Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5565/2021 30.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri qaytarılması və əldən çıxmış fayda tələbinə dair iddia ərizəsinə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mikroavtobusun qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək **-NG-*** dövlət nömrə nişanlı, TOYOTA Hİ ACE markalı mikroavtobus, 2011-ci il buraxılışlı, Sedan tipli, ban nömrəsi JTGSS23P6C0101378, mühərrik nömrəsi 2 KD5628688 olan iddiaçı məxsus mikroavtobusun cavabdehdən alınıb iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək **-NG-*** dövlət nömrə nişanlı, TOYOTA Hİ ACE markalı mikroavtobus, 2011-ci il buraxılışlı, Sedan tipli, ban nömrəsi JTGSS23P6C0101378, mühərrik nömrəsi 2 KD5628688 olan iddiaçı məxsus mikroavtobusun və əldən çıxmış faydanın əvəzi olaraq aylıq 30 manat olmaqla 10950 manatın və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın, cəmi 10980 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ** NG *** dövlət nömrə nişanlı, TOYOTA Hİ АСЕ markalı mikroavtobus, 2011-ci il buraxılışlı, Sedan tipli, ban nömrəsi JTGSS23P6C0101378, mühərrik nömrəsi 2KD5628688 olan avtomaşın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. 2020-ci ilin sentyabr ayında o, həmin avtomaşını satmaq qərarına gəlmişdir. X2 Əfsər oğlu Sumqayıt şəhərində avtomaşın alqı-satqısı ilə məşğul olan Cavabdeh adında tanışının olduğunu bildirmiş və ona bu barədə məlumat vermişdir. Cavabdeh mikroavtobusa baxdıqdan sonra avtobusdan xoşu gəldiyini və almaq istədiyini bildirmişdir. Bu məqsədlə iddiaçı ona 28 sentyabr 2020-ci il tarixdə etibarnamə vermiş və o, mikroavtobusu 10 gün müddətinə satacağını və dəyərini iddiaçıya ödəyəcəyinə söz vermişdir. Lakin etibarnaməni verdikdən sonra xeyli müddət keçməsinə baxmayaraq (təxminən 1 aydan çox) cavadehdən heç bir səs çıxmamışdır. İddiaçı bu barədə qaynatasına bildirdikdə o, iddiaçı narahatlığa səbəb olmadığını cavabdehin onun yaxın tanışı olduğunu heç bir problemin olmayacağını bildirmiş və ona bir az da gözləməyi təklif etmişdir. İddiaçı qaynatasının sözlərinə əsasən təxminən 1 ay da gözləməli olmuşdur. Çünki cavabdeh qaynatasını tanıdığına görə mikroavtobusla bağlı heç bir problem yarana bilməyəcəyini və onun iddiaçını aldatmaq ehtimalının olmadığını hesab etmişdir. X2 Əfsər oğlu 15 dekabr 2020-ci il tarixdə qəflətən Covid -19 virusundan dünyasını dəyişmişdir. Qaynatasının yas mərasimini keçirdəndən sonra o, cavabdehlə əlaqə saxlayaraq mikroavtobusla bağlı soruşmuş, təcili pul lazım olduğunu, ya mikroavtobusun dəyərini ya da özünü iddiaçıya qaytarmasını xahiş etmişdir. Cavabdeh 2 gün ərzində iki variantdan birini mütləq edəcəyinə söz versə də bu günə qədər heç birini etməmişdir. Bundan sonra iddiaçı və onun əri ona dəfələrlə zəng etsəm də o telefon zənglərinə cavab verməmiş və bu səbəbdən də iddiaçı, məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Artıq neçə aylardır iddiaçı öz hüququnu realizə edə bilmir. Cavabdeh iddiaçıya məxsus əmlakı istismar edərək qazanc əldə etməyə davam edir. Cavabdeh maksimum prossesual hüquqlarından sui-istifadə edərək iddiaçının əmlakını istismar edir, (Bakı-Sumqayıt sərnişin daşıması ilə məşğul olur) nəticə etibarı ilə iddiaçı hər ötən gün ziyana düşür qazanmalı olan gündəlik qazancı əldən çıxır. Bu isə iddiaçının mülkiyyətində olan əmlakından istifadə edə bilməməyimə, mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahat verərək iddia tələbini müdafiə etdi. Bildirdi ki, ** NG *** dövlət nömrə nişanlı, Toyota Hİ ACE markalı mikroavtobus, 2011-ci il buraxılışlı, Sedan tipli, avtomaşın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. 2020-ci ildə sentyabr ayında həmin avtomaşını iddiaçı satmaq qərarına gələrək, qaynatasına Rüstəmov Arzu Əfsər oğlu Sumqayıt şəhərində avtomaşın alqı-satqı ilə məşğul olan Cavabdeh adında tanışının olduğunu bildirərək və ona bu barədə məlumat vermişdir. Cavabdeh mikroavtobusa baxdıqdan sonra avtobusdan xoşu gəldiyini və almaq istədiyini bildirmişdir.Bu məqsədlə iddiaçı cavabdehə 28.09.2020ci il tarixdə etibarnamə vermiş və cavabdeh mikroavtobusu 10 gün müddətinə satacağını və dəyərini iddiaçıya ödəyəcəyini söz vermişdir. Lakin etibarnaməni verdikdən sonra uzun müddət keçməsinə baxmayaraq cavabdehdən heç bir xəbər olmamışdır. İddiaçının qaynatası 15.12.2020-ci il tarixdə qəflətən Covid-19 virusundan dünyasını dəyişmişdir. Yas mərasimini keçirdəndən sonra iddiaçı cavabdeh ilə əlaqə saxlıyaraq təcili pul lazım olduğunu bildirmiş, lakin cavabdeh pulu qaytarmağına söz versədə bu günə kimi qaytarmamışdır. Bundan sonra iddiaçı ona dəfələrlə zəng etsə də cavabdeh telefon zənglərinə cavab verməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş edirəm. Məhkəmə iclasında cavabdeh izahat verərək bildirdi ki, iddiaçı ona həmin avtomobili idarə etmək üçün etibarnamə vermiş, o, isə əvəzinə öz torpaqlarının sənədlərini vermişdir ki, gələcəkdə əmlakları dəyişdirsinlər. O, iddianı bir şərtlə qəbul edir ki, onun avtomobilə 700 manat məbləğində xərci çıxmışdır, iddiaçı onun torpağının sənədlərini və 700 manat avtomobilə xərclədiyi pulu qaytardığı halda, o, avtomobili iddiaçıya qaytaracağını bildirmişdir. Lakin iddiaçı buna razı deyil. Bu günədək sənədlərini qaytarmamışdır. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməməlidir. Belə ki, işin materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 28.04.2021-ci il tarixli nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışda, 22.05.1989-cu il təvəllüdlü X4 oğlunun adında nəqliyyat vasitəsinin qeydiyyatdan keçmədiyi qeyd edilmişdir. Eyni zamanda İddiaçıa məxsus TOYOTA Hİ ACE markalı mikroavtobusun etibarnamə ilə Cavabdeh verildiyi göstərilmişdir. - Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin 1029 №-li, 29 may 2021-ci il tarixli arayışından görünür ki, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 28.09.2020-ci il tarixdə, 7E/13811 reyestrlə Cavabdeh nəqliyyat vasitəsinə dair sərəncam vermək üçün verdiyi etibarnamə İddiaçı19.12.2020-ci il Sumqayıt şəhəri 4 saylı notariat ofisində yazdığı ərizəsinə əsasən ləğv edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, **-NG-*** dövlət nömrə nişanlı, TOYOTA Hİ ACE markalı mikroavtobus, 2011-ci il buraxılışlı, Sedan tipli, ban nömrəsi JTGSS23P6C0101378, mühərrik nömrəsi 2KD5628688 olan mikroavtobus İddiaçı məxsusdur. 2020-ci ilin sentyabr ayında o, həmin avtomaşını satmaq qərarına gəlmişdir. X2 Əfsər oğlu Sumqayıt şəhərində avtomaşın alqı-satqısı ilə məşğul olan Cavabdeh adında tanışının olduğunu bildirmiş və ona bu barədə məlumat vermişdir. İddiaçı Cavabdeh 28 sentyabr 2020-ci il tarixdə etibarnamə vermiş və o, mikroavtobusu 10 gün müddətinə satacağını və dəyərini iddiaçıya ödəyəcəyinə söz vermişdir. Lakin etibarnəni verdikdən sonra xeyli müddət keçməsinə baxmayaraq cavabdeh vədinə əməl etməmişdir. Bununla yanaşı cavabdeh ya mikroavtobusun dəyərini ya da onun özünü tələb etsə də cavabdeh onu qaytarmamışdır. Hazırda mikroavtobus heç bir hüquqi əsas olmadan cavabdehdədir. Bundan başqa mikroavtobusun cavabdehdə qalması ilə iddiaçının gəlir əldə edə bilməyərək faydalanmamasına dair iddiaçı heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən-Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia **-NG-*** dövlət qeydiyyat nişanlı, TOYOTA Hİ ACE markalı mikroavtobus, 2011-ci il buraxılışlı, Sedan tipli, ban nömrəsi JTGSS23P6C0101378, mühərrik nömrəsi 2 KD5628688 olan İddiaçı məxsus avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması hissəsində təmin edilməli, əldən çıxmış faydanın cavabdehdən tələb edilməsi hissəsində isə iddia tələbi təmin edilməməlidir. Ödənilmiş 30 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbi hissəsinə məhkəmə qiymət verərək hesab edir ki, iddianın yalnız əmlakın qaytarılması hissəsi təmin edildiyindən və bu tələb qiymətləndirilməyən iddialara aid olduğundan, ödənilmiş rüsumun 10 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 20 manat isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən - Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. **-NG-*** dövlət qeydiyyat nişanlı, TOYOTA Hİ ACE markalı, 2011-ci il buraxılışlı, Sedan tipli, ban nömrəsi JTGSS23P6C0101378, mühərrik nömrəsi 2 KD5628688 olan mikroavtobus Cavabdeh alınaraq İddiaçı qaytarılsın. İddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı Cavabdeh alınaraq İddiaçı verilsin, qalan 20 manat iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5565/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5565/2021
30.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver