Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5782/2023 18.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Behbudovanın sədrliyi, Şükürova Əntiqə Əfqan qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti) “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 2/29, 13 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Sumqayıt Şəhəri İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov cənablarına ərizə ilə müraciət edərək, Sumqayıt şəhəri, 14-cü məhəllə, 2/29 saylı evin, 13 saylı mənzilin ondan öncə Sumqayıt şəhəri, İcra Hakimiyyəti tərəfindən yaşayış sahəsi kimi kimə verilməsi və həmin şəxsin orderinin hansı tarixdə və hansı əsaslarla ləğv olunması barədə ətraflı məlumat verməsini xahiş etmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil Təsərrüfatı və Mənzillərin Uçotu şöbəsinin müdiri Sədaqət xanım Əsədovanın ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ona aid olan mənzilin 1996-cı ilə qədər MİƏ aid olduğu, mənzilə dair orderin hansı tarixdə və hansı əsaslara görə ləğv olunması barədə məlumat verilməsinə dair müraciətə şəhər İcra Hakimiyyətində baxılmışdır. Müəyyən olunmuşdur ki, yaşayış sahəsi 39.6 kvadratmetrdən ibarət 3 otaqlı, 12-ci mikrorayon, ev 7A, mənzil 13 Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 243 saylı 1996-cı il tarixli sərəncamı ilə mərhum X4 arvadı Cavabdeh2 4 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. Mərhumun ailəsinin yaşadığı yaşayış sahəsi 26.07 kvadratmetr olan 2 otaqlı 14-cü məhəllə, ev 2/29, mənzil 13 isə həmin sərəncam əsasında onların beş nəfərdən ibarət ailə tərkibinə təqdim edilmiş, adına xx.xx.1996-cı il tarixli, 14/118 saylı order verilmişdir. Hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ona məxsus Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 2/29, 13 saylı mənzilin boşaldılmasını tələb etsə də cavabdehlər buna məhəl qoymurlar. Ona görə də cavabdehlərin Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 2/29, 13 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmaları ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətindədir. 29 noyabr 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında Sumqayıt Şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən İddiaçı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddia tələbini qəbul etmir. Belə ki, mərhum həyat yoldaşı X10 uzun müddət Enerjiquraşdırma SSŞ Sumqayıt filialında “mühəndis” işləmişdir. 1977-ci il tarixdə ünvan 1 ünvanında yerləşən sahəsi 29.07 kv.m olan 2 otaqlı 13 saylı mənzil mərhum həyat yoldaşı X7 3 nəfər ailə üzvü ilə birlikdə iş yerindən verilmişdir. Həmin tarixdən sözügedən ünvanda yaşamışlar. 28 yanvar 1993-cü il tarixdə həyat yoldaşı Hüseynov Sabir “xroniki ürək damar” çatışmamazlığından vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra rəsmi müraciəti əsasında sözügedən mənzilə dair kirayə müqaviləsi onun adına dəyişdirilmişdir. 16 iyul 2010-cu il tarixli, 10/110 saylı order əsasında ünvan 1 ünvanında yerləşən sahəsi 29.07 kv.m olan 2 otaqlı 13 saylı mənzil 3 nəfər ailə üzvü ilə birlikdə ona verilmişdir. Halhazırki vaxta qədər ailə üzvləri ilə birlikdə sözügedən mənzildə qeydiyyatda olmaqla yaşayır. Mənzilin başqa şəxslərə verilməsinə, iddiaçıya məxsus olmasına dair heç bir məlumatı olmamışdır. Rəsmi müraciəti əsasında mənzilin kirayə müqaviləsi onun adına dəyişdirilmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 243 saylı, 11 aprel 1996-cı il tarixli sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 39.60 kv.m olan 3 otaqlı mənzilin mərhum həyat yoldaşı X7 4 nəfər ailə üzvü ilə birlikdə verilməsi barədə sonradan məlumatı olmuşdur. Sözü gedən ünvana köçmək istədikdə isə məlum olmuşdur ki, həmin ünvanda Qubadlı rayonundan məcburi köçkün ailəsi məskunlaşmışdır. Mənzildən çıxmalarını tələb etdikdə isə onların evlə təmin ediləcəyi təqdirdə mənzildən çıxacaqlarını bildirmişlər. Onun tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. O ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə qanuni şəkildə yaşayırlar. Mənzilə dair kirayə müqaviləsinin onun adına dəyişdirilməsinə dair orderin, eləcə də Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 07 iyul 2010-cu il tarixli sərəncamın surəti onun tərəfindən etiraz ərizəsinə əlavə olunmuşdur. Əgər həqiqətən də sözü gedən mənzil iddiaçıya verilmişdirsə ona nə üçün 2010-cu il tarixdə order verilmişdir. Digər tərəfdən də 1996-cı il tarixdə ona verilməsi qeyd olunan mənzildə qaçqınlar məskunlaşmışlar. Belə olan halda bir vətəndaş olaraq o harada yaşamalıdır? Həqiqətən də 1996-cı il tarixdə onların ailəsinə başqa mənzil verilmişdirsə nə üçün mübahisəli mənzilə dair yenidən order verilmişdir. Həqiqətən də 1996-cı il tarixdə onların ailəsinə yeni 3 otaqlı mənzil verilmişdirsə nə üçün qaçqınlar həmin mənzildə yaşayır. Hesab edir ki, məhkəmə sadaladığı xüsusatları obyektiv araşdıraraq düzgün və ədalətli qərar verməlidir. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə elektron ərizə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil Təsərüffatı və Mənzillərin Uçotu şöbəsinin müdiri Sədaqət xanım Əsədovanın ona ünvanladığı xx.xx.20023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, sizə aid olan mənzilin 1996-cı ilə qədər ona aid olduğu, mənzilə dair orderin hansı tarixdə və hansı əsaslara görə ləğv olunması barədə məlumat verilməsinə dair müraciətə şəhər İcra Hakimiyyətində baxılmışdır. Müəyyən olunmuşdur ki, yaşayış sahəsi 39,6 kvadratmetrdən ibarət 3 otaqlı 12-ci mikrorayon, ev 7A, mənzil 13 Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının 243 saylı 1996-cı il tarixli sərəncamı ilə mərhum X4 arvadı Cavabdeh2 4 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. Mərhumun ailəsinin yaşadığı yaşayış sah əsi 26,07 kvadratmetr olan 2 otaqlı 14-cü məhəllə, ev 2/29, mənzil 13 isə həmin sərəncam əsasında onun 5 nəfərdən ibarət ailə tərkibinə təqdim edilmiş, adına xx.xx.1996-cı il tarixli, 14/118 saylı order verilmişdir. İddia tələbini müdafiə etdiyini və məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. 29 noyabr 2023-cü il tarixdə məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. O 1977-ci ildən həmin mənzildə yaşayır. Order onun adınadır. 1993-cü ildə Sumqayıt şəhəri 12-ci mikrorayondan yoldaşına mənzil verilmişdir. Mənzilin qapı-pəncərəsi olmamışdır. Həmin il əri vəfat etmiş, köçə bilməmişlər. Sonra da həmin mənzili məcburi köçkünlər zəbt etmişdir. Ona qarşı yönəlmiş tələblə razı deyildir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Onlar həmin mənzildə 1977-ci ildən yaşayırlar. Order onun adına 2010-cu ildə yazılmışdır. Həmin mənzilə dair order iddiaçıya da 2010-cu ildə verilmişdir. Onun adına olan mənzildə hazırda qaçqınlar yaşayır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 SMS xəbərdarlıq edilməklə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışdır. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli birgə tərtib olunmuş aktdan görünür ki, ünvan 4 ünvanında adları qeyd olunan sakinlər- Cavabdeh2 1977-ci ildə etibarən yuxarıda göstərilən ünvanda qeydiyyatdadır. Həmin ünvanda bu günə kimi yaşayır. Kommunal ödənişləri isə Cavabdeh2 həyata keçirir. Cavabdeh3 1979-cu il təvəllüdlü və X5 1980-ci il təvəllüdlü ünvan 4 ünvanında qeydiyyatdadırlar. Lakin ailə vəziyyətləri ilə əlaqədar müvəqqəti həmin ünvanda yaşamırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası, Sumqayıt şəhərində xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Əlimədət oğlu Azərbaycan Respublikası, Sumqayıt şəhərində xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin 04 iyun 1996-cı il tarixli, 14/118 nömrəli orderindən görünür ki, yaşayış sahəsi 26 kv.m olan 2 otaqlı, 14-cü məhəllə, ev 2/29- 13 nömrəli mənzil İddiaçı 5 nəfərdən ibarət ailə tərkibinə təqdim edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2019-cu il tarixli, 40 nömrəli arxiv çıxarışından görünür ki, Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının 243 nömrəli, 11 aprel 1996-cı il tarixli sərəncamı ilə Sumqayıt Şəhər Mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənziı-tikinti kooperativlərində mənzillərin bölüşdürülməsi komissiyasının təzə 12-ci mkr, ev 7 və boşaldılmış mənzillərin bölünməsinə dair xx.xx.1996-cı il tarixli 10 nömrəli protokolu təsdiq olunmuş, yaşayış sahəsi 26.7 kv.m olan 2 otaqlı, 14-cü məhəllə, ev 2/29- 13 nömrəli mənzil İddiaçı 5 nəfərdən ibarət ailə tərkibinə təqdim edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli İddiaçı ünvanlanmış müraciətə cavabdan görünür ki, yaşayış sahəsi 39.6 kvadratmetrdən ibarət 3 otaqlı, 12-ci mikrorayon, ev 7A, mənzil 13 Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 243 saylı, 1996-cı il tarixli sərəncamı ilə mərhum X4 arvadı Cavabdeh2 4 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. Mərhumun ailəsinin yaşadığı yaşayış sahəsi 26.07 kvadratmetr olan 2 otaqlı, 14-cü məhəllə, ev 2/29, mənzil 13 isə həmin sərəncam əsasında onların beş nəfərdən ibarə ailə tərkibinə təqdim edilmiş, adına xx.xx.1996-cı il tarixli, 14/118 saylı order verilmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin xx.xx.2010-cu il tarixli, 10/110 nömrəli orderindən görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, 14-cü məhəllə, 2/29 saylı evin 13 nömrəli mənzilinin 29.07 kv.metr sahəsi olan, 2 otaqlı evi 3 nəfər ailə üzvü ilə birlikdə tutmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2023-cü il tarixli arxiv çıxarışından görünür ki, Azərbaycan Respublikası Sumqayıt Şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamı ilə yaşayış sahəsi 29.7 kv.m olan 2 otaqlı, 14-cü məhəllə, 20 yanvar küçəsi, ev 2/29, 13 nömrəli mənzilin əsas kirayəçisi X4 vəfatı ilə əlaqədar olaraq mənzilin kirayə müqaviləsi (orderi) mərhumun həyat yoldaşı Cavabdeh2 3 nəfərdən ibarət ailə tərkibinin adına dəyişdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası, Bərdə rayonu, Hüseynallar kəndində xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. 07 may 2023-cü il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının çıxarışından görünür ki, xx.xx.1996-cı il tarixli, 10 nömrəli protokoldan çıxarışdan görünür ki, yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil mərhum X6 4 nəfərdən ibarət ailə tərkibinə təqdim edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5782/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə baxılmasının 18 dekabr 2023-cü il tarixinə, saat 12:10-a təxirə salınması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il qeyd olunur ki, hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Eyni zamanda, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İşin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iclasında tədqiq edilən sənədlərdən göründüyü kimi, mübahisəli Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 2/29, 13 saylı mənzili qanuni əsaslarla İddiaçı xx.xx.1996-cı il tarixli order ilə 5 nəfərdən ibarət onun ailə tərkibinə verilmişdir. Mübahisəli mənzilin istifadə hüququ iddiaçıya keçməsinə baxmayaraq mülkiyyət hüququndan sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə maneçilik törədilir. Məhkəmə iddia tələbini qismən təmin edərkən qeyd olunmasını zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə iş materiallarında olan sənədlərə, iddiaçı tərəfindən təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilən hallara əsaslanaraq hesab edir ki, işin mübahisəsiz halı iddiaçı və onun ailə üzvlərinin order əsasında ayrılmış mənzilə köçməsini mümkünsüz edən cavabdehlərə order əsasında ayrılmış, mənzillərin bölüşdürülməsi barədə yaşayış sahəsi 39.6 kvadratmetrdən ibarət 3 otaqlı, 12-ci mikrorayon, ev 7A, mənzil 13 Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 243 saylı, 1996-cı il tarixli sərəncamı ilə mərhum X4 arvadı Cavabdeh2 4 nəfərdən ibarət ailə tərkibinə ayrılmış mənzilə köçüb yaşamaması olmuşdur. Mərhumun ailəsinin yaşadığı yaşayış sahəsi 26.07 kvadratmetr olan 2 otaqlı, 14-cü məhəllə, ev 2/29, mənzil 13 isə həmin sərəncam xx.xx.1996-cı il tarixli, 14/118 saylı order əsasında İddiaçı beş nəfərdən ibarət ailə tərkibinə təqdim edilmiş, adına order verilmişdir. Cavabdeh2 iddia tələbini qəbul etməməsinə dair etirazının dəlilləri yalnız onun ailə üzvləri ilə həmin mənzildə uzun müddət yaşaması, orderin onun adına olması, 1993cü ildə Sumqayıt şəhəri 12-ci mikrorayondan yoldaşına mənzil verilməsi, mənzilin qapıpəncərəsi olmaması, həmin il ərinin vəfat etməsi, 12-ci mikrorayon, ev 7A, mənzil 13 köçə bilməməsini və sonradan həmin mənzilin məcburi köçkünlər tərəfindən zəbt edilməsinə dair gətirdiyi dəlilləri əsassız hesab edir. Belə ki, iş materialları əsasında təsdiq olunmuş, order əsasında ayrılan (12-ci mikrorayon, ev 7A, mənzil 13) mənzildə cavabdehlərin səhlənkarlığı nəticəsində köçməməsi, iddiaçı və onun ailə üzvlərininin qanuni əsaslarla ayrılan mənzildən istifadə etmək imkanından məhrum etmişdir. Ona görə də, cavabadehlərin mənzilə istifadə hüquqlarına xitam verilməli, Cavabdeh2 mənzildə yaşaması müəyyən edildiyindən həmin mənzildən çıxarılmalıdır. İşin tədqiq edilən hallarına əsasən Cavabdeh1, Cavabdeh3 mənzildə yaşamadıqları üçün həmin hissədə iddia tələbi təmin edilməməlidir.İddiaçının mənzildə müəyyən müddət yaşamaması həmin mənzilə cavabdehin formal mülahizələrlə yaşamaq hüququ vermir. Bu baxımdan məhkəmə iddia tələbini qismən əsaslı saymaqla, mübahisələndirilən və iddiaçı olaraq order əsasında ayrılmış mənzildə onun yaşayış hüququnun təmin edilməsi imkanı verir. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, qanuni əsaslarla ayrılmış (12-ci mikrorayon, ev 7A, mənzil 13) münasibətdə müraciət etmək imkanı, vurulmuş ziyanın ödənilməsi və sair tələblərlə məhkəmə müdafiəsindən etmək imkanının olması cavabdehlərə münasibətdə istisna edilmir. Belə ki, Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 2/29, 13 saylı mənzildən Cavabdeh2 mənzildən çıxarılmalı və mənzil boşaldılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 2/29, 13 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Cavabdeh2 Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 2/29, 13 saylı mənzilindən çıxarılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5782/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5782/2023
18.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver