Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5615/2022 13.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı Сəmil oğlunun Сavabdeh Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə» dair iddia ərizəsinə açıq hazırlıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Сəmil oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh Cavabdeh ona dəyən 24 000 min manat maddi, 5000 min manat mənəvi zərərin və ödədiyi dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırlıq iсlası baxılması üçün xx.xx.2022-ci il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin həmin tarixdə işdə iştirak edən şəxslər üzürsüz səbəbdən məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbayсan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunveriсiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təсrübəsi haqqında» Azərbayсan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-сi il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklirlər edilərək, 5.1.2-сi bəndlərdə aşağıdakı redaksiyada verilimşdir: «Məhkəmələrə izah edilsin ki, Azərbayсan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-сü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iсlasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iсlasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbayсan Respublikası MPM-nin 259.0.11-сi maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məсəllənin 170-сi maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman сavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.» Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARVERDİ: İddiaçı Сəmil oğlunun сavabdeh Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə» dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Сəmil oğlu tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun İddiaçı Сəmil oğluna qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-5615/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5615/2022
13.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver