Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5473/2023 13.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi N.A.Hüseynova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt ASAN Xidmət mərkəzi tərəfindən 4701 № ilə qeydə alınmış doğum haqqında akt qeyddə düzəliş edilərək ata qrafasında Cavabdeh3, ana qrafasında İddiaçı və soyad qrafasına Əliyeva soyadının yazılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırdı ki, iddiaçının Cavabdeh2 ilə birgə yaşayış zamanı 21 iyul 2018-ci il tarixdə X6 anadan olub. Hazırda 21 iyul 2018-ci il təvəllüdlü X6 iddiaçının himayəsindədir. Cavabdeh2 Azərbaycan vətəndaşıdır, ünvan 1 ünvanı üzrə qeydiyyata alınmışdır. Övladının 5 yaşı var. Uşağın bütün təminatı və zəruri xərcləri ilə daima iddiaçı maraqlanmışdır. Uşağa doğum haqqında şəhadətnamə alarkən Cavabdeh2 ilə aralarındakı nikah pozulmadığı üçün cavabdehin soyadını uşağın soyadı, adını isə uşağın ata adı kimi qeyd etdirmişdir. Uşağın atası Cavabdeh3dur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8949/2019-cu il saylı, 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə iddiaçı arasında olan 19 sentyabr 2017-ci il tarixli 3280 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. xx.xx.2021-ci il tarixli 581 saylı akt qeydi ilə iddiaçı Cavabdeh3 ilə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Övladı 21 iyul 2018-ci il təvəllüdlü X1 doğum akt qeydinə düzəliş edilməsini istəyir. Ona görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədə iddiaçının nümayəndəsi N.A.Hüseynova eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia ərizəsi əsalıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, Cavabdeh2 ilə xx.xx.2017-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahlarının olduğu və bu nikahın xx.xx.2020-ci il tarixdə pozulduğu müəyyən edilmişdir. Faktiki olaraq nikah münasibətlərinin çox zaman öncə bitdiyini bildirsə də, lakin nikahın pozulmasının dövlət qeydiyyatı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-8949/2019 saylı qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Uşaq nikah dövründə doğulduğu üçün, övladları barəsində atalığının müəyyən edilməsi qanunvericiliyə zidd olduğu üçün tərəflərindən ərizənin təmin edilməsi mümkün deyildir. İş materiallarında olan AZ-İİ №432263 saylı, xx.xx.2021-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh3 ilə X2 arasında olan nikah xx.xx.2021ci il tarixdə Sumqayıt “Asan xidməti” mərkəzi qeydiyyat şöbəsində bağlanmışdır. İşdə olan AZ-İ №350251 saylı, xx.xx.2020-ci il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”dən görünür ki, Cavabdeh2 ilə X7 arasında olan nikah xx.xx.2020-ci il tarixdə Cavabdeh1ndə pozulmuşdur. İşə əlavə olan AZ-İV №773652 saylı, xx.xx.2022-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında-Cavabdeh3, ana qrafasında-İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İV №154409 saylı, xx.xx.2018-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında-Cavabdeh2, ana qrafasında-İddiaçı qeyd edilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8949/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, X7 ilə Cavabdeh2 arasında 19 sentyabr 2017-ci il tarixli 3280 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və nikah pozulduqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X6 anası X4 yanında qalması qət edilmişdir. İş materiallarında olan 3 saylı istintaq təcridxanasında saxlanılan Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, həyat yoldaşı İddiaçı tərəfindən qaldırılmış iddia ilə tam razıdır. xx.xx.2018-ci ildə anadan olan Əliyeva Səbinə onun qızıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 186-cı maddəsinə əsasən ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqında yeni şəhadətnamə verilir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini və Cavabdeh3 iddia tələbini qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 və 307-311 və 360-çı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X1 Sumqayıt ASAN Xidmət mərkəzi tərəfindən 4701 № ilə qeydə alınmış doğum haqqında akt qeyddə düzəliş edilərək ata qrafasında “Cavabdeh3”, ana qrafasında İddiaçı və soyad qrafasına “Əliyeva” soyadı yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-5473/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5473/2023
13.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver