Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6169/2021 31.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri qaytarılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC cavadeh Cavabdeh Eyyub oğluna qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh oğlundan inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 183 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 iyul 2019-cu il tarixli MAS-1024 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Xəlilov Orxan Eyyub oğlunun sifarişi ilə 2019-cu il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166675 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383,77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(060)-2277/2020 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddiası qismən təmin edilərək “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və cavabdeh Xəlilov Orxan Eyyub oğlundan ümumilikdə 1211,30 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü DİN-nin X4 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİnin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr 03.08.2019-cu il tarixli İXP ******* saylı protokola görə 48 manat, 06.08.2019-cu il tarixli EQ ******* saylı protokola görə 9 manat, 26.09.2019-cu il tarixli EQ ******* saylı protokola görə 36 manat, 06.10.2019-cu il tarixli EQ ******* saylı protokola görə 45 manat, 19.10.2019-cu il tarixli EQ ******* saylı protokola görə 45 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 183 manat məbləğində ödəniş edilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Buna görə də məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC -nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlaranan xəbərdarlıq (pretenziya məktubu) görünür ki, KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X4 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr 03.08.2019-cu il tarixli İXP ******* saylı protokola görə 48 manat, 06.08.2019-cu il tarixli EQ ******* saylı protokola görə 9 manat, 26.09.2019-cu il tarixli EQ ******* saylı protokola görə 36 manat, 06.10.2019-cu il tarixli EQ ******* saylı protokola görə 45 manat, 19.10.2019-cu il tarixli EQ ******* saylı protokola görə 45 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 183 manat məbləğində ödəniş edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2277/2020 saylı, 17.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC-nin iddiası qismən təmin edilərək “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və cavabdeh Xəlilov Orxan Eyyub oğlundan ümumilikdə 1211,30 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. - MAS-1024 №-li, 11.07.2019-cu il tarixli daxili lizinq müqaviləsinə əsasən Xəlilov Orxan Eyyub oğlunun sifarişi ilə 2019-cu il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166675 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. - 11.07.2019-cu il tarixli razılaşmadan görünür ki, lizinq obyekti yol nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi nəticəsində zədələndikdə, məhv olduqda lizinq alan 24 saat müddətində müddətində lizinq obyektini sığortalayan Sığorta şirkətini məlumatlandırmağı öhdəsinə götürür. Qeyd olunan öhdəlik lizinq alan tərəfindən icra edilmədikdə sığorta hadisəsi nəticəsində lizinq obyektinə dəymiş maddi ziyan tam həcmdə lizinq alan tərəfindən lizinq verənə ödənilməlidir. Belə ki, iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 11 iyul 2019-cu il tarixli MAS-1024 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Xəlilov Orxan Eyyub oğlunun sifarişi ilə 2019-cu il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166675 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383,77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. 03.08.2019-cu il tarixli İXP ******* saylı protokol, 06.08.2019-cu il tarixli EQ ******* saylı protokol, 26.09.2019-cu il tarixli EQ ******* saylı protokol, 06.10.2019-cu il tarixli EQ ******* saylı protokol və 19.10.2019-cu il tarixli EQ ******* saylı protokollar tərtib edilərkən lizinq predmeti olan avtomobil cavabdehin istifadəsində olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən - Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən - Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən - Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən - Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən - Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlundan inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 183 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi 500 manatdan az olduğu üçün dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən 20 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh oğlundan inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 183 manat və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-6169/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6169/2021
31.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver