Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5964/2023 14.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi , İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 12-ci mkr, ev 5, mənzil 3 - Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 626, M1, M3-ə olan istifadə hüququnun itirlimiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mkr, ev 5, mənzil 3 - Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 626, M1, М3 - xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bildirir ki, Cavabdeh iddiaçının dogma qızıdır. O, 2019-cu ildə X1 ilə nikaha daxil olmaqla ailə qurmuş və elə həmin vaxtdan da mənzili daimi yaşamaq üçün tərk etmişdir. Hazırda da cavabdeh ailəsi ilə birlikdə Ceyranbatan bağlarında yaşayır. Həmçinin cavabdehin 2 övladı da var. Cavabdeh iddiaçıya məxsus mənzildə qeydiyyatda olsa da, 2019-cu ildən iddiaçıya məxsus mənzildə yaşamır. Bu qonşuların iştirakı ilə tərtib olunmuş aktda da öz təsdiqini tapır. Cavabdehin daimi yaşayış yeri var. Ona görə də hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzilə istifadə hüququ itirlimiş hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi8 və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5, mənzil 3 (Yeni qaydalarla: Az 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 626, M1, m3) xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının doğma qızıdır. Cavabdeh 2019-cu ildə X1 ilə nikaha daxil olmaqla ailə həyatı qurmuş və elə həmin vaxtdan da mənzili daimi yaşamaq üçün tərk etmişdir. Hazırda da cavabdeh ailəsi ilə birlikdə Ceyranbatan bağlarında yaşayır. Həmçinin cavabdehin 2 övladı da var. Cavabdeh iddiaçıya məxsus mənzildə qeydiyyatda olsa da, 2019-cu ildən həmin mənzildə yaşamır. Bunu qonşuların iştirakı ilə tərtib olunmuş aktda da öz təsdiqini tapır. Cavabdehin daimi yaşayış yeri var. Odur ki, qeyd olunanlar əsasında cavabdehin xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5, mənzil 3-ə (Yeni qaydalarla: Az 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 626, M1, m3) olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2019-cu ildə ailə quraraq ərinin yaşadığı mənzildə yaşamağa başlamışdır. Hazırda atasına, yəni cavabdehə məxsus mənzildə qeydiyyatda olmasına səbəb hazırda yaşadığı mənzilin çıxarışının olmaması ilə bağlıdır. Buna görə də tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5, mənzil 3 (Yeni qaydalarla: Az 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 626, M1, m3) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı mənzil kommunal sahəsi tərəfindən verilmiş 657 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Qeyd edilən mənzildə iddiaçı övü 5 nəfər ailə üzvü ilə birlikdə daimi qeydiyyatdadır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı Mənzil Kommunal Sahəsinin təsdiq etdiyi aktdan görünür ki, Cavabdeh 2019-cu ildən ünvan 2 ünvanında pasport qeydiyyatında olsa da, həmin mənzildə yaşamır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçının qızıdır. Cavabdeh 2019-cu ildə ailə quraraq iddiaçıya məxsus mənzildən köçmüşdür. Hazırda iddiaçıya məxsus mənzildə yaşamır. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyinin səbəbi cavabdehin ona məxsus mənzildə formal qeydiyyatda qalmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən - yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, iddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehin mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə müəyyən etdi ki, cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olsa da,artıq 2019-cu ildən etibarən mənzili tərk etmişdir. Lakin cavabdehin hələ də mənzildə qeydiyyatda qalması mənzillə bağlı bir sıra hüquqların həyata keçirilməsində çətinliklər yaradır, iddiaçı və onun digər ailə üzvləri mənzildən istifadə ilə bağlı hüquqlarını həyata keçirə bilmirlər, cavabdehin formal qeydiyyatı ilə əlaqədar iddiaçı əlavə mənzil və kommunal xərcləri ödəməyə məcbur olur. Məhkəmə qeyd etməyi zəruri bilir ki, cavabdehin yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğunа görə оnun yаşаyış sаhəsinə оlаn ehtiyаcını iddiaçının sahibliyində olan mənzilindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində deyil. Bundan əlavə məhkəmə belə qənaətə gəlir ki, cavabdehin istədiyi vaxt formal olaraq həmin mənzilə qayıtmaq istəyi mənzilin daimi istifadəçisi olan iddiaçının sahib kimi hüquqlarının pozulmasına və sonuncunun sahiblik hüququnun “qeyri-sabit və şərti xarakterli” olmasına, eləcə də iddiaçının “nаrаhаt” оlmаsı üçün əsаs olan amillərdəndir. Qeyd olunanlara əsasən Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh mübahisəli mənzildə yaşamamasına görə və onun mübahisəli mənzildə qeydiyyatda olması formal xarakter daşıdığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 5 saylı evin 3 saylı mənzilinə - Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 626, M1, M3-ə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5964/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5964/2023
14.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver