Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-604/2023 01.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatından çıxarılmasıtələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər- X3 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, M.Əzizbəyov küçəsi, 18-ci məhəllədə yerləşən 1/34 saylı evin 12 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab olunması və pasport qeydiyyatından çıxmaqları barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, M.Əzizbəyov küçəsi 18-ci məhəllədə yerləşən 1/34 saylı evin 12 saylı mənzil onun mülkiyyətindədir. Həmin evi qardaşı X2 cavabdeh Çil (Bağıyeva) Gülcöhrə Murad qızına 50.169,60 manat ödəməklə 11 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlayaraq almışdır. Sonradan qardaşı Ə.M.Abdullayev 26 may 2015-ci il tarixli bağışlama müqaviləsi ilə həmin mənzili ona bağışlamışdır. Bağışlama müqaviləsi əsasında AR ƏMDK yanında DƏDRX-nin 11 aprel 2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışı ilə onun mülkiyyətinə verilmişdir. Cavabdehlər köhnə ev sahibinin ailə üzvləridir. Ev satıldığı gündən cavabdehlər heç biri mübahisəli mənzildə yaşamırlar. Hal-hazırda onların onun mənzili ilə heç bir əlaqəsi yoxdur, onlara aid heç bir əşya da yoxdur. Belə ki, alqı-satqı müqaviləsinin 13-cü bəndində cavabdeh özünün də, ailə üzvlərinin də qeydiyyatdan çıxmagını öz üzərinə öhdəlik kimi götürmüşdür. Lakin bu günədək öhdəliyini yerinə yetirməmişdir. Cavabdehlər artıq çoxdan həmin evə faktiki yaşayış hüuquqlarını itirmişlər. İddiaçı iddianı müdafiə edib, eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və R.A.Bagıyeva məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və məhkəməyə gəlməməsinin səbəbləri barədə qabaqcadan xəbər verməmişlər. Mülki-Prosessual Məcəllənin 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Belə olan halda, məhkəmə Mülki-Prosessual Məcəllənin 147 və 185.5-ci maddələrinə görə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan 11 aprel 2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 (Bagıyeva) Sumqayıt şəhəri, M.Əzizbəyov küçəsi 18-ci məhəllədə yerləşən 1/34 saylı evin 12 saylı mənzili X1 50.169,60 manat satmışdır. İşə əlavə olan 26 may 2015-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surətindən görünür ki, Ə.M.Abdullayev Sumqayıt şəhəri, M.Əzizbəyov küçəsi 18-ci məhəllədə yerləşən 1/34 saylı evin 12 saylı mənzili İddiaçı bağışlamışdır. İşə əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, M.Əzizbəyov küçəsi 18-ci məhəllədə yerləşən 1/34 saylı evin 12 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, M.Əzizbəyov küçəsi 18-ci məhəllədə yerləşən 1/34 saylı evin 12 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh1 və Cavabdeh2 2014-cü ildən mübahisəli evi daimi olaraq könüllü şəkildə tərk ediblər və daimi yaşamaq üçün başqa ünvana köçmüşlər və formal olaraq iddiaçıya məxsus olan evdə qeydiyyatda qalmışlar. Məhkəmə iddiaçı M.İddiaçı iş üzrə cavabdehlərin pasport qeydiyyatından çıxmaları barədə qətnamə qəbul olunması barədə tələbə gəldikdə onu qeyd edir ki, cavabdehlər mübahisəli mənzilə 2014-cü ildən istifadə hüquqlarını itirdiyi halda, həmin ünvandan pasport qeydiyyatından çıxmasına əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, M.Əzizbəyov küçəsi 18-ci məhəllədə yerləşən 1/34 saylı evin 12 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-604/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-604/2023
01.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver