Məhkəmə qərarları › İş №2(060)-6055/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6055/2021

11.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6055/2021 11.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisinin 13 aprel 2021-ci il tarixli icra qeydinin ləğv olunması və iddia icraatı qaydasında işə baxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatına 29.06.2021-ci il tarixdə daxil olmuş mülki işin hazırlıq iclası 14.07.2021-ci il tarixə, saat 10:15-ə, məhkəmə baxış iclası isə 11.08.2021-ci il tarixə, saat 11:10-a təyin olunmuşdur. Lakin tərəflər 11.08.2021-ci il tarixində keçirilən məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı həmin tarixdə məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisinin notariusu 17.07.2021-ci il tarixli, 1459 nömrəli məktubla məhkəməyə müraciət edərək, 11.08.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasının onun iştirakının olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar