Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5600/2021 28.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı, nümayəndəsi və vəkili X3 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “atalığın mübahisələndirilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 12 avqust 2013-cü il təvəllüdlü X4 onun övladı olmamasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəyə dəqiqləşmə verərək, onun 12 avqust 2013-cü il təvəllüdlü X5 atası olmadığının müəyyən olunması, 12 avqust 2013-cü il təvəllüdlü X5 atasının onun olmağına dair doğum haqqında akt qeydləri kitabındakı qeydin ləğv edilməsi və həmin qeyd əsasında verilmiş doğum haqqında şəhadətnamənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 2013-cü ildə tanış olan zaman ona hamilə olduğunu bildirmiş və doğulacaq uşağın atası haqqında məlumat vermişdir. 2013-cü ilin 12 avqust tarixində Cavabdeh qızı Əsra anadan olanda aralarında olan münasibətdən irəli gələrək cavabdeh ondan uşağın atası olaraq qeydiyyat şöbəsində qeydə alınmasını xahiş etdi və o, buna razı olmuşdur. Bununla da 12 avqust 2013cü il təvvəllüdlü X2 doğumu haqqında qeydə rəsmi olaraq atası olaraq onun adı göstərilmişdir. Sonradan doğum haqqında şəhadətnamədə onun soyadı uşağa verilmişdir. Qeyd edir ki, cavabdeh şəhadətnanmədə olan bu qeydin müvvəqqəti olacağını, sonradan bu yanlışlığı aradan qaldıracağını bildirmişdi. Lakin, bu günə qədər o, səhv olaraq rəsmi sənədlərdə X5 atası olaraq qeyd olunmuşdur. Bildirir ki, o, X7 anadan olandan nə onun tərbiyəsi ilə məşğul olmamış və ümumiyyətlə nə o uşağı, , nə də ki uşaq onu tanımamışdır. Ona sonradan məlum olmuşdur ki, Cavabdeh uşağının bioloji atası ilə münasibətləri yaxşılaşmış və bildiyinə görə hal-hazıradək faktiki nigah münasibətlərinə girərək ailə qurmuşlar. Göstərilənləri nəzərə alaraq, onun 12 avqust 2013-cü il təvəllüdlü X5 atası olmadığının müəyyən olunması, 12 avqust 2013-cü il təvəllüdlü X5 atasının onun olmağına dair doğum haqqında akt qeydləri kitabındakı qeydin ləğv edilməsi və həmin qeyd əsasında verilmiş doğum haqqında şəhadətnamənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili X3 iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək göstərdi ki, iddiaçı ilə 2013-cü ildə tanış olmuşdur. Həqiqətəndə 2013-cü il təvəllüdlü Əsranın atası İddiaçı olmadığını və iddia tələbini qəbul etdiyini bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili X3 və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan AZ-İİİ № 167114 saylı, 10.10.2013-cü il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 12.08.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında-İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 242360 saylı, 10.10.2013-cü il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı 12 avqust 2013-cü ildə vətəndaş Cavabdeh doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, İddiaçı ona qarşı 12 avqust 2013-cü il təvəllüdlü X5 atası olmadığının müəyyən olunması barədə iddia ərizəsini qəbul edir və təmin olunmasını xahiş edir. İş materiallarında olan AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 64, mənzil 68-də qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1 -ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır Ailə Məcəlləsinin 158.1 -ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Göstərilən Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı 12 avqust 2013-cü il təvəllüdlü Zari Əsranın atası olmadığı müəyyən edilməli, 12 avqust 2013-cü il təvəllüdlü Zari Əsranın atasının İddiaçı olmasına dair doğum haqqında akt qeydləri kitabındakı qeyd ləğv edilməli və həmin qeyd əsasında verilmiş doğum haqqında şəhadətnamə etibarsız sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 12.08.2013-cü il təvəllüdlü Zari Əsranın atası olmadığı müəyyən edilsin. 12.08.2013-cü il təvəllüdlü Zari Əsranın atasının İddiaçı olmasına dair doğum haqqında akt qeydləri kitabındakı qeyd ləğv edilsin və həmin qeyd əsasında verilmiş AZ-İİİ seriyalı, 167114 saylı doğum haqqında şəhadətnamə etibarsız sayılsın. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5600/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5600/2021
28.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver