Məhkəmə qərarları › İş №2(060)-5459/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5459/2021

14.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5459/2021 14.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh və onun vəkili X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs X2 qarşı pul tələbinə dair mülki işə 14 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh VAZ 21099 markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması ilə bağlı ödənilmiş 5100 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 Quba rayonu İ-Nügədi İƏD üzrə Almaz Qazmaları kəndində yaşayır. X9 ilə birlikdə meyvətərəvəz alveri etmək məqsədilə avtomobil almaq istəmişdir. İnternetdə maşın axtardığı zaman VAZ 21099 markalı **-VG-*** qeydiyyat nişanlı avtomobilin satıldığını görmüşdür. Lakin avtomobil almağa pulu olmadığı üçün o X9ə ona avtomobil almaq üçün ona borc pul verilməsini xahiş etmişdir. Həmin avtomobili almaq üçün X9dən 5100 manat məbləğində borc pul almışdır. O cavabdehlə razılaşdığı üçün o Bahadir Dostiyevdən borc aldığı 5100 manat pulu Cavabdeh vermişdir. Bundan sonra Sumqayıt şəhər 01 saylı notariat ofisinə gedərək cavabdeh avtomobili ona satmasını bildirən ƏV-Vİl 284371 nömrəli etibarnamə vermişdir. O həmin avtomobili yaşadığı Quba rayonu Almas Qazmalar kəndinə gətirmişdir. Lakin həmin günün səhəri avtomobildə nasazlıq olduğunu görüb, həmin nasazlıqların düzəldilməsinin çox çətin olması səbəbindən avtomobili satmaq qərarına gəlmişdir. Ona görə də avtomobili internetdə satışa qoymuşdur. Bu zaman Elməddin Əliyev adlı şəxs ona zəng edərək avtomobilin ona məxsus olduğunu və verilmiş etibarnamənin Cavabdeh tərəfindən ləğv edildiyini bildirmişdir. O da artıq cavabdeh tərəfindən aldadıldığını bildiyi üçün alqı-satqı faktının baş tutması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(060)-1045/2021 saylı qətnaməsi ilə onun cavabdehlər X4 və Cavabdeh Fərzalı oğluna qarşı alqı-satqı faktının baş tutması tələbinə dair ilkin iddia tələbi rədd edilmiş, X1 İddiaçı1 qarşı avtomobil tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilmiş, X2 məxsus VAZ 21099 markalı **-VG-*** qeydiyyat nişanlı avtomobilin İddiaçı1 alınaraq X2 verilməsi qət edilmişdir. Beləliklə göründüyü kimi avtomobilin alınması ilə bağlı 5100 manat məbləğində pul versə, avtomobili alsa da faktiki olaraq avtomobilinə mülkiyyət hüququnu həyata keçirməkdən məhrum olmuşdur. Cavabdeh onu aldadaraq Elməddin Əliyevə məxsus avtomobili ona sataraq ondan 5100 manat məbləğində pul almışdır. Hazırda İddiaçı2 aldığı 5100 manat məbləğində pulu qaytara bilmir. Cavabdeh isə ona olan borcunu qaytarmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdiklərinə əsasən, iddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, o, VAZ 21099 markalı **-VG-*** qeydiyyat nişanlı avtomobili alarkən avtomobilin mülkiyyətçisi X3 tanımamışdır. O avtomobili Cavabdeh almışdır, 5100 manat pulu da ona vermişdir. Sumqayıt şəhər məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(060)-1045/2021 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, təxminən 1 ay əvvəl X4 icra məmuru ilə gəlib mübahisəli avtomobili aparmışdır. Beləliklə ona 5100 manat ziyan dəymişdir. Bu səbəbdən həmin məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, o, İddiaçı1 qohumudur. Avtomobil almaq üçün pulu o Romikə vermişdir. Dəfələrlə o şəxsən Cavabdeh ilə telefonla əlaqə saxlamışdır. Lakin Neman onların pulunu qaytarmamışdır. Bu səbəbdən iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, maşın alqı-satqısı ilə məşğul olur. 2021-ci ildə Orxan adlı şəxsdən 4000 manata VAZ 21099 markalı **-VG-*** qeydiyyat nişanlı avtomobil almışdır. Avtomobil nasaz olduğundan onu 1200 manat məbləğində təmin etdirmişdir. Sonradan həmin avtomobili 5100 manata Romik adlı şəxsə satmışdır. Bundan sonra notariusda İddiaçı1 adına etibarnamə vermişdir. Etibarnamənin ləğv olunmasında onun heç bir günahı yoxdur. Bəlkə də Elməddin və Orxan adlı şəxslər əlbirdirlər. Bu səbəbdən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X7 iddia tələbinə etiraz edərək bildirdi ki, Neman maşın alqı-satqısı ilə məşğul olur. O, VAZ 21099 markalı **-VG-*** qeydiyyat nişanlı avtomobili 5100 manata Romik adlı şəxsə satmışdır. Bu zaman qanunvericiliyin bütün tələblərinə riayət olunmuşdur. Belə ki, Cavabdeh notariusda İddiaçı1 adına etibarnamə vermişdir. Etibarnamənin ləğv olunmasında onun heç bir günahı yoxdur. 16 may 2020-ci ildə etibarnamə verilmiş, 08 iyun 2020-ci ildə etibarnamə ləğv edilmişdir. Etibarnamənin müddəti 17.02.2021-ci ilə kimi olmuşdur. Etibarnaməni Neman yox, Elməddin ləğv etdirmişdir. Belə çıxır ki, dələduzluğu Elməddin adlı şəxs etmişdir. Avtomobilin Romikdən alınmasına Nemanın günahı olmadığından iddia rədd edilməlidir. Göstərilənlərə əsasən cavabdehin vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs X4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə edilmiş ƏN-Vİİ 284371 saylı etibarnamədən görünür ki, Cavabdeh VAZ 21099 markalı **-VG-*** qeydiyyat nişanlı avtomobilə dair 16.05.2020-ci il tarixdə İddiaçı1 etibarnamə vermişdir. Etibarnamə 9 ay 1 gün müddətinə, 17.02.2021-ci il tarixədək verilmişdir. İşdə olan ƏN-Vİİ 218113 saylı etibarnamənin surətindən görünür ki, X6 VAZ 21099 markalı **-VG-*** qeydiyyat nişanlı avtomobilə dair 23.02.2020-ci il tarixdə Cavabdeh etibarnamə vermişdir. Etibarnamə 11 ay 25 gün müddətinə, 17.02.2021-ci il tarixədək verilmişdir. İşdə olan Sumqayıt şəhər məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(060)-1045/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı1 cavabdehlər X4 və Cavabdeh Fərzalı oğluna qarşı alqı-satqı faktının baş tutması tələbinə dair ilkin iddia tələbi rədd edilmiş, X1 İddiaçı1 qarşı avtomobil tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilmiş, X2 məxsus VAZ 21099 markalı **-VG-*** qeydiyyat nişanlı avtomobilin İddiaçı1 alınaraq X2 verilməsi qət edilmişdir. İşdə olan 01.06.2021-ci il tarixli 236 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı1 iddia ərizəsinin yazılması ilə bağlı Quba Asan Vəkil bürosu tərəfindən hüquqi yardım göstərilmiş, 108039 saylı qəbzə əsasən İddiaçı1 tərəfindən Quba Asan Vəkil bürosuna 50 manat ödəniş edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 VAZ 21099 markalı **- VG-*** qeydiyyat nişanlı avtomobili almaq məqsədilə Cavabdeh 5100 manat vermişdir. Bununla bağlı cavabdeh İddiaçı1 ƏV-Vİl 284371 nömrəli etibarnamə vermişdir. Lakin həmin etibarnamə avtomobilin mülkiyyətçisi X4 tərəfindən ləğv edilmişdir və avtomobil İddiaçı1 alınaraq E.Əliyevə qaytarılmışdır. Avtomobilin mülkiyyətçisi X2 qaytarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi də mövcuddur. Nəticədə İddiaçı1 5100 manat məbləğində əmlakından məhrum olmuş, Cavabdeh isə onun hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrumolanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Cavabdeh tərəf iddiaya etirazını İddiaçı1 verilmiş etibarnamənin ləğv edilməsində təqsirinin olmaması ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin etirazının dəlilini qəbul etmir. Belə ki, Mülki Məcəllənin əsassız varlanma haqqında müddəalarında hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş - varlanmış şəxsin əldə etdiklərini qaytarmaq üçün təqsirinin olması zəruri hal kimi nəzərdə tutulmamışdır. Deməli məhrumolana dəymiş ziyanın əvəzinin ödənilməsi üçün əsassız varlanan şəxsin təqsirinin olmasına ehtiyac (zərurət) yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 iddiası təmin edilməli, Cavabdeh 5100 manat məbləğində pul tutularaq İddiaçı1 ödənilməlidir. Məhkəmə İddiaçı2 iddiasına münasibətdə qeyd edir ki, işin mübahisəsiz hallarına görə 5100 manat məbləğində pul şəxsən İddiaçı1 tərəfindən Cavabdeh verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı2 tələb olunan pul məbləğinə dair hər hansı mübahisə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur, onu bu barədə iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, İddiaçı1 ona hüquqi xidmət göstərilməsinə görə ödədiyi 50 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınmalı və İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı1 xeyrinə 5100 (beş min yüz) manat, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar