Məhkəmə qərarları › İş №2(060)-5389/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5389/2023

31.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5389/2023 31.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 5000 (beş min) manatın alınıb iddiaçıya verilməsi, həmçinin ödənilmiş 70 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının dogma əmisidir. O, xx.xx.2019-cu ildə ərizə yazaraq və öz imzası ilə təsdiq edərək qeyd etmişdir ki, atası X2 miras qalan Sumqayıt şəhəri, 9-cu mkr, ev 7/25, mənzil 28-i satdıqdan sonra qardaşı X4 vərəsəsi X5, yəni iddiaçıya 5000 manatın verilməsini öz üzərinə öhdəlik götürür. Bildirir ki, iddiaçı atasının vərəsəsi kimi həmin vaxt cavabdeh olan əmisi ilə bu barədə razılaşmış və mənzilin əmisinin adına sənədləşdirilməsinə etiraz etməmişdir. O, da öz növbəsində bunun əvəzində ona 5000 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. 2023-cü ildə cavabdeh həmin mənzili satmışdır. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək, həmin pulun verilməsini tələb etmişdir. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr edərək öz öhdəliyini icra etməkdən yayınır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək tələbin təmin edilmməsi barədə qətnamə qət edilməsini xahiiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, qəbzdəki imza özünə məxsus olsa da, bilməyərəkdən imza etmişdir, nəyə imza etdiyini bilməmişdir. Buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh, atası X3 miras qalan Sumayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 7/25 saylı evin 28 saylı mənzilini satdıqdan sonra qardaşı X6 vərəsəsi X5 5000 manat verilməsinə dair üzərinə öhdəlik götürmüşdür. -nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Aytən Telman qızı ilə xx.xx.2020-ci il tarixində nikahada daxil olmuş, nikaha daxil olduqdan sonra arvada Daşdəmirova soyadı verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçının əmisidir. Cavabdeh, atası X3 miras qalan Sumayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 7/25 saylı evin 28 saylı mənzilini satdıqdan sonra qardaşı X6 vərəsəsi X5 500 manat verilməsinə dair üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 5000 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 5000 manat olduğundan iddiaçı tərəfindən ödənilmiç 70 mnat dövlət rüsumunun əvəzi Cavabdeh Feazalı oğlundan alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 manat və 70 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar