Məhkəmə qərarları › İş №2(060)-6064/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6064/2020

13.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6064/2020 13.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdehlər «Abşeron»Kənd Təsərrüfatı məhsullarının istehsalı müəssisəsinə və 2 saylı X1rşı «çıxarışın etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar qaydada baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər «Abşeron»Kənd Təsərrüfatı məhsullarının istehsalı müəssisəsinə və 2 saylı X1rşı «çıxarışın etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Abşeron” KTMİM-nin xx xxxxx 1999-cu il tarixli nizamnaməsi, həmin nizamnamənin Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatıüzrə Sumqayıt bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatına alındığı barədə l0.05.1999-cu il tarixli Ş-85 nömrəli Şəhadətnamə; "Abşeron" KTMİM-nin nizamnaməsində dəyişiklik edilməsi barədə "Abşeron KTMİM-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2007-ci il tarixli qərarı və həmin dəyişikliyin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatıüzrə Sumqayıt bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması və bu barədə xx.xx.2010-cu il tarixli, **********067200 nömrəli Dövlət Reyestrindən çıxarış, "Abşeron" KTMİM-nin nizamnaməsində dəyişiklik edilməsi barədə "Abşeron" KTMİM-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2012-ci il tarixli qərarı və həmin dəyişikliyin Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylıƏrazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması və bu barədə verilmiş Dövlət Reystrindən xx.xx.2012-ci il tarixli, **********066100 nömrəli çıxarış etibarsız hesab edilsin və X3 "Abşeron" KTMİM-nin direktoru qismində fəaliyyətinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının tələbi, onların öz tələbini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin iddiaçı tərəfindən ərizədə qeyd olunan tələblərə əməl edilməmiş, iş üzrə cavabdeh qismində Əfqan Piriyev göstərilmədiyi halda ona qarşı tələb irəli sürülmüşdür, bununla da iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblər pozulmuşdur. MPM-in 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunalara əsasən hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263-264, 267-268-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər «Abşeron»Kənd Təsərrüfatı məhsullarının istehsalı müəssisəsinə və 2 saylı X1rşı «çıxarışın etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar