Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5717/2021 20.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, cavabdehdən 3396 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının yaşadığı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27/15, mənzil 28-dən ona aid əşyaları oğurlamaqla maddi ziyan vurmuşdur. Odur ki,məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə, iddiaçı və cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-52/2021 saylı, 06.04.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh AR CM-nin 177.2.1, 177.2.2 və 29, 177.2.1, 29 və 177.2.2-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-373/2021 saylı, 26.05.2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 52/2021 saylı, 06.04.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-52/2021 saylı, 06.04.2021-ci il tarixli hökmü ilə Cavabdeh 31.05.2020-ci il tarixdə, saat 08 radələrində özgənin əmlakını talama məqsədilə rəfiqəsi İddiaçı kirayədə yaşadığı Sumqayıt şəhəri 8-ci mikrorayon ev 27/15, mənzil 28-də olarkən çarpayının altında olan çemodanın içərisindəki mücrüdən sonuncuya məxsus 850 (səkkiz yüz əlli) manat dəyərində olan İtaliya istehsalı 750 əyarlı, 10 qram çəkidə oval formalı qızıl sırğa, üzük, qolbaqdan ibarət 01 dəst komplekti, bir ədədi 520 (beş yüz iyirmi) manat, ikisi 1040 (bir min qırx) manat dəyərində olan 583 əyarlı hər biri təxminən 08 qram olan 02 ədəd enli qızıl qolbaqları, 195 (bir yüz doxsan beş) manat dəyərində olan 583 əyarlı təxminən 03 qram çəkidə olan 01 ədəd qızıl qəpiyi, 325 (üç yüz iyirmi beş) manat dəyərində olan 583 əyarlı təxminən 5 qram çəkidə olan brilliant qaşlı 01 ədəd qadın nişan üzüyünü, 130 (bir yüz otuz) manat dəyərində olan 583 əyarlı təxminən 02 qram çəkidə olan 01 ədəd alyans adlanan qızıl kişi nişan üzüyünü, 40 (qırx) manat dəyərində olan 583 əyarlı təxminən 1 qram çəkidə olan 01 tay qızıl uşaq sırğasını, 650 (altı yüz əlli) manat dəyərində olan 583 əyarlı təxminən 10 qram çəkidə olan 01 ədəd qızıl boyunbağı ilə birlikdə Atatürkün şəkli həkk olunmuş halqa formalı qızıl kulonu və 166 (yüz altmış altı) manat dəyərində olan 2,56 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 01 ədəd üzüyü gizli talayaraq, zərərçəkmiş şəxs Şəfəq Altaşa ümumilikdə təxminən 3396 (üç min üç yüz doxsan altı) manat məbləğində ziyan vurmaqla oğurluq etməsi müəyyən olunmuşdur. - Cavabdeh ərizəsindən görünür ki, o, iddia tələbini qəbul edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən cavabdeh iddiaçıya 3396 manat dəyərində ziyan vurmuşdur. Cavabdeh iddia tələbini qəbul edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 3396 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3396 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5717/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5717/2021
20.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver