Məhkəmə qərarları › İş №2(060)-5478/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5478/2021

04.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5478/2021 04.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsgəndərov Məlahət Xanqulu qızından 1510 (min beş yüz on) manat və ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 14 mart 2014-cu il tarixli kredit müqaviləsi "xxxx" ASC-dən 27 faiz ödəmək şərtilə 24 ay müddətinə 3500 manat məbləğində kredit götürmüşdür. 25.05.2015-ci il tarixdə 016CASA140730001 saylı kredit müqaviləsinin restrukturizasiyasında dair razılaşma bağlanmış. Kredit məbləği 1924.62 manat əsas borcun qalığı, 61.67 manat hesablanmış faiz və 43.8 manat hesablanmış penya restruktirizasıyasına keçirilmiş, kredit məbləği 2020.09 manat müəyyən edilmişdir. O, və başqa bir nəfər cavabdehə görə bankla zaminlik müqaviləsi imzalamışlar. Cavabdeh kreditorun pulunu ödəmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 2-(060)- 790/2016 saylı 31 mart 2016-cı il tarixli qətnaməsi ilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14.03.2014-cu il tarixli, 016CASA********** saylı kredit müqaviləsi və 016CASA140730001 saylı, 14 mart 2014-cu il tarixli kredit müqaviləsinin restrukturizayasına dair 25 may 2015-ci il tarixli razılaşma ləğv edilməsi və cavabdehlər Cavabdeh, X2 və İddiaçı cəmi 2193.32 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-ə ödənilməsi” qət olunmuşdur. Qətnaməyə əsasən hər ay aylıq maaşının 50%-i cavabdehə görə tutulurdu. Hazırda bank ödənişləri başa çatmışdır. Cavabdeh dəfələrlə ona bildirib ki, ödədiyim 1510 manat pulumu qaytaracaq, lakin, bu günə qədər ona olan borcunu qaytarmaqdan imtina edir. Ona görə də, məcbur olub məhkəməyə müraciət edirəm. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qıızna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 25.05.2021-ci il tarixli arayışından görünür ki, "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində avtomobil sürücüsü peşəsində işləyən İddiaçı ona görə ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin 28 aprel 2017-ci il tarixli 2k-7064/25 №-li məktubu və 2(060)-790 saylı 31 mart 2016-cı il tarixli icra sənədinə əsasən 2017-ci il üzrə ümumilikdə 1510,10 manat tutulmalar aparılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-790/2016 saylı, 31 mart 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14.03.2014-cü il tarixli, 016CASA140730001 saylı kredit müqaviləsi və 016CASA140730001 saylı, 14 mart 2014-cü il tarixli kredit müqaviləsinin restrukturizayasına dair 25 may 2015-ci il tarixli razılaşma ləğv edilməsi və cavabdehlər Cavabdeh, X2 və İddiaçı cəmi 2193.32 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-ə ödənilməsi” qət olunmuşdur. İş materiallarında Azərbaycan Respublikası Dİn-in BPQMİ-nin MAPS şöbəsinin 07.06.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Yataqxana 3, SKZ-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, №0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, mənzil 78-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. İş materiallarından göründüyü kimi, tələb üzrə hüquqlar yuxarıda qeyd edilən həcmdə iddiaçıya keçmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1510 (bir min beş yüz on) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1510 (bir min beş yüz on) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar