Məhkəmə qərarları › İş №2(060)-5781/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5781/2023

10.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5781/2023 10.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Əsədli İlhaə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsi) icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 8İ-11585 reyestr nömrəli icra qeydi yazılaraq icra edilməsi üçün Sumqayıt şəhər İcra şöbəsinə göndərilmiş və həmin sənədə əsasən ondan "xxxx" MMC-nin xeyrinə 53.20 manat əsas borc,25 manat isə dövlət rüsumu tələb olunmuşdur. Onun həmin şirkətə borcu yoxdur, yazılmış icra qeydi tam əsassızdır. Onda 2022-ci ildə abunə nömrə olmuş, lakin həmin nömrədən bir müddət istifadə etmiş və Türkiyədə müalicədə olan vaxt həmin nömrə deaktiv olmuşdur. O həmin icra qeydi barədə hazırda Sumqayıt şəhər İcra şöbəsinə dəvət olunarkən bilmiş və həmin icra qeydinin surətini əldə etməklə qeydin ləğvi ilə bağlı məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, Cavabdeh xüsusi notariusu X1 “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə "xxxx" MMC-nin xeyrinə İddiaçı ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 53.20 manat, bundan əlavə ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 78.20 manat pul tutmuşdur. - Cavabdeh xx.xx.2023-cü il tarixli, 8İ-11585 nömrəli icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyev tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, ********* №-li müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyindən xx.xx.2023-cü il tarixində Cavabdeh tərəfindən icra qeydi verilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinin 2-ci hissəsində göstərilmişdir ki, notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin Təlimatın 162-ci bəndinin 1-ci hissəsində göstərilmişdir ki, icra qeydi təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, icra qeydinə əsasən yönəldilən tutmanın (borcun) məbləği mübahisəsiz olmadığından iddia əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xüsusi notariusu tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli, 8İ-11585 nömrəli icra qeydi ləğv edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-11585 nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar