Məhkəmə qərarları › İş №2(060)-5324/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5324/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5324/2022 19.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Maraqlı şəxs qismində işə cəlb etməklə Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Maraqlı şəxs qismində işə cəlb etməklə Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış va Maraqlı şəxsndə notarial qaydada təsdiq edilmiş 12 yanvar 2021-ci il tarixli AN-İ №0909979 daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi və onun üzərində yerləşən Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3827 ünvanında yerləşən ümumi sahəsi 214.76 kv.m olan bağ evinin boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 12 yanvar 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə Maraqlı şəxsndə notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi və onun üzərindəki Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3827 ünvanında yerləşən ümumi sahəsi 214.76 kv.m olan bağ evinin nisyə alqı-satqı qaydasında 35000 manata Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 5000 manat məbləğində pulu alqı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının - İddiaçı ASCnin hesabına ödəyır, qalan 30000 manatı isə hər ay 500 manat olmaqla xx.xx.2026-cı il tarixədək “Yelo Bank“ Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 5000 (beş min) manat məbləğində vəsait İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənildikdən sonra ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi və onun üzərindəki Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3827 ünvanında yerləşən ümumi sahəsi 214.76 kv.m olan bağ evi Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq, Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı ”Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə lazımi qaydada ödəniş edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 12 yanvar 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin həmin müqavilənin digər şərtinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu xx.xx.2022-ci il tarixdə Cavabdeh poçt vasitəsilə göndərilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı ”Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə lazımi qaydada ödəniş edilməmiş, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi və onun üzərində yerləşən Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3827 ünvanında yerləşən ümumi sahəsi 214.76 kv.m olan bağ evi boşaldılaraq Banka təhvil verilməmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi və onun üzərindəki Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3827 ünvanında yerləşən ümumi sahəsi 214.76 kv.m olan bağ evi boşaldılaraq Banka təhvil verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: AZ-İ seriyalı ******* saylı 12 yanvar 2021-ci il tarixli “Daşınmaz əmlakın Nisyə alqısatqı müqaviləsinin” notaril qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ona məxsus Sumqayıt şəhəri, Saray Bağlar massivi, B-3827 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini və onun üzərindəki Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3827 ünvanında yerləşən, ümumi sahəsi 214.76 kv.m olan bağ evini Cavabdeh mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı № ******* Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, Saray Bağlar massivi, B-3827 ünvanında yerləşən bağ evi xüsusi mülkiyyət hüququ ilə "xxxx" İKB ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə, 4 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-10909979 №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixinə qrafik üzrə ödənilməmiş borc məbləği 4160 manat təşkil edir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 12 yanvar 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş daşınmaz əmlakı cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. İşin materiallarından və iddiaçının nümayəndəsinin izahatından müəyyən edilir ki, daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ilə 35000 manata Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 5000 manat məbləğində pulu alqı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının - İddiaçı ASC-nin hesabına ödəyir, qalan 30000 manatı isə hər ay 500 manat olmaqla xx.xx.2026-cı il tarixədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri ödəməmişdir. Hazırda iddiaçı müqavilə şərtləri cavabdeh tərəfindən pozulduğuna görə müqavilənin ləğv edilməsini, mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyirinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzıfələnn müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almadan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəyə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə işin faktiki hallarına şərh olunan hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 yanvar 2021-ci il tarixli Daşınmaz əmlakın Nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Saray Bağlar massivi, B-3827 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsi və üzərindəki Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3827 ünvanında yerləşən ümumi sahəsi 214.76 kv.m olan bağ evi boşaldılaraq iddiaçı YeloBank” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə ödənilmiş dövlət rüsumu MPM-nin 119-cu maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 yanvar 2021-ci il tarixli Daşınmaz əmlakın Nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Saray Bağlar massivi, B-3827 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsi və üzərindəki Sumqayıt şəhəri, Saray bağlar massivi, B- 3827 ünvanında yerləşən ümumi sahəsi 214.76 kv.m olan bağ evi boşaldılaraq iddiaçı YeloBank” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar