Məhkəmə qərarları › İş №2(060)-5547/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5547/2021

11.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5547/2021 11.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-835/2020 nömrəli, 08.01.2020-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu İddiaçı ərizəsini Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək Müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 835/2020 nömrəli, 08.01.2020-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. İş materiallarından görünür ki, məhkəməyə təqdim edilən ərizə iddia ərizəsi formasında yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. AR MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə, məhkəmə MPM-nın 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 152.1.1-ci maddəsini tətbiq edərək hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-835/2020 nömrəli, 08.01.2020-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu İddiaçı oğlunun ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-835/2020 nömrəli, 08.01.2020-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu İddiaçı oğlunun ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar