Məhkəmə qərarları › İş №2(060)-6019/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6019/2023

12.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6019/2023 12.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iş üzrə icraata xitam verilməsi üçün təqdimatın verilməsi və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasınada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə 2(060)-1311/2011 saylı, 17 mart 2011-ci il tarixli icra vərəqəsi üzrə iş üzrə icraata xitam verilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdimatın verilməsi və iddiaçı X1 əmək haqqından tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir (87.1.). Azərbaycan Respublikası Konstitusiya Məhkəmədi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7,10,24 və 26-cı maddələrinin MPM-in bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə MPM-in 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 123-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Nəzərə alınmalıdır ki, baxılan iş üzrə iddiaçıların tələbi iddiaçıdan müəyyən pul məbləğinin tutulması ilə bağlı icra icraatı çərçivəsində icra orqanının hərəkətsizliyinin qanunsuz hesab edilməsi və müvafiq vəzifənin icra orqanın üzərinə qoyulması ilə bağlıdır. İddiaçılar (icra işi üzrə borclular) cavabdehin (icra qurumunun) hərəkətlərini (hərəkətsizliyini) ayrıca iddia icraatı qaydasında deyil, icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilərlər. İddiaçılar isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməmiş, ayrıca mülki iddia qaldırmışlar. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar MPM-in 153.2.1-ci maddəsinə əsasən ayrıca mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün yolverilməzdir. Eyni zamanda “İcra haqqında” Qanunun 20.2-ci maddəsində göstərilmişdir ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Göründüyü kimi icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti icra məmuruna aiddir. İcra məmuru icra sənədi üzrə icraata əsassız olaraq xitam vermirsə, bu halda tərəflər icra məmurunun hərəkətsizliyindən məhkəməyə şikayət verərək icra sənədi üzrə icraata xitam verilməsi vəzifəsinin icra məmurunun üzərinə qoyulmasını tələb edə bilərlər. Eyni zamanda iddiaçılar hazırkı iddia ərizəsində iddiaçının əmək haqqında artıq tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin icra məmurunun üzərinə qoyulmasını xahiş etmişlər. Qeyd edilməlidir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1311/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən iddiaçılardan "xxxx" KB ASC-nin xeyrinə pul məbləği tutulmalıdır. İddiaçılar onlardan bankın xeyrinə icra sənədində göstərilən məbləğdən artıq vəsaitin tutulduğunu iddia edirlərsə, bu halda həmin bankı cavabdeh kimi göstərməklə artıq ödənilmiş məbləği geri tələb edə bilərlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. MPM-ə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır (114.1.2.). Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir (114.2.). İddia ərizəsinə əlavə edilmiş materiallardan görünür ki, İddiaçı1 hazırki iddia ərizəsinin verilməsi üzrə 50 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi baxılmaq üçün qəbul edilməkdən imtina edildiyindən həmin rüsum iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı cavabdehin üzərinə 2(060)-1311/2011 saylı, 17 mart 2011-ci il tarixli icra vərəqəsi üzrə iş üzrə icraata xitam verilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdimatın verilməsi və iddiaçı X1 əmək haqqından tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin qoyulması barədə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçılara izah edilsin ki, qərardadın məzmununda göstərilənləri nəzərə alaraq məhkəməyə müraciət edə bilərlər. İddiaçı1 ərizənin verilməsi üçün 13344 saylı qəbzə əsasən ödədiyi 50 (əlli) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar