Məhkəmə qərarları › İş №2(060)-60/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-60/2023

03.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-60/2023 03.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin səriştəsiz burun estetik əməliyyatları özünü doğrultmadığına görə müxtəlif vaxtlarda Dr. Cavabdeh ödədiyi 1700 manat, səhətində yaranmış fəsadları aradan qaldırmaq məqsədilə zəruri olan 2000 manat, mənəvi ziyana görə 2000 manat dəyərində pulun və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödədiyi 77 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, ilk əməliyyatı cavabdeh tərəfindən “Liman” klinikasında olmuşdur. Ona görə də ərizədə həmin klinikanın ünvanını qeyd etmişdir. Cavabdeh hazırda “İmplant” Klinikasında işləyir. Öz istəyi ilə əməliyyat olmuşdur. İlk dəfə cavabdehə 2012-ci ildə müraciət etmiş və cavabdeh həmin il onu “Liman” klinikasında əməliyyat etmişdir. Lakin əməlliyyyat uğurlu olmamış, burnunun bir tərəfi uzun, bir tərəfi qısa çıxmışdır. Həmin vaxt əməliyyata 1000 manat ödəmişdir. 2013-cü ildə yenidən cavabdeh tərəfindən əməliyyat olunmuş, yenə də əməliyyat yaxşı alınmamışdır. Beləlikə 4 dəfə əməliyyat keçirmiş və hamısı uğursuz alınmışdır. Sonuncu əməliyyatına da 700 manat ödəniş etmiş, lakin heç bir dəyişiklik olmamışdır. Nəfəs ala bilmir, baş ağrıları olur. İndi də deyir ki,” gəl 5-ci dəfə əməliyyat edim”. O isə razılıq verməmiş və pulunu geri tələb etmişdir ki, başqa yerdə əməliyyat olunsun. Cavabdeh əvvəl razılaşmış və 1000 manatı qaytaracağına söz vermişdir. O da pulu geri almaq üçün ərizə yazmışdır. Lakin bundan sonra cavabdeh bildirmiş ki, cəmi 500 manat qaytaracaqdır, o da razılaşmamışdır. Çünki cavabdeh özü də bildirmişdir ki, hazırda bu cür əməliyyatı 400 manata edirlər. Çapıqlığa, sallaqlığa, nəfəs almaya görə təkrar əməliyyata getməlidir. xx.xx.2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. O 4 dəfə cavabdeh tərəfindən əməliyyat olmuşdur. Hissə-hissə 1700 manat pul ödəmişdir. Əməliyyatlar uğursuz oluğundan ona həm maddi, həm mənəvi ziyan dəymişdir. Eyni zamanda əməliyyat sağlamlığına da pis təsir etmişdir. Ekspertizanın rəyi ilə də qeyd etdiyi hallar təsdiq olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, birinci dəfə min manat ödəniş etmiş, yeddi yüz manat dördüncü əməliyyatda ödəniş etmiş, dörd yüz manat özünə, üç yüz manat analizlər üçün ödəniş etmişdir. Dördüncü əməliyyatda bildirdi ki, qabırqadan kəsəcək və hər şey düzələcəkdir. İddiaçı razılaşmış, lakin sarğıdan açıldıqdan sonra burunun sallanması, nəfəs almaqda fəsadlar yaranmış, hər dəfə pis nəticələrə doğru getmişdir. Dördüncü əməliyyatda dörd yüz manat ödəniş etmiş, ödənişi “İmplantda”(Xəstəxana) etmiş, əməliyyatı isə Qərb klinikasında olmuşdur. Səksən manat analizlər üçün ödəniş etmiş, yüz səksən manat iynə üçün, dərman üçün ödəniş etmiş, əlavə hər dəfə iyirmi, otuz manat dərmanlar üçün xərc çəkmişdir. Dördüncü əməliyyatda cavabdehin yanında bütün hesablamalar aparılmış və ümumi min yeddi yüz manat olduğunu görmüşlər. Cavabdeh beş yüz manat ödəniş etməkdə razılaşmış, lakin iddiaçı razılaşmamışdır. Cavabdeh bildirmişdir ki, “sənin beşinci əməliyyatını edim, razı deyilsənsə hara şikayət edirsən et”. Oktyabr ayında əməliyyatdan sonra dedi ki, “yenə yaxşı çıxmamışdır. Mart ayında bir dəfə də gəl yenə əməliyyat edim.” Cavabdeh bildirmişdir ki, heç bir şeydən istifadə etmə. Bir sprey yazmış və iddiaçı da həmin spreyi istifadə etmişdir. Burnu tutulduqda həmin dərmandan istifadə edir. Yatdıqda xoruldayır, nəfər ala bilmir, başı ağrayır, hər dəfə dərman içir. Əvvəllər isə heç bir xəstəliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsində göstərilənləri təsdiqləyəcək heç bir zəruri sübut, o cümlədən xəstəlik vərəqəsi, ödənişlə bağlı qəbzlər və sair iddia ərizəsinə əlavə edilməmişdir. İlk əməliyyat 2012-ci ildə olmuş, həmin vaxtdan artıq 10 il keçmişdir. Hesab edir ki, iddiaçı 3 dəfədən artıq estetik əməliyyat keçirdiyindən hansı əməliyyatın uğurlu, hansının uğursuz olması ekspert tərəfindən müəyyən edilə bilməyəcəyindən eskpertizanın keçirilməsinə ehtiyac yoxdur. xx.xx.2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir əsassız və qanunsuz iddiadır. İddianın məbləğlə bağlı hissəsi fərziyyələrə əsaslanır, iddiaçı tərəfindən əsaslandığı hallara dair heç bir sübut təqdim olunmamış, əməliyyatlara ödədiyi məbləğlərlə bağlı sübutlarını ərizəsinə əlavə etməmişdir. Eyni zamanda ekspertin məhkəməyə dəvət olunaraq vermiş olduğu rəyi əsaslandırmasını xahiş edir. Ona görə ki, məntiqi fikirlərində heç bir əsas yoxdur. İddiaçı 4 dəfə əməliyyat olunmasını həkimin səhvi ilə əlaqələndirir və bildirir ki, yenidən estetik əməliyyata ehtiyacı var. İddiaçının əvvəlki görkəmini görmədən hazırki halına qiymət verilməsi düzgün deyil, yəni ekspert iddiaçının əvvəlki halını hansı formada necə qəbul edir ki, hazırki halını qüsur kimi qiymətləndirir. İddiaçının ilkin əməliyyatı onun anadangəlmə qüsurları ilə bağlı olmuş və bu estetik əməliyyat deyildir. Liman klinikasının da bununla bağlı ekiprezi vardır. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyərək, həmçinin iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı 16 may 2022-ci il tarixdə İmpant klinikasının doktoru Cavabdeh ünvanlanmış ərizədən görünür ki, ilk dəfə 2012-ci ildən, 2021-ci ilə kimi dörd burun əməliyyatı keçirmişdir. Bu əməliyyatların hamsının Dr.Cavabdeh etmişdir. Əməliyyatlarının dördünü də uğursuz etmişdir. 1700 manat dəymiş zərər və dəymiş təzminat tələb olunmuşdur. Sumqayıt Şəhər Prokurorluğu tərəfindən 31 may 2022-ci il tarixli, Ş-643 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə uyğun olaraq aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməkləri tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal sahəsinin 13130 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Liman Qrup MMc-nin 02 avqust 2022-ci il tarixli, 295 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, İddiaçı ilə bağlı göndərilmiş məktubu həkimin özünə göndərmişlər. Cavabdeh hal-hazırda Liman klinikasında işləmir. Unikal Klinika MMc-nin xx.xx.2022-ci il tarixli, 114B məktuba cavab olaraq bildirilmişdir ki, İddiaçı Unikal Klinika MMC tibb müəssisəsində heç bir cərrahi əməliyyat keçirməmişdir. xx.xx.2022-ci il tarixdə qeyd olunan mülki iş 658/KEŞ saylı, xx.xx.2023-cü il tarixli rəy ilə birlikdə məhkəməyə daxil olmuşdur. Nəticə hissəsində bildirilmişdir ki, 1993-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssiz müayinələrinə əsaslanaraq, qərardadda qoyulmuş sualara uyğun ekspert komissiyası nəticəyə gəlmişdir. Liman klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2012-ci il tarixdə klinikanın cərrahiyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona xarici burunun postravmatik deformasiyası. Burun çəpərinin əyriliyi diaqnozu təyin edilmiş və üzərində Septorinoplastika cərrahiyə əməliyyatı icra edilmişdir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdə Qərb klinikasına daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona xarici burunun cərrahi əməliyyatdan sonrakı deformasiyası diaqnozu təyin edilmiş və üzərində burun korreksiyası cərrahiyə əməliyyatı icra edilmişdir. İş materialına əlavə edilmiş X2 İmanovanın üzərində hər hansı bir cərrahiyə əməliyyatı icra edilməmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda burun nahiyəsində icra edilmiş cərrahiyə əməliyatından sonra estetik qüsurun olduğu müəyyən edilmişdir. Aparılmış ilkin cərrahiyə əməliyyatı estetik olaraq xəstəni qane etmədiyindən, burun nahiyəsində sonradan korreksiya əməliyyatı icra edilmişdir. İddiaçı hazırda estetik görüntünü yaxşılaşdırmaq məqsədi ilə təkrar cərrahiyə əməliyyatında ehtiyacı vardır. Liman Klinikasında tərtib edilmiş ******* saylı stasionar xəstənin tibbi kartasından görünür ki, xx.xx.2012-ci il tarixdə saat 10:00-da xarici burunun postravmatik deformasiyası. Burun çəpərinin əyriliyi diaqnozu ilə klinikanın cərrahiyə şöbəsinə qəbul edilmişdir. Daxil olarkən şikayətləri burunda olan deformasiyadan və burun tənəffüsünün çətinliyindəndir. Obyektiv müayinə zamanı xarici burunun postravmatik deformasiyası hesabına üz konfiqurasiyası dəyişilmişdir. Yan proyekasiyada burun donqarlığı, burun ucunun sallanması, ön proyeksiyada burun sümüklərinin asimmetriyası və rinoskopiyada burun çəpərinin əyriliyi müşahidə olunur. Deformasiya hesabına burun tənəffüsü pozulmuşdur. Çənəaltı limfa düyünləri böyüməmişdir. xx.xx.2012-ci il tarixdə ümumi anesteziya altında septorinoplastika cərrahiyə əməliyyatı icra edildi. Xəstəyə antibakterial, desensibilizəedici və ümumi qüvvətləndirici müalicə təyin olundu. Xəstədə yara birincili sağalır. Xəstə xx.xx.2012-ci il tarixdə yaxşılaşma ilə kafi vəziyyətdə evə yazıldı. Son kliniki diaqnoz xarici burunun postravmatik deformasiyası. Burun çəpərinin əyriliyi. Qərb klinikasında tərtib edilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə saat 15:15-də xarici burunun cərrahi əməliyyatdan sonrakı deformasiyası diqanozu ilə klinikanın cərrahiyə şöbəsinə qəbul edilmişdir. Daxil olarkən şikayətləri burunda olan deformasiyadan və burun tənəffüsünün çətinliyindəndir. Ümumi baxış zamanı xarici burunun anadangəlmə deformasiyası hesabına üz konfiqurasiyası dəyişilmiş, burun ucunun sallanması müşahidə olunur. Deformasiya hesabına burun tənəffüsü pozulmuşdur. Dəri və selikli qişanın rəngi normaldır. Çənəaltı limfa düyünləri böyüməmişdir. Müvafiq müayinə planı verilmişdir. xx.xx.2021-ci il tarixdə ümumi anesteziya altında burun korreksiyası cərrahiyə əməliyyatı icra edildi. Xəstəyə antibakterial, desensibilizəedici və ümumi qüvvətləndirici müayinə təyin olundu. Xəstədə yara birincili sağalır. Xəstə xx.xx.2021-ci il tarixdə yaxşılaşma kafi vəziyyətdə evə yazıldı. Son kliniki diaqnoz xarici burunun cərrahi əməliyyatdan sonrakı deformasiyası. X5 Mərkəzinin 16 fevral 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı heç bir ödəniş etməmişdir. Məlumat son beş il tarixinə aiddir. X4 Tibb Mərkəzində pasientlərin yalnız son beş illik məlumatları saxlanılmaqdadır. Liman Group MMc tərəfindən 16 fevral 2023-cü il tarixli ünvanlanmış məktuba cavab olaraq bildirilmişdir ki, İddiaçı əməliyyatı on il öncəyə aid olduğu üçün ödənişlə bağlı heç bir sənəd təqdim oluna bilmir. Ödənişlə bağlı çeklər beş il ərzində saxlanılır. Qərb klinikasının xx.xx.2023-cü il tarixdə məktuba cavab olaraq bildirilmişdir ki, İddiaçı klinikada həkim-cərrah Cavabdeh xəstəsi kimi müraciət etmişdir. Xəstə üzərində həkim-cərrah Cavabdeh tərəfindən burun deformasiyasının təkrar yaxşılaşdırılması əməliyyatı icra edilmişdir. Təkrar əməliyyat üçün Cavabdeh xahişi ilə anesteziya, dərmanlar və digər sərfiyyat üçün klinikaya 400 manat ödənilmişdir. Məhkəmə işdə olan tibbi ekspert rəyinə görə, iddiaçıya edilmiş burun estetik əmaliyyatı ilə bağlı əməliyyatın uğurlu alınmaması, həkim səriştəsizliyi nəticəsində bir neçe dəfə əməliyyat olması işin mübahisə edilməyən halı olub, vurulmuş ziyanın məbləğinin qismən təmin edilməsi nəticəsinə gəlməsinə əsas vermişdir. Ekspert rəyində hazırki halda iddiaçının əməliyyata ehtiyacının olması aşkar olmaqla məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmışdır. Bundan əlavə iddiaçı tərəfin əməliyyatlar olması üçün analiz verməsi və bunun nəticəsində ödəniş etməsi verilmiş sorğuya Qərb klinikasının xx.xx.2023-cü il tarixdə məktuba cavab olaraq bildirilmişdir ki, İddiaçı klinikada həkimcərrah Cavabdeh xəstəsi kimi müraciət etmiş, xəstə üzərində həkim-cərrah Cavabdeh tərəfindən burun deformasiyasının təkrar yaxşılaşdırılması əməliyyatı icra edilmiş, təkrar əməliyyat üçün Cavabdeh xahişi ilə anesteziya, dərmanlar və digər sərfiyyat üçün klinikaya 400 manat ödənilmişdir. İddia tələbinin birinci əməliyyat üçün İddiaçı min manat ödəniş etməsi sübut olunaraq, qeyd olunan halların təqzibi ilə bağlı hər hansı dəlil və mülahizə cavabdeh tərəfindən təqdim olunmamışdır. Ona görə də məhkəmə vurulmuş maddi ziyana görə 1400 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasının qeyd olunanlar nəzərə alınmaqla Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən sübut olunduğu qənaətinə gəlməsinə əsas vermişdir. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, işin araşdırılan halları, iddiaçının sağlamlığı ilə bir başa əlaqəsi olan bir neçə əməliyyat keçirməsi, həmçinin hazırki halda iddiaçının sağlamlığının və estetik görnüşündə olan nasazlığın aradan qaldırılması, məhkəmə iclasında bildirdiklərinə əsasən əməliyyatdan sonra mütəmadi dərman vasitəsindən (burun tıxanıqlığının aradan qaldırılması məqsədi ilə) istifadə etməsi onun sağlamlığının pozulmasına səbəb olmaqla, cavabdehin düzgün olmayan əməliyyatı ilə səbəbli əlaqənin olması ilə nəticələnmişdir. Beləliklə hər bir halda aparılmış 4 əməliyyatın heç bir nəticəsinin olmaması işin müəyyən edilən halları ilə təsdiq edilərək,məhkəmənin gəldiyi qənaət iş materialında olan sübutlara, ekspertin rəyinə əsaslanmışdır. İddiaçı dəymiş mənəvi zərərin əvəzinin ödənilməsinə münasibətdə qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır ki, hazırki iş üzrə də cavabdehin qanunsuz hərəkəti ilə iddiaçının sağlamlığına birbaşa zərər vurulması, həmçinin bu əməlin törədilməsi üsulu, zərərin yetirildiyi bədən nahiyəsi, onun iztirab keçirməsi - sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, onda mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarması mübahisəsizdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və bu zaman zərərin qəsdən törədilmiş əməl nəticəsində yaranması, zərərçəkənin qadın olması, onun səhhəti və yaşı ilə əlaqədar mənəvi sarsıntıya və iztirablara dözüm həddi, iddiaçının dörd dəfə əməliyyat keçirməsi ilə nəticəlməsi, həmçinin hazırki vəziyyətdə sağlamlığının pozulması ilə bağlı təkrar əmliyyata ehtiyacı olması baxımından və digər hallar (ailəli olması, az yaşlı uşaqlarının olması,hazırda səhətində olan problemin onun şəxsi həyatına təsir göstərməsi baxımından) kimi hallar nəzərə alınmaqla iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 1000 manat həddində qiymətləndirilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin hazırki halda iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirərək hesab etmişdir ki, dəyən zərər insanın sağlamlığına vurulan zərər olduğu üçün, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.3-cü maddəsinə görə fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bu səbəbdən də məhkəmə ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delik törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. ...Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər...Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Beləliklə məhkəmə, təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən maddi zərərə görə 1400 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 2400 (iki min dörd yüz) manat alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, təmin edilmiş hissənin həcmi nəzərə alınmaqla, 44 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.3–cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən, əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçıla dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 1400 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 2400 (iki min dörd yüz) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar