Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5542/2020 18.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə və «TOSOİL» şirkətinə qarşı «mülkiyyət hüquqlarının bərpası» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar qaydada baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə və «TOSOİL» şirkətinə qarşı «mülkiyyət hüquqlarının bərpası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, cavabdeh tərəfindən sökülmüş mülkiyyətində olan Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən ümumi sahəsi 24.3 kv/m, torpaq sahəsi 0,00346 ha olan qeyri-yaşayış sahəsinin dəyəri olan 100.000 manat pul vəsaitinin və əmlakın qiymətinin 20% miqdarında əlavə haqqın - 20000 manat pulun tutularaq ona ödənilməsi, kompensasiya olaraq hər ay üçün 500 manat olmaqla cəmi 29000 manat (58x500=29000), mənəvi ziyana görə isə 50000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehin hərəkətlərində cinayətin əlamətləri olduğu üçün xüsusi qərardad çıxrılmaqla bu barədə prokurora məlumat verilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Beləki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının tələbi, onların öz tələbini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hə rbirinə qarşı yönələn tələb göstərilməlidir. Lakin iddiaçı tərəfindən ərizədə qeyd olunan tələblərə əməl edilməmiş, iş üzrə cavabdehlərə qarşı tələb aydın ifadə olunmamış, yəni hər bir cavabdehə qarşı ayrı-ayrılıqda yönəlmiş tələbin nədən ibarət olduğu göstərilməmişdir. MPM-in 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunalara əsasən hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263-264, 267-268-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə və «TOSOİL» şirkətinə qarşı «mülkiyyət hüquqlarının bərpası» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5542/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5542/2020
18.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver