Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-560/2021 06.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “icarə haqqı üzrə borc məbləğinin ödənilməsi, torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, icarə hüququna xitam verilməsi, dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv olunması, özbaşına tikililərin sökülməsi, torpaq sahəsinin geri qaytarılması tələbinə” dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Bakı- Quba avtomobil yolu ünvanında yerləşən sahəsi 1,0 hektar olan torpaq sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında Sumqayıt şəhəri 4 saylı notariat kontorunda 01 avqust 2014-cü il tarixində bağlanılmış “torpağın icarə hüquqlarının alqı-satqı” müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin,o cümlədən daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi üzərində icarə hüququna dair Cavabdeh1 adına aparılmış dövlət qeydiyyatının etibarsız sayılması, Sumqayıt şəhəri, Bakı-Quba avtomobil yolu ünvanında yerləşən sahəsi 1,0 hektar olan torpaq sahəsi üzərində Cavabdeh1 icarə hüququna xitam verilməsi,həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********89 olan Seriya RX№0463167 saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın ləğv olunması,torpaq sahəsindən istifadəyə görə Cavabdeh1 Sumqayıt Bələdiyyəsinə yaranmış torpaq icarə haqqı üzrə 24973,4(iyirmi dörd min doqquz yüz yetmiş üç mant qırx qəpik)manat məbləğində əsas borcu, 7436,29(yeddi min dörd yüz otuz altı manat iyirmi doqquz qəpik) manat dəbbə pulu (cərimə faizi) borcu,habelə gecikdirilmiş vaxt üçün illik 5% üzrə 3512,9(üç min beş yüz on iki manat doxsan qəpik) faiz borcu olmaqla,ümumilikdə 35922,59(otuz beş min doqquz yüz iyirmi iki manat əlli doqquz qəpik) manat məbləğində icarə haqqı borcunun Cavabdeh1 Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması, Cavabdeh1 tərəfindən Sumqayıt şəhəri, Bakı- Quba avtomobil yolu ünvanında yerləşən sahəsi 1,0 hektar olan torpaq sahəsinin və əlavə olaraq zəbt olunmuş 5600 kvadrat metr torpaq sahəsinin boşaldılması, həmin torpaq sahələrində Cavabdeh1 tərəfindən inşa edilmiş özbaşına tikililərin onun hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması ücün 06.08.2021-ci il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Hazırda iddiaçının nümayəndəsi Murad Abbasov ərizə ilə müraciət edərək tərəflər arasında barışıq əldə edilməsi üçün mülki işi baxılmamış saxlanılmasını, barışıq əldə olunmadığı təqdirdə icraatın təzələnməsi barədə ərizə ilə müraciət edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “icarə haqqı üzrə borc məbləğinin ödənilməsi, torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, icarə hüququna xitam verilməsi, dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv olunması, özbaşına tikililərin sökülməsi, torpaq sahəsinin geri qaytarılması tələbinə” dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-560/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-560/2021
06.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver