Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-603/2023 06.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə olan yaşayış hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə olan yaşayış hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, 31 saylı evin 67-ci mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, mübahisənin predmeti olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 31-də yerləşən 67 saylı mənzil iddiaçının mərhum atası Abbasov Zahid Adil oğluna məxsus olmuş, atası xx.xx.2014-cü il tarixdə rəhmətə gedəndən sonra mənzil anası X2 adına, anası xx.xx.2015-ci il tarixdə rəhmətə gedəndən sonra isə miras əmlak kimi iddiaçının adına keçmişdir. Mənzil xx.xx.2017-ci il tarixdə iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına almmşdır. Cavabdehlə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdehlə cəmi 3 ay yaşamış, həmin 3 ayın bir ay yarımını mübahisəli mənzildə, 1 ay yarımını isə qardaşı ilə birgə, qardaşına məxsus Saray bağları ərazisində yerləşən “Qurd Dərəsi” adlanan bağ evində yaşamışlar. Sonradan cavabdehlə münasibətləri pisləşmiş və cavabdeh 03 avqust 2021-ci il tarixdə mənzili tərk edib valideynlərinin Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsi, Yusif bəy Mürsəlov küçəsində yerləşən 53 В saylı evinə getmişdir. Orada yaşadığı müddətdə üç dəfə geri qayıtması üçün arxasınca getmiş, bir dəfə anası olmadığı üçün ağbirçək kimi bibisi X10 ilə birgə, iki dəfə də ayrı-ayrı vaxtlarda özü tək getmişdir. Lakin cavabdeh heç birində geri qayıtmamışdır. Bundan bir ay sonra, yəni xx.xx.2021-ci il tarixdə cavabdeh, əraziyə baxan Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə müvəkkili Rüstəm müəllimlə birgə mənzilə gələrək onun iştirakı ilə mənzilə gəlin gətirdiyi cehiz əmlakının hamısını aparmışdır. Hətta sahə müvəkkili Rüstəm müəllimin yanında dəfələrlə cavabdehə mənzili tərk etməməsini, mənzildə qalmasını və lazım gələrsə gətirdiyi yük maşınının xərcini də ödəyəcəyini demiş, cehizlərini aparmamasını xahiş etsədə, cavabdeh inad ilə cehizini aparacağını və mənzili tərk edəcəyini bildirmişdir. Cavabdeh heç kimi eşitməyib cehizini də yığaraq mənzili tərk edib Bakıya köçmüşdür. Mənzildə cavabdehə məxsus heç bir əmlak yoxdur və bu müddət ərzində bir dəfə də olsun mənzilə qayıtmamışdır. Cavabdeh köçərkən hamilə olmuş, birgə nikahdan olan uşağı da Bakıda yaşayarkən Bakı şəhərində yerləşən “X16” adlanan xastəxanada xx.xx.2022-ci il tarixdə dünyaya gətirmişdir. Ailə qurmamışdan əvvəl cavabdeh, Bakı şəhərində xalasının evində qeydiyyatda olmuş və iddiaçı ilə ailə qurandan sonra xalası mənzilindən qeydiyyatdan çıxmasını tələb etmiş, buna görə də cavabdehi öz mənzilinə qeydiyyata salmışdır. Cavabdehi mənzilinə qeydiyyata salandan sonra anası cavabdehə Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, dalan 2, 1 saylı evdə yerləşən 22 saylı mənzili bağışlamışdır. Həmin mənzil hazırda cavabdeh Cahandarova Səadət Rafiq qızının xüsusi mülkiyyətindədir, cavabdeh Bakı şəhəri, Sabunçu rayonu 307 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyir. Bir sözlə cavabdeh cəmi bir ay yarım mübahisəli mənzildə yaşamışdır. Sonradan özü boşanmaq üçün məhkəməyə müraciət etmiş və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-5791/22 saylı qətnaməsi ilə alarında olan nikah ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh həmin mənzilə uyğunlaşa bilmədiyi, anasına bağlı bir insan olduğu üçün könüllü şəkildə mənzili tərk etmişdir. Cavabdeh 2021-ci il avqust ayının 3-də mənzili tərk etmişdir. Boşanmaq üçün uşağın bir yaşına çatana qədər gözləməli olduqları üçün isə nikahları 2022-ci ilin sentyabr ayının 22-sində məhkəmə qətnaməsi ilə pozulmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə sms və bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı izahatını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X6 izahatında bildirdi ki, Xaçmaz rayonunda 1959-cu ilin avqust ayının 17-də anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. İddiaçı onunla qonşuluqda yaşayır. Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 31-də yerləşən 67 saylı mənzilə gəlin köçmüş və həmin ünvanda bir ay yarım qaldıqdan sonra bağ evinə köçmüşdür. Daha sonra cavabdehin anası polis ilə birgə gəlib qalan əşyaları yığıbaparmışdırlar. X3 izahatında bildirdi ki, ünvan 2 ünvanında yaşayır. Cavabdeh Sumqayıt şəhəri, 5ci mikrorayon, ev 31-də yerləşən 67 saylı mənzilə gəlin köçmüşdür. Həmin ünvanda bir ay yarım qaldıqdan sonra bağ evinə köçmüşdür. Daha sonra cavabdehin anası polis ilə birgə gəlib qalan əşyaları yığıb-aparmışdırlar. Cavabdehin anası bildirmişdir ki, qızından ayrı qala bilmir. Bu səbəbdən də getmişdirlər. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh və digərləri ünvan 3 ünvanında digər şəxslər ilə birgə qeydiyyatdadır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq olunmuş miras payın bağışlanması müqaviləsinin sürətindən görünür ki, Sumqayıt şəhər 1 saylı notariat kontorunun notariusu X4 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2v-211 nömrəli reyesterdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 3 ünvanında ona düşən miras payını qardaşı İddiaçı bağışlamışdır. AR Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 Saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 1593 №-li, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixli qonşular tərəfindən tərtib olunmuş birgə aktdan görünür ki, İddiaçı həyat yoldaşı Abbasova Səadət Rafiq qızı ünvan 3 ünvanında qeydiyyatdadır və Cavabdeh xx.xx.2021-ci il tarixdən həmin ünvanda yaşamır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5791/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Abbasova Səadət Rafiq qızı ilə cavabdeh İddiaçı arasında 20 may 2021-ci il tarixdə bağlanmış 1024 saylı nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X1 anası Abbasova Səadət Rafiq qızının yanında qalması, xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Abbasova Səadət Rafiq qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, reyestr nömrəsi **********88-05101-093003, ünvanı ünvan 5 hüquq subyekti Cahandarova Səadət Rafiq qızı və başqalarıdır. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. İddia tələbinin əsaslı olması cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması, yalnız qeydiyyatda qalmaqla iddiaçının hüquqlarından sərbəst istifadə etməsinə mane olması, mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırması və gerçəkləşdirməsinə maneçilik törədilməsi ilə ifadə olunur. Ona görə də, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 31, 67 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 31, 67 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-603/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-603/2023
06.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver