Məhkəmə qərarları › İş №2(060)-5461/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5461/2022

05.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5461/2022 05.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru Kənan Məmmədova qarşı Xammal və X1 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2022-ci il tarixli satışın ləğvinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru Kənan Məmmədova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 18-ci mkr-da yerləşən 31 saylı evin 65 saylı mənzili və Sumqayıt şəhəri, 13-cü mkr-da yerləşən 1 saylı evin 8 saylı mənzilləri, Xammal və X1 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2022-ci il tarixli satışının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki iddiasını cavabdeh qismində Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru Kənan Məmmədova qarşı yönəltsə də, iddia ərizəsinin “xahiş hissəsində” Xammal və X1 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2022-ci il tarixli satışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi hazırki iddia ərizəsi üzrə cavabdeh Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru Kənan Məmmədov olsa da, iddia ərizəsində ona qarşı hər hansı tələb irəli sürülməmiş, Xammal və X1 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin hərəkəti (satışı) mübahisələndirilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru Kənan Məmmədova qarşı Xammal və X1 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2022-ci il tarixli satışın ləğvinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru Kənan Məmmədova qarşı Xammal və X1 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2022-ci il tarixli satışın ləğvinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar