Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5329/2024 07.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh «Sumqayıt Tibb Mərkəzi» X10 nümayəndəsi Nümayəndə Fizuli qızının iştirakları ilə, İddiaçı cavabdeh «Sumqayıt Tibb Mərkəzi» X6rşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh «Sumqayıt Tibb Mərkəzi» X6rşı iddia qaldıraraq, cavabdeh Sumqayıt Tibb Mərkəzi PHŞ-dən onun işdən qanunsuz çıxarılmağı nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 36067 manat pulun, mənəvi ziyana görə 20000 manat məbləğində pulun, məhkəməyə dövlət rüsumu kimi ödədiyi vəsaitin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh «Sumqayıt Tibb Mərkəzi» X8 əsas borca görə dəymiş ziyanın 28400 manat yox, 35000 manat təşkil edirmiş, bundan başqa covid virusu ilə bağlı işlərin yerinə yetirilməsi ilə əlaqədar həmin işçilər təxminən 12200 manat da vəsait almışlar, bundan başqa o, porter (sanitar) işini icra etmiş və onun bu 5 ildə həmin vəzifəni icra etməməyi ilə bağlı ona ümumilikdə 6000 manat maddi ziyan dəymişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Səhiyyə şöbəsinin Mərkəzi Qarajında 16 ildən artıq sürücü kimi çalışmış, lakin 2018-ci ildə haqsızlıqla üzləşərək qeyriqanuni şəkildə işdən çıxarılmış və pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(060)- 5596/2019 saylı qətnaməsi ilə onun cavabdeh Sumqayıt şəhər Səhiyyə şöbəsi Mərkəzi Qaraja qarşı intizam tənbehi haqqında əmrlərin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmənin qəbul etdiyi qətnamə ilə razı olmadığı üçün ondan apellyasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixli 2(105)-3990/2019 saylı qətnaməsinə əsasən onun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə razı olmadığı üçün ondan kassasiya şikayəti vermiş və işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin VİK-sı 11 avqust 2020-ci il tarixli Qərarı ilə həmin qətnaməni ləğv etmiş və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarmışdır. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-22/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış və həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın xx.xx.2022-ci il tarixli, 2(102)-4602/2022 saylı Qərarı ilə onun kassasiya şikayəti təmin edjlmiş və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 707/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(060-2886/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə onun cavabdeh Sumqayıt şəhəri Səhiyyə Şöbəsi Mərkəzi Qarajına qarşı işdən çıxma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia tələbi təmin edilmiş və Sumqayıt Şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajının sürücüsü vəzifəsindən azad edilməyi barədə 10 oktyabr 2018-ci il tarixli, 174/k saylı əmr ləğv olunmuş, həmin işinə bərpa edilmişdir. Məhkəmə qətnaməsindən narazı qalan cavabdeh Sumqayıt Tibb Mərkəzi hüquqi şəxs ondan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2617/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə kassasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi 5 il davam edən məhkəmə proseslərindən sonra məhkəmə qərarına əsasən öz əvvəlki işinə bərpa olunmuş və ona ştat cədvəli üzrə əmək haqqı ödənişi həyata keçirilmiş və bu məbləğ 37600 manat təşkil etmişdir. Halbuki bu 5 il ərzində onun kimi eyni əsaslarla işləmiş sürücülərin gecə növbəsində və yoluxucu iş rejimində işlədiyi işlər də nəzərə alınmaqla gəlirləri orta hesablama əsasında təxminən 66000 manat təşkil etmişdir. Təkcə «Covid» virusu ilə bağlı işlərin yerinə yetirilməsi ilə əlaqədar həmin işçilər təxminən 12200 manat da vəsait almışlar. Ona ödənilmiş 37600 manatı ümumi gəlirdən çıxdıqda ona orta aylıq əmək haqqı üzrə 5 il ərzində ödənilməyən əmək haqqı (gecə növbəli işlər və «Covid»lə bağlı ödəmələr nəzərə alınmaqla) 28400 manat təşkil edir . Bundan başqa o, poster-tibb işçisi işini icra etmiş və onun bu 5 ildə həmin vəzifəni icra etməməyi ilə bağlı ona ümumilikdə 6000 manat maddi ziyan dəymişdir. Bundan başqa o, 1000 manat vəkil xidmət haqqına 500 manat gediş-gəliş xərclərinə və 167 manat məktublara görə vəsait ödəmişdir ki, həmin məbləği də ona dəymiş ziyan kimi qiymətləndirməklə cavabdehdən tələb edir. O, qeyd olunan vəsaitlərin ona ödənilməsi ilə bağlı pretenziya qaydasında cavabdeh orqana məktubla müraciət etmiş, lakin cavabdeh onu müraciətini təmin etməmiş və ona ödənilməli olan vəsaitin ödənildiyini rəsmi olaraq bildirmişdir. Bu səbəbdən də o, hazırki iddia ilə məhkəməyə müraciət edir. 5 il davam edən məhkəmə çəkişmələri və onun səhhətinə mənfi təsir etmiş və 5 il ailəsinə bir ailə başçısı kimi çörək pulu apara bilməməyi onun mənəvi stres yaşamağına, dəfələrlə üstünə Təcili Yardım çağırılmasına səbəb olmuşdur ki, o da bu mənəvi ziyanı 20000 manat məbləğində qiymətləndirir.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, qanunsuz olaraq işdən çıxarılmışdır. Bunu Ali Məhkəmənin qərarı sübut edir. Hal-hazırda isə o, qanunsuz olaraq işdən çıxdığı üçün ona maddi və mənəvi ziyan dəymişdir. Bunu eyni vəzifədə xidmət edən şəxsin əldə etdiyi gəlir barədə çıxarışlar sübut edir. Çıxarışın məxsus olduğu şəxs sürücüdür, onunla eyni vəzifədə xidmət edir. Cavabdehin Sumqayıt Tibb Mərkəzi PHŞ olaraq saxlanmasını istəyir, dəyişməsinə razı deyildir. İşləmədiyi vaxt da dövlətinə xidmət etmişdir. Bunu da SHXÇDX-in arayışı təsdiq edir ki, müharibə zamanı dövlətinə xidmət etmişdir. Disk stresdən dişlərinin töküldüyünü sübut edir. Hesabdan çıxarışlar onun çox maaş aldığını sübut edir. 480-500 manat maaş alsa da, onun üçün 310 manatdan hesablanmışdır. Mənəvi ziyanı 100000 də qeyd edə bilərdi. Lakin bunun üçün rüsum ödəməli idi. Artıq rüsum ödəməyə imkanı olmadığından 20000 manat qeyd etmişdir. Maddi ziyanı isə onunla qeyd edir ki, onunla eyni vəzifədə olan işçi ilə müqayisədə o, həmin illər üçün az ödəniş almışdır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh «Sumqayıt Tibb Mərkəzi» X10 nümayəndəsi Nümayəndə Fizuli qızı izahatında bildirdi ki, iş üzrə cavabdeh düzgün seçilməmişdir. Hal-hazırda cavabdeh Sumqayıt Tibb Mərkəzi PHŞ-da deyil, X14 Stansiya- 113 PHŞ-da fəaliyyət göstərir. Əvvəl, yəni xx.xx.2024-cü il tarixədək Mərkəzi Qaraj Sumqayıt Tibb Mərkəzi PHŞ-nin balansında olsa da, hal-hazırda onlar X14 Stansiya-113 PHŞ-nin balansına verilmişdir. Odur ki, müdafiə etdiyi orqan cavabdeh qismində qeyd oluna bilməz.
Tədqiq olunan sübutlar:
6. X7 tərəfindən «Sumqayıt Tibb Mərkəzi» X11 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, ona qanunsuz işdən çıxarılmağı ilə bağlı dəymiş maddi ziyanın əvəzi olaraq 36067 manat pulun, mənəvi təzminat olaraq 30000 manat pulun ödənilməsinin təmin edilməsi, eyni zamanda Polter-tibb işçisi işinə bərpa edilməsi təklif edilmiş, əks təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq olunmuşdur.
7. «Sumqayıt Tibb Mərkəzi» X10 xx.xx.2023-cü il tarixli, 369-K nömrəli Əmrdən görünür ki, 10 oktyabr 2018-ci il tarixli, 174/k saylı əmrinin ləğv olunması, İddiaçı xx.xx.2023-cü il tarixindən “Sumqayıt Tibb Mərkəzi” PHŞ-in Təcili X9 şöbəsində tutduğu əvvəlki 1,0 ştat vahidi sürücü vəzifəsi işinə bərpa edilməsi, Maliyyə şöbəsinin müdiri X4, sürücü İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanıb xərclər smetasına uyğun ödənilməsinin təmin edilməsinin tapşırılması əmr edilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-707/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(060-2886/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh Sumqayıt şəhəri Səhiyyə Şöbəsi Mərkəzi Qarajına qarşı işdən çıxma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia tələbinin təmin edilməsi, cavabdeh Sumqayıt Şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajının sürücü vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə 10 oktyabr 2018-ci il tarixli, 174/k saylı əmrin ləğv edilməsi, İddiaçı Sumqayıt Şəhər Səhiyyə Şöbəsi (indiki halda hüquqi varisi “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxs) Mərkəzi Qarajında tutduğu əvvəlki vəzifəsinə (sürücü vəzifəsinə) bərpa edilməsi və Sumqayıt Şəhər Səhiyyə Şöbəsi (indiki halda hüquqi varisi “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxs) Mərkəzi Qarajı tərəfindən iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2617/2023 saylı Qərarından görünür ki, cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X16 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-707/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-294/2021 saylı qətnaməsindən görünür ki, Sumqayıt şəhər Səhiyyə şöbəsi Mərkəzi qarajının xx.xx.2018-ci il tarixli, 26 saylı və xx.xx.2018-ci il tarixli, 49 saylı intizam tənbehinin verilməsi barədə əmrlərin ləğv edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 61,52 manat cavabdeh Sumqayıt şəhər Səhiyyə şöbəsi Mərkəzi qarajından alınıb X1 hesabına keçirilməsi qət edilmişdir.
11. «Sumqayıt Tibb Mərkəzi» X16 tərəfindən X3 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-707/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən «Sumqayıt Tibb Mərkəzi» X13 təcili X9 şöbəsində 1,0 ştat vahidi sürücü vəzifəsinə qəbul edildiyi və X3 məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq tam ödənildiyi bildirilmişdir.
12. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi X10 müşahidə şurasının 13-q/2023-cü il tarixli, 19 iyul 2023-cü il tarixli qərarından görünür ki, “Bakı şəhər Təcili və X2 Stansiyası” X16, “Təcili və X2 Stansiyası” X16 və “X5” X10 (birlikdə-Müəssisələr) birləşmə şəklində yenidən təşkili yolu ilə “Respublika Təcili və X2 Mərkəzi” X10 (Mərkəz) yaradılması qərara alınmışdır.
13. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 21 fevral 2024-cü il tarixli əmrindən görünür ki,“Respublika Təcili və X2 Mərkəzi” X10 struktur və ştat cədvəlinin təsdiq edilməsi, “Bakı şəhər Təcili və X2 Stansiyası” X13, “Təcili və X2 Stansiyası” X13, “X5” X13 işçi heyətlərinin Mərkəzə keçirilməsinin əmək qanunvericiliyinə uyğun olaraq təmin edilməsi, regionlar üzrə tabeli tibb müəssisələrinə daxil olan Təcili və X2 stansiyalarının Mərkəzə keçirilməsinin əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq təmin edilməsi əmr edilmişdir. Həmin əmrdə “Sumqayıt Tibb Mərkəzi” X10 strukturuna daxil olan Təcili və X9nın xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Mərkəzə keçirilməsinin təmin edilməsi əmr edilmişdir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
56.4-cü maddəsinə əsasən hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. 56.2-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.
15. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -50.0.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. -54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. -54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçını dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
17. Belə ki iş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh Sumqayıt şəhər Səhiyyə şöbəsinin Mərkəzi qarajına qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2886/2019 nömrəli, 11 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-707/2023 saylı, 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4602/2022 saylı saylı, 14 dekabr 2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının tələbinin təmin edilməsi, cavabdeh Sumqayıt Şəhər Səhiyyə şöbəsi Mərkəzi Qarajının sürücüsü vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə 10 oktyabr 2018-ci il tarixli, 174/k saylı əmrin ləğv edilməsi, İddiaçı Sumqayıt Şəhər Səhiyyə Şöbəsi (indiki halda hüquqi varisi “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxs) Mərkəzi Qarajında tutduğu əvvəlki vəzifəsinə (sürücü vəzifəsinə) bərpa edilməsi və Sumqayıt Şəhər Səhiyyə Şöbəsi (indiki halda hüquqi varisi “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxs) Mərkəzi Qarajı tərəfindən iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2617/2023 saylı Qərarından görünür ki, cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X16 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-707/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Hazırda iddiaçı cavabdeh tərəfindən ona məcburi iş buraxmaya görə verilmiş 37600 manat məbləğlə razılaşmayaraq ona işdən çıxarılması ilə bağlı 35000 manat maddi ziyanın, 12200 manat “Covid” virusu ilə bağlı işlərin yerinə yetirilməsi ilə əlaqədar, 5 ildə porter (sanitar) işini icra etməməsi ilə bağlı 6000 manat maddi ziyanın və 20000 manat məbləğində mənəvi ziyanın ödənilməsini məhkəmədən xahiş edir.
19. İş materialları ilə müəyyən olunur ki, “Sumqayıt Tibb Mərkəzi” X16 tərəfindən iddiaçıya işdən çıxarıldığına görə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilmişdir. İddiaçı hal hazırda ona məcburi iş buraxma üçün ödənilmiş əmək haqqı məbləği ilə razılaşmayaraq, habelə ona maddi və mənəvi zərər dəydiyini iddia edərək yuxarıda qeyd etdiyi məbləğlərin ona ödənilməsini məhkəmədən xahiş etmişdir.
20. İddiaçı bundan əvvəl işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ona ödənilməsi ilə bağlı məhkəməyə müraciət edərkən cavabdeh qismində qoyduğu Sumqayıt Şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajı onun hüquqi varisi olan “Sumqayıt Tibb Mərkəzi” X16 ilə əvəz edilmişdir. Bu səbəbdən o, “Sumqayıt Tibb Mərkəzi” X13 təcili X9 şöbəsində 1 ştat vahidi sürücü vəzifəsinə qəbul edilmiş və ona məcburi işburaxmaya görə əmək haqqı həmin publik hüquqi şəxs tərəfindən ödənilmişdir.
21. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi X10 müşahidə şurasının 13-q/2023-cü il tarixli, 19 iyul 2023-cü il tarixli qərarından görünür ki, “Bakı şəhər Təcili və X2 Stansiyası” X16, “Təcili və X2 Stansiyası” X16 və “X5” X10 (birlikdə-Müəssisələr) birləşmə şəklində yenidən təşkili yolu ilə “Respublika Təcili və X2 Mərkəzi” X10 (Mərkəz) yaradılması qərara alınmışdır.
22. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 21 fevral 2024-cü il tarixli əmri ilə “Respublika Təcili və X2 Mərkəzi” X10 struktur və ştat cədvəlinin təsdiq edilməsi, “Bakı şəhər Təcili və X2 Stansiyası” X13, “Təcili və X2 Stansiyası” X13, “X5” X13 işçi heyətlərinin Mərkəzə keçirilməsinin əmək qanunvericiliyinə uyğun olaraq təmin edilməsi, regionlar üzrə tabeli tibb müəssisələrinə daxil olan Təcili və X2 stansiyalarının Mərkəzə keçirilməsinin əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq təmin edilməsi əmr edilmişdir. Həmin əmrdə “Sumqayıt Tibb Mərkəzi” X10 strukturuna daxil olan Təcili və X9nın xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Mərkəzə keçirilməsinin təmin edilməsi əmr edilmişdir.
23. Qeyd olunanlardan göründüyü kimi iddiaçının işlədiyi Təcili və X9 “Sumqayıt Tibb Mərkəzi” X10 tərkibindən ayrılaraq “Respublika Təcili və X2 Mərkəzi” X10 tərkibinə keçmişdir. Belə olan halda həmin qrumda işləyən işçiyə əmək haqlarının və digər ödənişlərin edilməsi ilə bağlı vəzifələrdə adıçəkilən “Respublika Təcili və X2 Mərkəzi” X11 keçmişdir.
24. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 müşahidə şurasının 19 iyul 2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, “Respublika Təcili və X2 Mərkəzi” müəssisələrin hüquqi varisi hesab edilsin və müəssisələrin işçiləri ilə bağlanmış əmək müqavilələri ( o cümlədən əmək münasibətləri ilə bağlı hüquq və vəzifələr), həmçinin digər müqavilələr (kreditor, debitor və s. daxil olmaqla) tam həcmdə hüquqi varislik prinsipi əsasında “Respublika Təcili və X2 Mərkəzi” X11 ötürülsün.
25. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının işlədiyi “Sumqayıt Tibb Mərkəzi” X10 strukturuna daxil olan Təcili və X2 Stansiyası “Respublika Təcili və X2 Mərkəzi” X11 keçirildiyindən həmin qrumda işləyən şəxslərə əmək haqqlarının və digər ödənişlərin ödənilməsinə görə “Sumqayıt Tibb Mərkəzi” X16 cavabdehlik daşımır.
26. Məhkəmənin hazırlıq iclasında iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilmiş, lakin o, “Sumqayıt Tibb Mərkəzi” X10 başqa cavabdehlə əvəz edilməsinə razı olmadığını və ona ödənişlərində məhz həmin qrum tərəfindən ödənilməli olduğunu bildirmişdir.
27. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilənəvəz edə bilər; 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
28. Hazırki işdə iddiaçı qanunvericilikdə ona verilən bu hüquqdan istifadə edərək cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməmişdir.
29. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır.
30. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər.
31. Məhkəmə həmçinin qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur.
32. İddianın əsaslılığı məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddia ona cavab verməli olan subyektə qarşı irəli sürüldüyü halda, iddianın əsaslı olub-olmaması məsələsinə hüquqi qiymət verilə bilər. İddia ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından iddia təmin edilməməlidir.
33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «Sumqayıt Tibb Mərkəzi» X6rşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticə:
34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı cavabdeh «Sumqayıt Tibb Mərkəzi» X6rşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva