu borcunu qaytaracağını demişdir. Lakin, onda olan məlumata görə indiyədək Taleh borcunu qaytarmamışdır. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı 07.08.2019-cu il tarixdə 400 manat (23.08.2019-cu il tarixdə qaytarmaq şərtilə), 13.11.2019-cu il tarixdə 2000 manat (1000 manatını 22.11.2019-cu il tarixdə, qalan 1000 manatı 28.11.2019-cu il tarixdə qaytarmaq şərtilə) məbləğində borc pul götürərək qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər aralarında borc müqaviləsi bağlanmasa da borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, cavabdeh iddianın əsası olaraq göstərilən qəbzləri yazmaqla borcu etiraf etmişdir. Məhkəmə araşdırlması zamanı cavabdeh həmin qəbzləri mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında borc ilə bağlı münasibətlər yarandığından mübahisə Mülki Məcəllənin «Öhdəliklərin icrası» və «Barışıq razılaşması və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə» fəslində nəzərdə tutulan müddəalar çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882.-ci maddəyə əsasən. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə mülki qanunvericiliyin şərh olunan maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddia təmin edilməli, 2400 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin 2000 manatın qaytarılması barədə etirazını əsassız hesab edir. Belə ki, cavabdehin bu barədə bildirdikləri şifahi göstərdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Məhkəmə tərəfindən vaxt verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və etirazını əsaslandığı hallarla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5322/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5322/2021
30.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver