Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6005/2021 21.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə 3056 AZN məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Taleh adlı şəxsi cari ilin may ayından tanıyır. İddiaçı Telhlə iş yerində tanış olmuş, aralarında tanışlıq münasibəti yaranmış, hətta ailə həyatı qurmaq barədə aralarında söhbət olmuşdur. Bundan sonra Taleh iddiaçının valideynləri ilə danışmışdır. Taleh özünü polis əməkdaşı kimi təqdim etmiş və Bakı şəhərində işlədiyini söyləmişdir. Cari ilin təxminən iyun ayında Taleh hansısa dostuna pul lazım olduğunu söyləyərək iddiaçıdan pul istəmiş, həmin dostunun da polis olduğunu bildirərək onda güvən və arxayınlıq yaratmışdır. Taleh iddiaçıdan 4556 manat pul istəmiş, həmin məbləği bir həftə ərzində geri qaytaracağına söz vermişdir. Bundan sonra onun dediyi məbləği düzəldərək Sumqayıt şəhəri ərazisində onunla görüşüb ona pulu üzərində saxlamasını deyərək polis dostu olan İlqarla görüşəndə ona verməsini söyləmişdir. Onlar İlqarın Sumqayıt şəhəri 47-ci məhəllə ərazisində avtomobilinə əyləşdikdən sonra Taleh əlini arxa oturacaqda o olan istiqamətdə uzadıb pulu ona verməsini işarə etmiş və bu zaman pulu ona tam uzatdıqda Taleh pulun hamısını İlqara vermişdir. Bundan sonra İlqar onu 1-ci PB-si istiqamətində düşürməsini istəmiş və taleh onu PB-nə yola salmışdır. Daha sonra aldığı pulu söylədiyi vaxt qaytarmadığı üçün aralarında münaqişə baş vermişdir. Taleh iddiaçıya cəmi 1500 manat məbləğində pulu geri qaytarmışdır. Yerdə qalan məbləği isə müxtəlif bəhanələr gətirib verməmişdir. İddiaçı İlqar adlı şəxsə zəng edərək onun vasitəsi ilə Talehin ondan almış olduğu pulun hamısını ona verildiyini və həmin pulu tələb etdikdə İlqar təkzib edərək, onu narahat etməməsini söyləmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası DİN-in rəhbərliyinə bu barədə yazılı ərizə ilə müraciət etmişdir. Taleh iddiaçıdan aldığı pulun hamısını İlqar adlı şəxsə vermişdir. Hazırda Talehin iddiaçıya ödəyəcəyi məbləğ 3056 manat təşkil edir. O, hər dəfə min bir bəhanə gətirərək bu pulu verməkdən çəkinir. Odur ki iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 01.11.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh oğlu İddiaçı Yavər qızına borclu olduğu 3056 manat məbləği hissə-hissə ödəyəcəyinə dair yazılı öhdəlik götürmüşdür. İş materiallarında olan şəkillərdən (WhatsApp yazışmaları) görünür ki, İddiaçı ilə Cavabdeh arasında oan yaçzışmalara görə, cavabdeh 3056 manat məbləğində pulu iddiaçıya qaytaracağına söz vermişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda onların dəyəri ödənilir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi pul vəsaitini cavabdeh özününküləşdirərək, əsassız varlanmışdır. Buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə, Cavabdeh 3056 (üç min əlli altı) manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3056 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-6005/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6005/2021
21.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver