Məhkəmə qərarları › İş №2(102)-1214/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1214/2019

26.02.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1214/2019 26.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 26 fevral 2019-cu il İŞ № 2(102)-1214/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X1, vəkili X4, Cavabdeh1 və vəkili xxx oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli, 2(103)-2720/2018 saylı qətnaməsindən Cavabdeh1 və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, xxx r ayon məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(008)-4098/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.A.Qasımov) İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsindən istifadə ilə bağlı yaranan hər hansı maneçiliyin aradan qaldırılması” barədə ilk iddiası rədd, Cavabdeh1, İddiaçı, X1 və Kürdəxanı bələdiyyəsinə qarşı “torpaq icarə müqaviləsinin etibarsız sayılması, torpaq sahəsindən çıxarılma və daş hasarın üstünə əlavə olaraq tikilən hissənin sökülməsi” barədə qarşılıqlı iddiası təmin edilərək, Kürdəxanı bələdiyyəsinin 11 fevral 2006-cı il tarixli, 537 saylı torpaq icarə müqaviləsi etibarsız hesab edilərək, İddiaçı Bakı şəhəri, xx x rayonu,xxx qəsəbəsində yerləşən və Cavabdeh1 mülkiyyətində olan 1141 saylı bağ sahəsindən çıxarılması və həmin bağ sahəsində 5 mişar daşı hündürlüyündə çəkilmiş hasarın üstünə əlavə olaraq tikilmiş hissənin İddiaçı hesabına sökülməsi qət edilmişdir. İddiaçı nümayəndəsi xxx qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli, 2(103)-2720/2018 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, V.T.Həsənov və R.Ə.Eyvazov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, xxx rayon məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi qismənqarşılıqlı iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia ərizəsi rədd olunmuşdur. Cavabdeh1 və vəkili Akif Əliyev qətnamədən ka ssasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsindən istifadə ilə bağlı yaranan hər hansı maneçiliyin aradan qaldırılması” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, Kürdəxanı bağlarının şimal hissəsində yerləşən 1200 kv.metr torpaq sahəsi 1960-cı ildən əvvəl atasının, sonradan isə onun istifadəsində olmuşdur. Atası həmin bağ sahəsinə ağaclar əkmiş, orada ev tikmiş, quyu qazdırmışdır. Atasının ölümündən sonra bağa o, qulluq etmişdir. 13 fevral 2006-cı il tarixdə Kürdəxanı bələdiyyəsi ilə aralarında 537 saylı torpaq icarə müqaviləsi bağlanmış və torpaq sahəsinin ətrafına daşdan hasar çəkdirmişdir. Bu fakt Kürdəxanı bələdi yyəsi tərəfindən onun adına verilmiş 04 fevaral 2017-ci il tarixli, 06 saylı arayışla da təsdiq olunur. Həmin arayışa görə onun 2016-cı il tarixə heç bir vergi borcu yoxdur. Eyni zamanda toraq sahəsinin uzun müddət onun istifadəsində olmasını qonşular xxx, xxx, X8, xxx, xxx və xxx da təsdiq edə bilər. 14 fevral 2017-ci il tarixdə bağ sahəsinə gələrkən bağ evinin, hasarın uçurulduğunu, evin dəmir qapısının aparıldığını, pəncərələrinin sındırıldığını, bağ sahəsinin dəmir məftillərlə iki hissəyə bölündüyünü görmüş və bu barədə 102 xidmətinə zəng edərək polisə məlumat vermişdir. Bundan sonra Cavabdeh1 bağ sahəsinin ona məxsus olmaqla, bu barədə müvafiq sənədlərinin olduğunu bildirmişdir. Hazırda Cavabdeh1 onun torpaq sahəsinə olan hüquqlarını məhdudlaşdırır və hər vasitə ilə ona torpaq sahəsin dən istifadə etməsinə mane olur. Hansıki, Cavabdeh1 məhkəməyə təqdim etdiyi Çıxarışda bağ sahəsinin ünvanıxxx qəsəbəsi, 1141 göstərildiyi halda, həmin Çıxarışın verilməsinə əsas olmuş Bakı şəhər İHB-nın 05 avqust 1994-cü il tarixli, 1085 saylı sərəncamında, eləcə də Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 05 avqust 1994-cü il tarixli, 20 saylı orderdə bağın ünvanı 1141 t göstərilmişdir. Bu hal Çıxarışın etibarsız sayılması üçün əsasdır. Torpaq sahəsi Cavabdeh1 əvvəl onun istifadəsində olmuşdur. Kürdəxanı bələdiyyəsi tərəfindən verilmiş sənədlərə görə 0,12 ha torpaq sahəsini əhatə edən 1140/T və 1140/T saylı bağ sahəsinə aid plansxem keçmiş X2 tərəfindən tərtib edilmişxxx T bağlar ərazisinin xəritəsinə istinad olunaraq hazırlanmışdır. Cavabdeh1 adına verilmiş Çıxarışın onun istifadəs ində olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Ona görə də ilk iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 isə məhkəmədə İddiaçı və digərlərinə qarşı “torpaq sahəsinə dair bağlanmış torpaq icarə müqaviləsinin etibarsız sayılması, torpaq sahəsindən çıxarılma və daş hasarın üstünə əlavə olaraq tikilmiş hissənin sökülməsi” barədə qarşılıqlı iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, Qarabağ müharibəsinin veteranı olmaqla, əlildir. Müharibə veteranı kimi Bakı şəhər İHB-nın 05 avqust 1994-cü il tarixli, 1085 saylı sərəncamı əsas tutulmaqla Bağlar Təsərrüfatı İdarəsinin 05 avqust 1994-cü il tarixli, 20 saylı orderi iləxxx qəsəbəsi, 0,12 ha torpaq sahəsində yerləşən, 1141 saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Sonradan bağ s ahəsini özəlləşdirərək bu barədə 11 fevral 2017-ci il tarixli Çıxarış almışdır. Mülkiyyətində olan bağ sahəsinin ətrafına vaxtı ilə 5 daş hündürlüyündə hasar çəkmiş və torpaq sahəsinin yanında olan boş 0,04 ha torpaq sahəsini dirək və dəmir məftillərlə öz torpaq sahəsindən ayrılmışdır. Lakin 19 fevral 2017-ci il tarixdə bağ sahəsində olarkən daş hasarın üstünə əlavə olaraq 3 metr hündürlüyündə daş hasar çəkildiyini və bağ sahəsinin yanında olan 0,04 ha boş torpaq sahəsinin də bağ sahəsinə birləşdirildiyini görmüşdür. Bağ sahəsinin qanuni əsaslarla istifadəsində olmasını xxx bildirsə də, bunun heç bir nəticəsi olmamış və sonuncu bağ sahəsindən könüllü çıxmaqdan imtina etmişdir. Polis orqanında aparılan araşdırma zamanı bağ sahəsinin qanuni əsaslarla onun mülkiyyətində olması öz təsdiqini ta pdığı üçün xxx qarşı torpaq sahəsindən çıxarılma və daş hasarın sökülməsi barədə iddia qaldımışdır. Lakin sonradan ona məlum olmuşdur ki, İddiaçı Kürdəxanı bələdiyyəsi ilə aralarında bağlanmış 11 fevral 2006-cı il tarixli, 537 saylı icarə müqaviləsini əsas tutaraq ona qarşı iddia qaldırmışdır. Hansıki, həmin icarə müqaviləsi saxtadır, müqavilə dövlət reyestr xidmətində qeydiyyatdan keçməyib və torpaq sahəsinə dair İddiaçı adına torpaq sahəsinin planı, ölçüsü sənədi verilməmişdir. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosess ual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, qətnamənin ilk iddia ərizəsinin rədd edilməsi hissəsində dəyəşdirilmədən saxlanılması, eləcə də qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilib, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı nümayəndəsi xxxnın kassasiya şikayətinə dair etiraz ərizəsində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətin təmin edilmədən saxlanılması xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 və vəkil i xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. İddiaçı nümayəndəsi xxx və vəkili xxx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçı, cavabdehlər xxx rayonu, Kürdəxanı bələdiyyəsi və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR K assasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən- qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edib, qarşılıqlı iddianı rədd edərkən, birinci instansiya məhkəməsinin mübahisə üzrə düzgün nəticəyə g əlməməsinə, tərəflərin mübahisə etdikləri torpaq sahəsinin bağlar üçün ayrılan ərazi olmaqla dövlət mülkiyyətində olmasına, İddiaçı faktıki iddia etdiyi (iddiasına əsasən istıfadəsində olan) 1140 saylı bağın naturada sahəsinin 1644 kv.metr təşkil etməsinə, bağların bölgüsünə dair sxematik xəritəyə görə həmin (mübahisələndirilən hissədə) ərazidə 1139, 1140 və 1141 saylı bağların nömrələrinin qeyd edilməsinə, İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən ıstifadəsində olan) bağa dair reyestr xidməti tərəfındən heç bir ilkin hüquq müəyyənedıci sənədlərin verilməməsinə, mübahisələndirilən ərazidə yerləşən bağların bölgü xəritəsınin sxematik olması səbəbindən (xəritədə miqyas və yaxud ölçüləri göstərılməməsi səbəbindən) hüquqların dövlət qeydiyyatına alınması işinin naturada faktiki mövcud o lan hasar daxilində aparılmasına, İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan 1140 saylı) 1644 kv.metr torpaq sahəsinin 1200 kv.metr hissəsinin 1141 saylı bağ kimi Cavabdeh1 adına qeydə alınmasına, mübahisələndirilən ərazidə yerləşən bağ sahələrində qonşular arasında hasarlanma işləri düzgün aparılmadığı üçün 1141 saylı bağın bir çox hissəsinin 1139 saylı bağın mövcud olan hasarının hüdudları daxilində qalmasına, göstərilən halların mütəxəssis və ekspert rəylərinin təkzibedilməz sübut növü kimi qəbul edilməsinə imkan verməməsinə və bu səbəbdən də tərəflərin ilk növbədə inzibati icraat münasibətləri çərçivəsində torpaq sahəsi üzərində öz hüquqlarını təsbit etməli olmalarına və sair istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 53, 56, 65, 68, 73-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərfli və obyektiv araşdırmamışdır. Belə ki, əvvəla, apellyasiya instansiyası məhkəməsi İddiaçı apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxladığı halda, qətnamənin nəticə hissəsində ilk iddia ərizəsinə ümumiyyətlə münasibət bildirməmiş və ilk iddia ərizəsi üzrə hansı qərar qəbul etməsini qətnamədə göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə g örə, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi göstərilməlidir. Digər tərəfdən işdən görünür ki, İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayəti verməmişdir, Cavabdeh1 isə kassasiya şikayətində qətnaməni qarşılıqlı iddianın rədd olunması hissəsində mübahisələndirmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı Cavabdeh1 kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İşə əlavə edilmiş Bakı şəhər İHB-nın 05 avqust 1994-cü il tarixli, 1085 saylı sərəncamından çıxarışdan görünür ki, Bakı şəhər Soveti İK-nin 14 iyun 1 988-ci il tarixi, 6/333 saylı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 1988-ci il tarixli, 195 saylı qətnaməsinə əsasənxxx qəsəbəsində yerləşən 1141 T saylı bağ sahəsi Cavabdeh1 istifadəsinə ayrılmış və həmin sərəncam əsas tutulmaqla Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Cavabdeh1 adına 20 saylı order verilmişdir. Bundan sonra həmin sənədlər əsas tutulmaqla 09 fevral 2017-ci il tarixdə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən sözügedən bağ sahəsinə dair Cavabdeh1 adına “torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və 11 fevral 2017-ci il tarixli Çıxarışa əsasən həmin bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. Eləcə də işə əlavə edilmiş 13 fevral 2006-cı il tarixli, 537 saylı torpaq icarə müqaviləsini n surətindən görünür ki, həmin müqaviləyə əsasən Kürdəxanı qəsəbəsi, Kürdəxanı bağlarının Şimal hissəsində yerləşən ümumi sahəsi 1200 kv.metr olan torpaq sahəsi Kürdəxanı bələdiyyəsi tərəfindən 10 il müddətinə İddiaçı icarəyə verilmişdir. 28 sentyabr 2011-ci il tarixdə torpaq icarə müqaviləsi əsas tutularaq Kürdəxanı bələdiyyəsi tərəfindən sənəd üzrə sahəsi 1200 kv.metr olan 1140 T saylı torpaq sahəsinə dair İddiaçı adına “plan-cizgi sənədi” tərtib edilməklə, həmin sənəd bələdiyyənin dairəvi möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2017-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tərəflərin mübahisə etdikləri torpaq sahəsi bağlar üçün ayrılmış ərazi olmaqla, dövlət mülkiyyəti torpağıdır. Kürdəxanı bələdiyyəsinin 13 fevral 2006-cı il tarixli, 537 saylı torpaq icarə müqaviləsinə əsasən İddiaçı verilmiş Kürdəxanı qəsəbəsi, Kürdəxanı bağlarının Şimal hissəsində yerləşən ümumi sahəsi 1200 kv.metr olan torpaq sahəsi ilə, 11 fevral 2017-ci il tarixli Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olanxxx qəsəbəsində yerləşən “plan və ölçü sənədin”də göstərilən 1141 saylı bağ sahəsinin göstəriciləri üst-üstə düşür. Həmin Mərkəzin işə əlavə edilmiş digər 24 sentyabr 2018-ci il tarixli rəyindən görünür ki, İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan) 1140 saylı bağın naturada sahəsi 1644 kv.metrdir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən həmin (mübahisələndirilən hissədə) ərazidə 1139, 1140 və 1141 saylı bağların nömrələri qeyd edilmişdir. İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan) bağ sahəsinə keçmiş BTİ və İB tərəfindən heç bir ilkin hüquq müəyyənedici sənədlər, order verilməmiş, icarə müqaviləsi bağlanmamışdır. Mübahisələndirilən ərazidə yerləşən bağların bölgü xəritəsinin sxematik olması səbəbindən (xəritədə miqyas və yaxud ölçülərin göstərilməməsi səbəbindən) hüquqların dövlət qeydiyyatına alınması işləri naturada faktiki mövcud olan hasar daxilində aparılaraq İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan 1140 saylı) 1644 kv.metr torpaq sahəsinin 1200 kv.metr hissəsi 1141 saylı bağ sahəsi kimi Cavabdeh1 adına qeydə alınmışdır. Reyestr Xidmətinin məlumatına görə mübahisələndirilən ərazidə yerləşən bağ sahələrində qonşular arasında hasarlanma işləri düzgün aparılmadığı üçün 1141 saylı bağın bir çox hissəsi 1139 saylı bağın mövcud olan hasarının hüdudları daxilində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyi şdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraqxxx qəsəbəsi, 0,12 ha torpaq sahəsində yerləşən 1141 saylı bağın sərhədlərinin naturada yerində müəyyən edilməklə, “torpağın planı və ölçüsü sənədi”nin tərtib edilməklə, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmasına diqqət yetirmədə n və qanunverciliyə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə sayılmasını nəzərə almadan, İddiaçılə yanaşı Cavabdeh1 də inzibati icraat münasibətləri çərçivəsində mübahisəli torpaq sahəsi üzərində öz hüquqlarını təsbit etməli olmasına dair səhv nəticəyə gəlmişdir. Digər tərəfdən 05 sentyabr 2017-ci il tarixli ekspert rəyində İddiaçı icarəsində olan 0,12 ha torpaq sahəsi ilə, Cavabdeh1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin üst-üstə düşdüyü qeyd olunduğu halda, 24 sentyabr 2018-ci il tarixli digər ekspert rəyində mübahisələndirilən ərazidə yerləşən bağların bölgü xəritəsinin sxematik olması səbəbindən (xəritədə miqyas və yaxud ölçülərin göstərilməməsi səbəbindən) hüquqların dövlət qeydiyyatına alı nması işlərinin naturada faktiki mövcud olan hasar daxilində aparılaraq İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan 1140 saylı) 1644 kv.metr torpaq sahəsinin 1200 kv.metr hissəsinin 1141 saylı bağ sahəsi kimi Cavabdeh1 adına qeydə alındığı və həmin ərazidə yerləşən bağ sahələrində qonşular arasında hasarlanma işləri düzgün aparılmadığı üçün 1141 saylı bağın bir çox hissəsinin 1139 saylı bağın mövcud olan hasarının hüdudları daxilində qaldığı qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyləri arasındakı ziddiyyətlərə aydınlıq gətirmədən, həmin rəylərin əsaslılığına Azərbaycan Respublikası MPM-nin 88, 101.2, 101.3 və 103.1-ci maddələrin tələbləri baxımından hüquqi qiymət vermədən, zərurət yarandığı halda təkrar ekspertiza keçirib mübahisəli torpaq sahəs inin ölçüsü, sərhədləri və sair barədə əsaslandırılmış rəy almadan, eləcə də Cavabdeh1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə dair 09 fevral 2017-ci il tarixdə tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədində “torpaq sahəsinin kadastr göstəriciləri”nin, “əsas döngə nöqtələrinin koordinatları”nın, “döngə nöqtələri arasındakı məsafə”nin, həmçinin “torpaq sahəsinin qonşu sərhədləri”nin və sair müəyyən edilib dəqiq göstərilməsinə əhəmiyyət vermədən, birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın təmin edilməsi hissəsində də ləğv edib, qarışlıqlı iddianı rədd etməklə, əslində İddiaçı bütövlükdə 1644 kv.metr torpaq sahəsinə faktiki yiyələnməsi üçün qanunsuz əsas yaratmışdır. Bundan başqa Kürdəxanı bələdiyyəsi ilə İddiaçı arasında 13 fevral 2006-cı il tarixdə bağla nmış 537 saylı torpaq icarə müqaviləsində sonuncunun icarəsinə verilən 1200 kv.metr torpaq sahəsinin Kürdəxanı bağlarının Şimal hissəsində yerləşdiyi və həmin müqavilədə ümumiyyətlə torpaq sahəsinin ünvanı dəqiq göstərilmədiyi, müqaviləyə torpaq sahəsinin planı və ölçüsü sənədi əlavə edilmədiyi halda, 28 sentyabr 2011-ci il tarixdə Kürdəxanı bələdiyyəsi tərəfindən onun adına “torpaq sahəsinin planı, ölçüsü” sənədi tərtib edilməklə, sözügedən torpaq icarə müqaviləsində göstərilən 1200 kv.metr torpaq sahəsinin Kürdəxanı T bağlar massivində, 1140 T saylı ünvanda yerləşdiyi qeyd edilmişdir. Daha sonra işdən görünür ki, Cavabdeh1 adına verilmiş 12 fevral 2017-ci il tarixli Çıxarışda onun mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin Kürdəxanı bağlar massivində deyil,xxx qəsəbəsində yerldiyi və hə min bağın nömrəsinin 1140 T deyil, 1141 olduğu qeyd edilmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki,xxx qəsəbəsi, 0,12 ha torpaq sahəsində yerləşən 1141 saylı bağın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınması mülki iş materialları ilə istisna edilmədiyindən, onun da inzibati icraat münasibətləri çərçivəsində 1141 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnu təkrar təsbit etməsinə lüzum qalmamışdır. Apellyasiya instansiyası məhkəməsi bu hala, o cümlədən İddiaçı icarəsində olan 1200 kv.metr torpaq sahəsi ilə Cavabdeh1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin tamam fərqli ünvanlarda yerləşməsinə diqqət yetirmədən, İddiaçılə bağlanmış torpaq icarə müqaviləsində ümumiyyətlə 1200 kv.metr torpaq sahəsinin dəqiq ünvanın göstəri lməməsinə, sonuncunun torpaq sahəsi üzərində icarə hüqunun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamasına, həmin müqavilənin 10 il müddətinə bağlanmaqla 13 fevral 2016-cı il tarixdə müddətinin bitməsinə əhəmiyyət vermədən, eləcə də Kürdəxanı bələdiyyəsi tərəfindən 28 sentyabr 2011-ci il tarixdə İddiaçı adına tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olan ilkin sənədləri məhkəməyə təqdim etməyi sonuncuya, o cümlədən Kürdəxanı bələdiyyəsinə təklif etmədən və ümumiyyətlə İddiaçı Cavabdeh1 qarşı mübahisəli torpaq sahəsi ilə bağlı hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olub-olmamasını aydınlaşdırmadan, heç bir hüquq müəyyənedici sənədi olmadan İddiaçı faktiki olaraq 1644 kv.metr torpaq sahəsinə yiyələnməsini nəzər ə almadan, eləcə də mübahisəli torpaq sahəsinə yerində baxış keçirib Cavabdeh1 iddia etdiyi 1141 saylı bağın qonşu torpaq sahələrini müəyyən etmədən, yalnız biri-birinə zidd olan ekspert rəylərinə istinad edərək qarşılıqlı iddia ərizəsinin əsassız olması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndində göstərilir ki, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunverciliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 6 7-ci maddəsinin 4-cü bəndinə görə, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda xitam verilir. “xxx şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkə mə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Bu baxımdan kass asiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, hazırkı mülki mübahisənin qanuni həlli üçün ilk növbədə mübahisəli torpaq sahəsinə münasibətdə iddia qaldırmış İddiaçı müvafiq subyektiv hüquqa malik olub-olmaması aydınlaşdırılmalı və iş üzrə təkrar ekspertiza keçirilməklə Cavabdeh1 mülkiyyətində olan 1141 saylı bağın, eləcə də İddiaçı faktiki iddia etdiyi 1140 T saylı bağın əsas döngə nöqtələrinin koordinatları, döngə nöqtələri arasındakı məsafə, torpaq sahəsinin qonşu sərhədləri, qonşuları, həmçinin həmin bağ sahələrinin üst-üstə düşüb-düşməməsi, hansı hissədə neçə kvadrat metr hissəsinin düşməsi, orada hər hansı tikililərin olub-olmaması və sair yerində araşdırılmaqla əsaslandırılmış rəy alınmalı və yalnız bundan sonra qarışlıqılı iddia ərizəsini n əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir. Ona görə də kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkə n sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, hazırkı mülki mübahisəyə maddi və prosessual hüquq normalarının tələblərinin düzgün tətbiq edilməsi təmin edilməklə, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh1 və vəkili xxx oğlunun kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli, 2(103)-2720/2018 saylı qətnaməsi qismən- Cavabdeh1 İddiaçı, X1 və Kürdəxanı bələdiyyəsinə qarşı “torpaq icarə müqaviləsinin etibarsız sayılması, torpaq sahəsindən çıxarılma və daş hasarın üstünə əlavə olaraq tikilən hissənin sökülməsi” qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar