Məhkəmə qərarları › İş №2(060)-5916/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5916/2025

24.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5916/2025 24.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, İlkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “şər və böhtan xarakterli məlumatların təkzib edilməsi, üzr istənilməsi və zərərin ödənilməsi” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “üzr istənilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən iddiaçı barəsində yayılmış şər və böhtan xarakterli məlumatların təkzib edilməsi və iddiaçıdan üzr istənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, işgüzar nüfuzunun zədələnməsi və mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul vəsaitinin, həmçinin maddi zərərin əvəzi olaraq 94 (doxsan dörd) manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 5094 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Qarşılıqlı iddia tələbi:

2. İddiaçılar Cavabdeh İddiaçı qarşı iddia qaldıraraq cavabdeh İddiaçı X3 xeyrinə vurulmuş mənəvi ziyana görə kompensasiya olaraq 10000 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İlkin iddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixindən Cavabdeh iddiaçının direktor vəzifəsini müvəqqəti olaraq icra etdiyi Sumqayıt şəhər 11 saylı orta məktəbində ibtidai sinif müəllimi kimi çalışır. İddiaçı və cavabdehin eyni məktəbdə işləməyə başladıqları vaxtdan bəri cavabdehin iddiaçıya qarşı şəxsi qərəzli münasibəti olmuşdur. Xüsusilə, iddiaçının vəzifəsinin yüksəlməsi direktor vəzifəsini müvəqqəti icra edən təyin edilməsindən sonra iddiaçı məktəbdə cavabdehin və onun əlbir olduğu digər şəxslərin yaratdığı mənfi vəziyyətləri - şagirdlərdən müxtəlif bəhanələrlə pulların yığılması, rüşvət alınması, dərslərin yaxşı və keyfiyyətli şəkildə tədris edilməməsi və digər təlim-tədris prosesinə mənfi təsir edən halları aradan qaldırmağa yönələn tədbirlər gördüyü üçün iddiaçıya qarşı əvvəldən mövcud olan mənfi yanaşma və qərəzli münasibət daha da artmış və cavabdeh tərəfindən iddiaçının tutduğu vəzifədən uzaqlaşdırılmasına yönəlmiş addımlar atılmışdır. Belə ki, uzun müddətdir ki, cavabdeh iddiaçı barəsində xoşagəlməz ifadələrlə onun müvafiq olaraq məktəb tədbirləri üçün pul yığdığına, rüşvət aldığına dair həqiqətə uyğun olmayan məlumatları müəllim və valideyn kollektivi, həmçinin təhsil müəssisəsində çalışan digər əməkdaşlar arasında bilə-bilə yayır. Hələ bu azmış kimi, hətta öz uydurmaları ilə hüquqmühafızə orqanlarına da müraciət edərək iddiaçını kollektiv arasında gözdən salmağa çalışır. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində iddiaçının və həmin məktəbdə direktor müavini vəzifəsində çalışan Teymur Abbasovun onu təhqir etdiyinə və həmçinin iddiaçının son zəng tədbirləri üçün müəllimlərdən və şagirdlərdən pul yığdığına dair şikayət ilə Sumqayıt şəhər Prokuroru cənab Mürvət Həsənova müraciət etmişdir. Cavabdehin şikayəti əsasında Sumqayıt şəhər Prokurorluğunda aidiyyatı üzrə araşdırmalar aparılmış və nəticədə cavabdehin şikayətinin əsassız və yalan olduğu aşkar edilərək cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Hansı ki, iddiaçı özü də xx.xx.2025-ci il tarixində Abşeron-Xızı Regional Təhsil Şöbəsinin müdiri İlhamə xanım Abdullayevaya ünvanlamış olduğu ərizəsində qeyd etmişdir ki, son zəng tədbiri ilə əlaqədar müəllim və şagirdlərdən pul yığılmasına dair ərizəsini əsəbiləşib yazmışdır, nə Teymur Abbasovdan, nə də iddiaçıdan heç bir şikayəti yoxdur. Beləliklə, görünür ki, cavabdeh sırf əsəbiləşdiyi üçün iddiaçıya şər atmış və bununla yetinmədən hətta onu hüquq-mühafızə orqanlarına şikayət edərək iddiaçının işgüzar nüfuzuna xələl yetirmişdir. Əslində cavabdehin Sumqayıt şəhər Prokuroruna şikayət ünvanlandığı tarixdən 1 gün öncə xx.xx.2025-ci il tarixində özü məktəb daxilində münaqişə yaratmışdır. Belə ki, cavabdeh məktəbin direktor müavini Teymur Abbasovun otağına daxil olub onu nalayiq ifadələrlə təhqir etmiş, hərəkətlərinin mobil telefonun kamerası vasitəsilə çəkildiyini hiss etdiyin an Teymur Abbasovun otağını tərk etmişdir. Həmin gün 2-ci dəfə məktəbin binasının 1-ci mərtəbəsində yenidən Teymur Abbasovu saxlayaraq onu müəllimlərin, yetkinlik yaşma çatmayan ibtidai sinif şagirdlərinin yanında “əclaf, şərəfsiz, biqeyrət” və bunlardan daha ağır söyüşlərlə təhqir etmişdir. Görünür ki, bu münaqişədən sonra iddiaçının işgüzar nüfuzuna qarşı kampaniyasını davam etdirmək məqsədilə cavabdeh Sumqayıt şəhər Prokurorluğuna şər və böhtan xarakterli şikayət ünvanlamışdır. Qeyd etdiyi faktlar Teymur Abbasovun iddiaçıya və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə xanım Abdullayevaya ünvanlanmış ərizələrində öz əksini tapmaqdadır. Cavabdehin etikadan kənar hərəkətləri ilə iddiaçıya və digər əməkdaşlara zərər vurmaqla yanaşı şagirdlərə də təsir edir. Məlumdur ki, bu cür nalayiq ifadələrin ibtidai sinif şagirdləri tərəfindən xüsusilə onların öz müəllimlərinin ağzından eşidilməsi heç yaxşı hal deyildir. Bundan başqa cavabdeh özü müəllimlik vəzifəsini layiqincə yerinə yetirmədiyi kimi, məktəbdə tədris prosesini də dərindən zədələyir. Bu isə birbaşa həmin məktəbdə direktor vəzifəsini icra etdiyi üçün iddiaçıya təsir edir. Belə ki, cavabdehin əməllərindən narazı olan valideynlərin haqlı olaraq iradları yaranır və bununla bağlı iradlarını da vəzifəli şəxs olduğu üçün birbaşa iddiaçıya bildirirlər. Ümumiyyətlə, cavabdeh yuxarıda qeyd edilən əməllərindən başqa gündəlik məktəb daxilində iddiaçıya və onun lazımi göstərişlərinə məhəl qoymur, direktormüəllim arasında tabeliliyə zidd davranır və bilə-bilə dərsi pozaraq, təlim-tədrisə mane olur. Ən əsas məsələ budur ki, cavabdeh iddiaçıya qarşı əməllərini təkbaşına eləmir. İddiaçını tutduğu vəzifədən uzaqlaşdırmağa, onun ad-sanını ləkələməyə yönələn hərəkətlərinə məktəbdə çalışan digər əməkdaşları da alət edir. Cavabdehin əlbir olduğu digər məktəb işçiləri də vardır ki, bunlardan biri məktəbin təlim-tərbiyə üzrə direktor müavini X2r. Vəfa Novruzəliyeva eyni bu iş üzrə cavabdeh kimi iddiaçını kollektiv içində gözdən salacaq, onun işgüzar nüfuzunu zədələyəcək böhtan xarakterli məlumatları KİV vasitəsilə elektron xəbər portallarında yayımlatmışdır. Bununla əlaqədar 2(060)-3201/2025 saylı məhkəmə işi Sumqayıt Şəhər Məhkəməsində hakim Vəfa xanım Şirəliyevanın icraatındadır. Bu ərizədə qeyd olunan hallar cavabdehin və digər şəxslərin iddiaçıya və onun nüfuzuna qarşı nə ilk, nə də son əməlləridir. Hal-hazırda da öz məqsədlərinə çatmaq üçün hər vasitədən istifadə etməklə iddiaçıya zərər vurmaq niyyətindədirlər. Cavabdehin və onun əlbir olduğu digər məktəb işçilərinin qanunsuz əməlləri nəticəsində iddiaçının işgüzar nüfuzunu, təhsil sektorunda illərdir formalaşdırdığı etibarını və hörmətini zədələmək məqsədi daşımaqdadır. Hər nə qədər araşdırmalar nəticəsində iddiaçının onların iddia etdiyi heç bir əməli törətmədiyi bir çox orqan tərəfindən (Sumqayıt şəhər Prokurorluğu, Abşeron-Xızı Regional Təhsil Şöbəsi) təsdiq edilsə də, cavabdehin və onunla eyni məqsədə xidmət edən digər məktəb işçilərinin əməlləri nəticəsində iddiaçı mənəvi iztirab, stress keçirmişdir. Heç bir təqsiri olmadığı halda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilmiş, günlərlə təhsil idarələrinə şikayətlərlə bağlı izahat vermək üçün getmiş, korrupsiya cinayəti əməllərini törətməklə ittiham edilmişdir. Öz peşəsini ləyaqətlə icra edən şəxs üçün qeyd olunan hallar kifayət qədər iztirab və utancvericidir. Bu səbəblə, iddiaçının çəkdiyi mənəvi əzab və stress səbəbilə iddiaçıya mənəvi zərər dəymişdir.

Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar:

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və müraciət ilə aşağıdakıları xahiş etmişdir: 1. Cavabdeh tərəfindən iddiaçı barəsində yayılmış şər və böhtan xarakterli məlumatların təkzib edilməsi və iddiaçıdan üzr istənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilsin. 2. İşgüzar nüfuzun zədələnməsi və mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul vəsaitinin, həmçinin maddi zərərin əvəzi olaraq 94 manat məbləğində ödənilmiş dövlət rüsumunun, hüquqi yardımın göstərilməsinə görə çəkilmiş 2000 manat xərcin və vəkil orderinin əvəzi olaraq 300 manat olmaqla, ümumilikdə, 7370 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilsin. İlkin iddia tələbini müdafiə etmir və qarşılıqlı iddia ilə məhkəməyə müraciət edirlər. Həqiqətən də, Cavabdeh tərəfindən hüquq mühafizə orqanlarına şikayət olunub və çoxsaylı xahişləri, habelə təhdidləri nəzərə alaraq, o, qeyd olunan ərizəni yazıbdır. Bundan bir müddət sonra iddiaçı ona sifariş göndərib ki, onun şikayəti ilə əlaqədar Sumqayıt şəhər prokurorluğunda və Polis idarəsində 5000 manat xərci çıxıbdır. Anlaşılan odur ki, o, rüşvət veribdir. Bu barədə telefon danışıqlar və vatsap səs yazıları vardır, məhkəmə iclasında təqdim olunacaqdır. Cavabdeh öz ərizəsini geri götürməklə bağlı yazdığı ərizəni geri götürəcək və guya onun şikayətindən sonra İddiaçı 5000 manat xərci çıxması, yəni kiməsə rüşvət verməsi faktının araşdırılması üçün hüquqmühafizə orqanlarına şikayət edəcəkdir. Qeyd olunanlara əsasən, ilkin iddia tələbini qəbul etmir, onu qanunsuz və əsassız hesab edir. Qarşılıqlı iddia tələbi isə İddiaçı Cavabdeh kollektivin qarşısında təhqir etməsi ilə bağlıdır. Belə ki, İddiaçı Cavabdeh kollektiv qarşısında “mən öz ərimə güvənib hərəkət edirəm, sən kimə güvənirsən, aşnana güvənirsən?” deməklə kollektiv qarşısında onu təhqir edibdir. Halbuki, İddiaçı “aşna” adlandırdığı şəxs Cavabdeh hazırda həyat yoldaşıdır və o söz işlədilən zaman artıq onlar nikaha daxil olmaq üçün müraciət etmişdirlər.

Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirdi ki, cavabdeh iddiaçının heç bir təsiri olmadan Abşeron-Xızı Regional Təhsil İdarəsinə ərizə ilə müraciət etmiş, burada prokurorluğa edilən şikayətin sadəcə iddiaçını incitmək məqsədilə edildiyini etiraf etmişdir. Hadisə keçən ilin yay aylarında baş vermişdir. Nəticədə iddiaçının bütün yay tətili səmərəsiz olmuş, həmçinin onun müəllim kollektivi və digər şəxslər arasında olan nüfuzuna xələl gəlmişdir. Cavabdeh iddiaçıya qarşı heç bir nalayiq ifadə istifadə etməmiş, bu ifadələr Teymur adlı şəxsə qarşı istifadə olunmuşdur. Sonradan iddiaçı ilə də münaqişə yaranmışdır.

6. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, məhkəməyə təqdim etdikləri diskdə rüşvət vermə cinayətinin tərkib əlamətləri vardır. Şəhla xanım Ülviyyə xanımı kolletivin qarşısında təhqi edərək, nikaha daxil olmaq üzrə olduğu şəxsin “aşnası” adlandırmışdır. Hazırda Ülviyyə xanım həmin şəxslə rəsmi nikaha daxil olmuşlar. Şahid ifadəsi:

8. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid ifadəsində bildirdi ki, İddiaçı illərdir tanıyır. Cavabdeh həyat yoldaşıdır. İddiaçı ilə həyat yoldaşı arasında mübahisə yaranmışdır. Mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsi üçün bir neçə dəfə məktəbə getmişdir. Mübahisə ilə əlaqədar Cavabdeh tərəfindən prokurorluğa müraciət olunmuşdur. Müraciətdən sonra İddiaçı sinif yoldaşı Aynur xanımdan söz göndərərək 5000 manat məbləğində prokurorluğa xərclərinin çıxdığını bildirmişdir. Bu xərcin onların şikayət verməsi əsasında yarandığını iddia edərək onlardan 5000 manat məbləğində pul tələb etmişdir. Hadisədən 1 ay sonra məhkəməyə müraciət etmişdir. Prokurorluğa Cavabdeh şikayətinin geri götürülməsi ilə bağlı ərizə yazılmamışdır.

Tədqiq olunan sübutlar:

9. Cavabdeh tərəfindən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevaya ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, müəllim işlədiyi Sumqayıt şəhər 11 nömrəli məktəbin direktor əvəzi İddiaçı və direktor müavini Teymur Abbasov mütəmadi olaraq onu və məktəbin laborantı Ləman Adıgözəllini təhqir etdiyini, bundan başqa son zəng tədbiri üçün müəllim və şagirdlərdən müxtəlif məbləğlərdə pulların yığıldığını bildirmiş və tədbir görülməsini xahiş etmişdir.

10. Cavabdeh tərəfindən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevaya ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, son zəng tədbiri ilə bağlı yazdığı ərizəni əsəbiləşib yazdığını, bu işə Teymur Abbasovun heç bir əlaqəsi olmadığını, Şəhla müəllimə və Teymur müəllimdən şikayəti olmadığını bildirmişdir.

Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

Azərbaycan Respublikası Konstitusiyası Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia və qarşılıqlı iddia rədd edilməlidir.

14. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbdə müvəqqəti olaraq direktor vəzifəsini icra edir. Cavabdeh isə həmin məktəbdə müəllim vəzifəsində işləyir. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh əsəbiləşdiyi üçün ona şər atdığını və bununla kifayətlənməyərək onu hətta hüquq-mühafizə orqanlarına şikayət edərək işgüzar nüfuzuna xələl gətirdiyini əsas göstərərək şər və böhtan xarakterli məlumatların təkzib edilməsi, üzr istənilməsi və zərərin ödənilməsini məhkəmədən xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onu “mən öz ərimə güvənib hərəkət edirəm, sən kimə güvənirsən, aşnana güvənirsən?” deməklə kollektiv qarşısında onu təhqir etdiyini bidirərək mənəvi ziyana görə kompensasiyanın ödənilməsini məhkəmədən xahiş edir.

15. Məhkəmə hər iki tərəfin, yəni ilkin iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının tələbinin mənəvi zərərin ödənilməsindən ibarət olduğunu nəzərə alaraq, hesab edir ki, ilk növbədə mənəvi zərərlə bağlı qanunvericiliyə və həmin qanunvericiliyin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında qeyd edilmiş mövqelərə əsasən mənəvi zərərin hansı əsaslarla yarandığı və hansı hallarda ödənilməli olması məsələsinə diqqət yetirilməlidir.

16. Mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin bəndin 2-ci abzasına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır (“Mənəvi zərərin ödənilməsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı)

17. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarı).

18. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

19. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. 25. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.

20. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir.

Məhkəmə ilkin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir:

21. Yuxarıda da qeyd edildiyi kimi ilkin iddia üzrə İddiaçı Cavabdeh əsəbiləşdiyi üçün ona şər atdığını və bununla kifayətlənməyərək onu hətta hüquq-mühafizə orqanlarına şikayət edərək işgüzar nüfuzuna xələl gətirdiyini əsas göstərərək şər və böhtan xarakterli məlumatların təkzib edilməsi, üzr istənilməsi və zərərin ödənilməsini məhkəmədən xahiş edir.

22. İş materiallarına əlavə edilməsə də tərəflərin izahatları əsasında müəyyən olunur ki, ilkin iddia üzrə cavabdeh tərəfindən İddiaçı barəsində polis orqanına şikayət edilmiş və bunun nəticəsi olaraq müraciət edilmiş orqan tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən iddiaçı ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə ərizə ilə müraciət olunmuşdur. iddiaçı iddia ərizəsində heç bir təqsiri olmadığı halda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirildiyini, günlərlə təhsil idarələrinə şikayətlərlə bağlı izahat vermək üçün getdiyini, korrupsiya cinayəti əməllərini törətməklə ittiham edildiyini və bunun nəticəsində mənəvi əzab və stress səbəbilə ona mənəvi zərər dəydiyini bildirmişdir.

23. Məhkəmə qeyd edir ki, cavabdehin hüquqlarının iddia olunan pozuntularından müdafiə olunması, ona qarşı cinayətin törədilməsi ilə bağlı müvafiq dövlət, o cümlədən hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ vardır və bu hüququ Konstitusiyanın 57-ci maddəsində təsbit olunmuşdur; belə orqanlara şikayət verilən zaman hər hansı şəxsin adının çəkildiyi halda isə sonuncunun şərəf və ləyaqətinin müdafiəsi üçün məhkəmə müdafiəsinə təminat verilmir.

24. Belə ki, dövlət vətəndaşın məruz qaldığı cinayət və ya inzibati xəta əməli barədə dövlət orqanlarına şikayət etmək imkanını təmin edir. Vətəndaş şikayətini əsaslandırmaq üçün ona qarşı törədilmiş qanunsuz hərəkət haqqında məlumat verməkdə sərbəstdir, üstəlik, belə məlumatların araşdırılması və cavablandırılması hüququna malikdir. Yəni, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ ilə yanaşı, vətəndaşın öz hüquqlarını və azadlıqlarını müdafiə etmək üçün dövlət orqanlarına müraciət etmək hüququ da konstitusion səviyyədə tanınır və onlara təminat verilir.

25. Məhkəmə qeyd edir ki, cavabdehin hüquqlarının iddia olunan pozuntularından müdafiə olunması, ona qarşı cinayətin törədilməsi ilə bağlı müvafiq dövlət, o cümlədən hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ vardır və bu hüququ Konstitusiyanın 57-ci maddəsində təsbit olunmuşdur; belə orqanlara şikayət verilən zaman hər hansı şəxsin adının çəkildiyi halda isə sonuncunun şərəf və ləyaqətinin müdafiəsi üçün məhkəmə müdafiəsinə təminat verilmir.

26. Belə ki, dövlət vətəndaşın məruz qaldığı cinayət və ya inzibati xəta əməli barədə dövlət orqanlarına şikayət etmək imkanını təmin edir. Vətəndaş şikayətini əsaslandırmaq üçün ona qarşı törədilmiş qanunsuz hərəkət haqqında məlumat verməkdə sərbəstdir, üstəlik, belə məlumatların araşdırılması və cavablandırılması hüququna malikdir. Yəni, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ ilə yanaşı, vətəndaşın öz hüquqlarını və azadlıqlarını müdafiə etmək üçün dövlət orqanlarına müraciət etmək hüququ da konstitusion səviyyədə tanınır və onlara təminat verilir.

27. Konkret və mötəbər sübutlara malik olmayan vətəndaşın məruz qaldığı iddia olunan əməl barədə dövlətə məlumat vermək hüququ əlindən alınmamalıdır. Belə ki, vətəndaşın üzərinə düşən öhdəlik dövlət orqanına dürüst və vicdanlı məlumat vermək, əgər varsa bu barədə sübutlar təqdim etməkdən ibarətdir. Həmin fakt üzrə tam və hərtərəfli araşdırma aparmaq, qanunsuz hərəkəti sübuta yetirmək isə dövlət orqanının vəzifəsidir. Müraciət sübuta yetirilməyəcəyi halda, qarşı tərəfin iddiası ilə təqib edilmək qorxusu vətəndaşın dövlət orqanına müraciət etmək hüququnu böyük həcmdə məhdudlaşdırmaqla, onu xəyali hüquq səviyyəsinə endirmiş olardı. Belə yanaşma, insan və vətəndaş hüquqlarını və azadlıqlarını təmin etməyi dövlətin ali məqsədi kimi bəyan edən Azərbaycan Respublikasının Konstitusiyasına zidd olmaqla, dövlətin bu sahədəki pozitiv öhdəlikərinin icrası ilə də bir araya sığmır.

28. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdehin iddiaçı ilə bağlı Sumqayıt şəhər prokurorluğuna, habelə Abşeron-Xızı Regional təhsil şöbəsinə müraciəti şikayət xarakterli olmaqla yalnız müvafiq dövlət orqanlarna bildirilmiş, iddiaçının şərəf və ləyaqəti, işgüzar nüfuzu ilə bağlı qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmamışdır. Cavabdehin müvafiq səlahiyyətli orqana müraciət etməsi iddiaçıların şərəf və ləyaqətini ləkələmək və onlara mənəvi iztirab vermək məqsədi daşımamış, “dövlət orqanlarına müraciət etmək” konstitusion hüquqlarının realizə edilməsinə yönəlmişdir. Bundan başqa qeyd edilən orqanlara ünvanlanmış ərizələrin məzmununda da cavabdeh tərəfindən ilkin iddia üzrə iddiaçının şərəf və ləyatətinə xələl gətirə biləcək ifadələrə yol verildiyi müəyyən edilməmişdir.

29. Belə ki, hər kəs hüquq və vəzifələrinə aid olan məsələ ilə bağlı dövlət orqanlarına müraciət etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdehin aidiyyəti dövlət orqanlarına müraciət etməkdə məqsədi fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarının, habelə qanunla qorunan maraqlarının təmin olunmasına nail olmaqdan ibarət olmuşdur. Onların doğru olduğunu ehtimal etdiyi faktın araşdırma zamanı öz təsdiqini tapmaması cavabdehin mülki hüquqi məsuliyyətə cəlb edilməsinə əsas ola bilməz. Əks halda bu, öz fikrini sərbəst ifadə etmək, aidiyyəti dövlət orqanına müraciət etmək səlahiyyətləri çərçivəsində hərəkət etmiş şəxslərin məhz müraciətlərinə görə məsuliyyətə cəlb edilməsi, bununla da, konstitusion hüquqlarının məhdudlaşdırılması mənasına gələr. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməməlidir.

Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir:

30. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onu “mən öz ərimə güvənib hərəkət edirəm, sən kimə güvənirsən, aşnana güvənirsən?” deməklə kollektiv qarşısında onu təhqir etdiyini bidirərək mənəvi ziyana görə kompensasiyanın ödənilməsini məhkəmədən xahiş edir.

31. Lakin hazırki işdə qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin onu təhqir etməsi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Tərəflərindən məhkəməyə təqdim edilmiş CD diskdə qeydə alınmış səs yazılarından isə, qarşılıqlı iddia üzrə cavabdehin Cavabdeh qeyd edilən ifadələri ünvanlaması müəyyən edilməmişdir. Hətta məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh sözügedən diskdə qeydə alınmış səs yazılarının İddiaçı ilə Cavabdeh arasında deyil, başqa şəxslər arasında olduğunu bildirmişdir.

32. Məhkəmə qeyd edir ki, iddia tələbli bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.

33. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1 və 88-ci maddələri).

35. Prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

36. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli qərarı Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.

37. Hazırki halda, qarşılıqlı iddia üzrə cavabdehin onu təhqir etməsini sübut etmək yükü qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşür. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun.

38. Hazırki iş üzrə iddiaçının öz iddia tələbini təsdiq etmək üçün məhkəmə iclasına dəvət etdiyi şahidlə bağlı isə məhkəmə qeyd edir ki, şahid iddiaçı ilə yaxın qohumluq münasibətlərində olduğundan və hadisənin bilavasitə şahidi olmadığından onun ifadəsi təkzibolunmazlıqla bağlı tələblərə cavab verən mötəbər sübut kimi qəbul edilə bilməz.

39. Qarşılıqlı iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi X1 adından yazılmış ərizə ilə bağlı məhkəmə qeyd edir ki, həmin ərizədə məktəbin diektor əvəzi İddiaçı Cavabdeh açıq şəkildə təhqir etməsi, “Sən öz aşnana arxayınsan, mən də ərimə arxayınam” kimi ifadələr işlətməsi qeyd edilsə də, X1 hazırki iş üzrə İddiaçı arasında mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və həmin iş üzrə yekun məhkəmə aktı (Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3201/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi) qanuni qüvvəsini almışdır. Həmin iş üzrə məhkəmə qətnaməsindən görünür ki, X4 hazırki iş üzrə ilkin iddiaçı ilə münaqişəli vəziyyətdədir. Belə olan halda X1 onun əleyhinə ifadə verməsi halları ehtimal olunur. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən ifadə həm tərəfin məhkəmə iclasında əyani və ya video konfras əlaqə sistemi vasitəsilə dindirilməməsi (ona hüquq və vəzifələrinin izah edilməməsi, yalan ifadə verdiyi təqdirdə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı xəbərdarlıq edilməməsi və ondan bununla bağlı iltizam alınmaması baxımından), həm də verəcəyi ifadənin yuxarıda qeyd edilən səbəbə görə qərəzli olması ehtimalı olduğundan təkzibolunmazlıqla bağlı tələblərə cavab verən mötəbər sübut kimi qəbul edilə bilməz.

40. Beləliklə hazırki iş üzrə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təhqirə məruz qalması, bunun nəticəsində onun şərəf və ləyaqətini ləkələməsi halları müəyyən edilməmiş, iddiaçı bu halları sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia da təmin edilməməlidir.

Məhkəmə xərcləri:

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda həm ilkin, həm də qarşılıqlı iddia üzrə iddia tələbləri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.

Nəticə:

42. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı cavabdeh tərəfindən iddiaçı barəsində yayılmış şər və böhtan xarakterli məlumatların təkzib edilməsi və iddiaçıdan üzr istənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, işgüzar nüfuzunun zədələnməsi və mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul vəsaitinin, həmçinin maddi zərərin əvəzi olaraq 94 (doxsan dörd) manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 5094 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı X3 xeyrinə vurulmuş mənəvi ziyana görə kompensasiya olaraq 10000 manat məbləğində pulun tutulub ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar