Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-62/2024 28.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 (digər Cavabdeh1 nümayəndəsi), cavabdehlərin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladı - xx.xx.2011-ci il təvəllüdlü X4 dəymiş ziyan ilə əlaqədar 10729.36 manat maddi ziyan, 50000 manat mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə verərək, cavabdehlər X5 və X6 xx.xx.2011-ci il təvəllüdlü X1 cinayət əməli nəticəsində dəymiş ziyana görə 16.169.20 manat və mənəvi ziyana görə 100000 manat pulun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər bir ailənin üzvü olmaqla qonşudurlar. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində övladı - X7 həyətdə oynayarkən cavabdehlərin övladları təxminən 13 yaşlarında olan qonşu X8 atdığı daş oğlu Yusifin sol gözünə dəymiş, bu hadisədən 15 dəqiqə sonra oğlu Yusif bu barədə ona bildirmiş, o da Ömərin anasına yəni, X2 bu barədə demiş və sonuncu onların evinə gəlmişdir. Həmin gün cavabdehlər onun övladı Yusifin səhhəti ilə maraqlanmamış, ertəsi gün isə Ömərin anası Turac və adını bilmədiyi əmisi onlarla “Zərifə Əliyeva” adına göz xəstəxanasına gəlmiş, həmin gün müalicə xərclərini ödəsələr də, sonrakı günlərdə gəlməmiş və müalicə xərclərini ödəməmişlər. Hazırda oğlu Yusifin səhhəti pisdir, onun sol gözünün görmə qabiliyyətinin itirməsi ehtimalı vardır. Hadisə olan gündən cavabdehlərin oğlunun müalicəsinə olan biganə münasibətindən məcbur olub xx.xx.2022-ci ildə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. İş üzrə araşdırma başlanılmış və xx.xx.2023cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9”-nin xx.xx.2023-cü il tarixli, 1488 saylı ekspert rəyində X3 bədəni üzərində qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən yarandığı xəsarətlərin dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid olduğu göstərilmişdir. Tibbi rəydən də göründüyü kimi oğlunun sağlamlığına ağır zərər vurulmuş, o əmək qabiliyyətini itirmişdir. Qərarda göstərilir ki, xx.xx.2009-cu il təvəllüdlü X11 cinayət törədərkən 14 yaşı tamam olmadığından AR CM-nin 20-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilə bilməz. Halhazırda isə oğlunun Türkiyə Respublikasında əməliyyat olunması zərurəti yaranmışdır. İndiyə qədər çəkdiyi maddi və mənəvi zərəri dillə ifadə etmək mümkün deyildir. xx.xx.2022-ci il tarixdən onlar mənəvi iztirab içindədirlər. Oğlunun bu durumu onu həm mənəvi, həm də maddi cəhətdən ağır duruma salmışdır. Cavabdehlər isə sanki heç nə olmamış kimi həyatlarını yaşayırlar. Cavabdehlər onun digər övladlarını təhqir edir. Oğlunun müalicəsi ilə bağlı 8229.36 manat qəbzlərlə sübut edə biləcəyi vəsait xərcləmişdir. Bundan əlavə təqribən 2500 manatlıq dərmanlar və s (nəqliyyat xərci, iş vaxtının itirilməsi) xərc çəkmişdir. İddiaçı və nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdilər və onun təmin olunmasını xahiş etdilər. Bundan başqa qeyd etdilər ki, məhkəməyə müraciət etdikdən sonra əlavə zərərçəkmiş cərrahiyyə əməliyyatı keçirmiş, həmçinin müvafiq dərmanlar alınmışdır. Odur ki, bu xərc də cavabdehlərdən tutulmalıdır. Onlar əlavə olaraq qeyd etdilər ki, nəqliyyat xərcləri, o cümlədən müalicə məqsədilə götürülmüş kreditin məbləği də cavabdehlərdən tutulmalıdır. Məhkəmə iclasında Cavabdeh2 (digər Cavabdeh1 nümayəndəsi) iddianı qəbul etmədiyini bildirdi. O, eyni zamanda qeyd etdi ki, cərrahiyyə əməliyyatlarına, eləcə də göstərilən dərmanların istifadəsinə lüzum olamamışdır. Məhkəmə iclasında cavabdehlərin vəkili Vəkil1 iddianı qəbul etmədiyini bildirdi. O, eyni zamanda qeyd etdi ki, həqiqətən də iddiaçının oğluna xəsarət yetirilmişdir (tor qişasının cırılması və qopması, sol gözdə görmə qabiliyyətinin tam itməsi). Bu diaqnoz ağır diaqnoz olmaqla, hər hansı cərrahiyyə əməliyyatı və ya müalicə ilə aradan qaldırılması mümkün olmayan bir xəsarətdir. Məhz buna görə də cavabdehin iddiaçı ilə birlikdə müraciət etdiyi həkim yalnız yüngül göz damcıları yazmaqla kifayətlənmiş və cərrahiyyə əməliyyatının zəruri olmadığını və hər hansı bir müsbət nəticə verməyəcəyini bildirmişdir. Lakin, buna baxmayaraq iddiaçı başqa həkimdə əməliyyat aparmış və bu əməliyyat nəticəsində də hər hansı bir nəticə olmamışdır, uşağın görmə qabiliyyəti heç 5 faiz də yaxşılaşmamışdır. Əlavə olaraq qeyd etdi ki, iddiaçının övladının sol gözünün görmə qabiliyyətini tam itirdiyi üçün hazırda əlilliyi müəyyən edilmişdir və iddiaçı buna görə dövlətdən pensiya alır. Həmin əlilliyin müəyyən edilməsinə dair son komissiya qərarında Y.Vəlizadənin orqanizminin funksiyalarının 50 faiz pozulması müəyyən edilmişdir ki, bu da şəxsin bir gözünün tamamilə görməməsi deməkdir. O, həmçinin bildirdi ki, uşaq əvvəllər də göz xəstəliyindən, təzyiqdən və nevroloji problemdən əziyyət çəkmişdir. Məhkəmə iclasında azyaşlı X11 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə qonşuları Yusif və başqa uşaqlarla “raqatka” ilə daş ataraq oyun oynayırdılar. Həmin vaxt o, əlində olan raqatka ilə kənar bir yerə atan zaman bilməyərəkdən daş Yusifin gözünə dəymişdir. O, dərhal Yusifə yaxınlaşmış, gözünə baxıb görmüşdür ki, gözünü ovxalayır, sonra Yusif kənarda olan bulağa gedib üzünü yumuş və o da oradan uzaqlaşıb evinə getmiş və anasına bildirmişdir ki, bilməyərəkdən daş atmış, o da Yusifin gözünə dəymişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin və Cavabdeh2 (digər Cavabdeh1 nümayəndəsi) izahatını, cavabdehlərin vəkili Vəkil1 dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli epikriz raporundan görünür ki, “Şüşəyəbənzər cismin çıxarılması, ön giriş (açıq fəza texnikası. Şüşəyəbənzər cismin çıxarılması, ön giriş (dəyişdirilmə ilə birlikdə)) Vitrektomi (sol göz) və Tor qişanın ayrılmasının drenajla bərpa növləri Vitrektomi 2. Kesi aynı göz (sol göz)” əməliyyatları aparılmışdır. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Bakı Baş Səhiyyə Mərkəzi” X18 12 №-li Uşaq Poliklinikasının iddiaçının nümayəndəsi Vəkil2 müraciətinə ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı övladı xx.xx.2011-ci il təvəllüdlü X7 2.09.2019-cu il tarixdən poliklinikanın qeydiyyatındadır. Periodik olaraq oftalmoloq müyinəsindən keçmiş, axırıncı müayinə xx.xx.2022-ci il tarixdə olmuş, gözləri sağlam olmuşdur. Ananın dediyinə görə xx.xx.2022-ci ildə uşağın sol gözünə daş dəymişdir. xx.xx.2022-ci il tarixdə poliklinikaya müraciət etmişdir. Diaqnoz: OS-travmadan sonrakı vəziyyət, ön kamerada hemoftalm. Milli Oftalmologiya Mərkəzinə göndəriş verilmişdir. xx.xx.2022-ci il tarixdə MOM-da müayinədən keçmişdir. Diaqnoz: OS- göz almasının ağır dərəcəli kontuziyası, hemoftalm, hifema. Vis OD-1,0 Vis OS - düzgün işıq duyğusu. xx.xx.2022-ci il tarixdə MOM-dan gətirilən rəyə əsasən diaqnoz: sol gözün ağır dərəcəli kontuziyasından sonrakı vəziyyət, hifema, hemoftalm, oftalmohipertenziya, buynuz qişanın ödemi, (H21,0; H44,8; H40,3, H17). xx.xx.2022ci il tarixdə Batıgöz Klinikasında vitrektomiya əməliyyatı keçirilmiş, şüşəvari cisim təmizlənmiş, yırtıqlar təsbit edilmiş, tor qişa bərpa edilmişdir. Diaqnoz: Tor qişanın cırılması və qopması. Uşağın müalicəsi davam edir. - Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Vİ sinif şagirdi X7 İ sinifdən bu məktəbdə oxuyur. Oxuduğu müddət ərzində X7 özünü bacarıqlı, tərbiyəli bir şagird kimi tanıtmışdır. O özünün intizamı ilə həmişə yoldaşlarına nümunə olmuşdur. 2022-ci ilin sentyabr ayında Yusif Vəlizadənin gözündə problem olduğu üçün dərsə davamiyyəti ardıcıl olmamışdır. 1-ci yarımil sonuna qədər davamiyyət olmamışdır. 1-ci yarımilin sonlarında bacısının köməyi ilə məktəbə gəlmiş, summativlərdə iştirak etmiş, qiymətləndirilmişdir. 2-ci yarımilin əvvəllərində ara-sıra dərslər buraxmış, amma summativlərdə iştirak etmiş, qiymətləndirilmişdir. Valideynin ərizəsinə əsasən şagird tez-tez dərs buraxmış, həkimlərdən arayış gətirmişdir. - AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9”-nin xx.xx.2023-cü il tarixli, 1488 saylı ekspert rəyindən görünür ki, X3 bədəni üzərində qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən yarandığı xəsarətlərin dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid olduğu göstərilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən məktubla göndərilən X8 izahatından görünür ki, o, izahatında “xx.xx.2022-ci il tarixdə qonşumuz Yusif və başqa uşaqlarla raqatka ilə daş ataraq oyun oynayırdıq. Həmin vaxt mən əlimdə olan raqatka ilə kənar bir yerə atan zaman bilməyərəkdən Yusifin daş gözünə dəydi. Mən dərhal ona yaxınlaşdım, gözünə baxdım gördüm ki, gözünü ovxalayır, sonra Yusif kənarda olan bulağa gedib üzünü yudu və mən də oradan uzaqlaşıb evimizə getdim. Və anama bildirdim ki, bilməyərəkdən daş atdım o da Yusifin gözünə dəydi. Həmin vaxt anam məni danladı.” bildirmişdir. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 Batıgöz klinikasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin təsdiq edilməsi haqqında qərarında sıra nömrələri 2.6.106 (Tor qişanın ayrılmasının drenajla bərpa növləri) və 2.6.107 (Şüşəyəbənzər cismin çıxarılması, ön giriş (Açıq fəza texnikası. Şüşəyəbənzər cismin çıxarılması, ön giriş (dəyişdirilmə ilə birlikdə)) olan xidmətlər icra edilmişdir. Bu xidmətlərə görə agentlik tərəfindən özəl tibb müəssisəsinə ümumilikdə 1300 manat ödənilmişdir. - "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli CP/04762/89/11 saylı Kredit Sazişindən görünür ki, Bank tərəfindən İddiaçı illik 13,50 % dərəcəsi 3000 (üç min) manat məbləğində nağd pul krediti verilmişdir. Kreditin müddəti 24 aydır. Həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Əliyeva X12 3000 manat pul vəsaitini kassadan təhvil almışdır. - İcbari Tibbi Sığorta üzrə X13 tibb müəssisələrində tibb xidmətlərinin göstərilməsi üçün xx.xx.2023-cü il tarixli göndəriş vərəqəsinin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X4 planlı tibbi xidmətin göstərilməsi üçün o, X14 göndərilmişdir. - Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 14796 nömrəli çekdən görünür ki, "xxxx" MMC-yə (VÖEN**********) Yusif Vəlizadənin sol gözündə tor qişanın ayrılmasının drenajla bərpa növləri (2200 manat) və şüşəyəbənzər cismin çıxarılması, ön giriş (Açıq fəza texnikası. Şüşəyəbənzər cismin çıxarılması, ön giriş (dəyişdirilmə ilə birlikdə) (2300 manat)) cərrahi ənəliyyatlarının icrası üçün iddiaçı tərəfindən ümumilikdə 4500 manat məbləğində pul ödənilmişdir. - Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 26672 nömrəli çekdən görünür ki, "xxxx" MMC-yə (VÖEN**********) Yusif Vəlizadənin sol gözündə Pupilloplasti (3200 manat) və Genel Anestezi (170) cərrahi ənəliyyatlarının icrası üçün iddiaçı tərəfindən ümumilikdə 3370 manat məbləğində pul ödənilmişdir. - İddiaçı tərəfindən məhkəməyə təqdim olunan ödəniş qəbzlərindən müəyyən olunur ki, iddiaçının övladı üçün müvafiq dərmanlara görə cəmi 1051.05 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə xx.xx.2009-cu il təvəllüdlü X11 tərəfindən X4 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. İddiaçının övladı Yusif Vəlizadənin cərrahi ənəliyyatlarının icrası üçün 3370 və 4500 manat olmaqla, cəmi 7870 manat, ona müvafiq dərmanların alınması üçün isə cəmi 1051.05 manat ödəniş edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, KEŞ-849 saylı rəyindən görünür ki, Yusif Vəlizadənin mütəxəssis müayinəsi zamanı onda hal-hazırda “OS (sol göz) göz almasının ağır dərəcəli kontuziyası; Vitreoretinal cərrahiyyə əməliyyatından sonrakı vəziyyət”in olduğu müəyyən edilmişdir. Qeyd olunan patologiya travmatik mənşəlidir, bununla da əlaqədar cərrahiyyə əməliyyatı icra edilmişdir. Yusif Vəlizadənin ilkin məhkəmə-tibbi ekspertiza rəyinə əsasən, onda “sol göz almasının ağır dərəcəli kontuziyasından sonrakı vəziyyət, hifema, hemoftalm, oftalmohipertenziya, buynuz qişanın ödemi, imbibisiyası, sol gözdə görmə itiliyinin pozulması (düzgün işıq hissiyatı)” qeyd edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən və kənar şəxs tərəfindən daşla vurulması zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin “akad. Zərifə Əliyeva adma Milli Oftalmologiya Mərkəzi”nə müraciət etdiyi vaxtdan 1 gün əvvələ, yəni xx.xx.2022-ci il tarixə uyğun gələ bilər. Yusif Vəlizadənin “sol göz almasının ağır dərəcəli kontuziyası, hemoftalm, hitema, oftalmohipertenziya, buynuz qişanın ödemi, tor qişanın cırılması və qopması” ilə əlaqədar ona cərrahiyyə əməliyyatı icra edilmişdir. Lakin cərrahiyyə əməliyyatının aparılmasına və sonrakı müalicələrə baxmayaraq sol gözdə yalnız qeyri-düzgün işıq duyğusu qalmışdır, yəni görmə qabiliyyətinin bərpası mümkün olmamışdır. Yusif Vəlizadənin sol gözü üzərində “vitrektomiya” cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Belə ki, travma nəticəsində qopmuş tor qişa yenidən təsbit edilmişdir. Yusif Vəlizadənin hazırki vəziyyətdə müalicə prosedurlarından asılı olmayaraq, onda sol gözdə görmə qabiliyyətinin tam və ya qismən bərpası istisna edilir. Yusif Vəlizadənin müalicəsi ilə əlaqədar təyin edilmiş dərman preparatları onun almış olduğu xəsarətin xarakterinə və icra edilmiş cərrahiyyə əməliyyatından sonra oftalmoloji olaraq funksional pozuntuların stabilləşdirilməsi istiqamətində olmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Bu Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Bu Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1103.1-ci maddəsinə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehlərin övladı tərəfindən iddiaçının övladına ziyan vurulması və buna gətirib çıxaran əməldə birincinin təqsiri, habelə dəymiş zərərin məbləğinin 8921.05 manat (Yusif Vəlizadənin cərrahi ənəliyyatlarının icrası üçün 3370 və 4500 manat olmaqla, cəmi 7870 manat, ona müvafiq dərmanların alınması üçün isə cəmi 1051.05 manat xərc) həddində olması iş materialları ilə təsdiq olunur. Belə ki, mülki hüquq pozuntusu baş verən zaman bu əməli törədən X8 14 yaşı tamam olmamış, eləcə də onun valideynləri (cavabdehlər) zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirə bilməmişlər. Odur ki, onlar vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Eyni zamanda qanunvericiliyə əsasən valideynlər övladlarının tərbiyəsində bərabər hüquq və vəzifələrə malik olduqlarından onlar məsuliyyətin müştərək daşıyıcısıdırlar. Məhkəmə hesab edir ki, qanunvericilik zərərin yaranmasında təqsirlərinin olmamasını sübuta yetirmək vəzifəsini valideynlərin üzərinə qoymuş, həmçinin onların təqsirlərini geniş anlamda, valideynlik hüquqlarını lazımi qaydada, məsuliyyətli şəkildə həyata keçirilməsi yönündə nəzərdə tutmuşdur. Bu baxımdan təqsiri istisna edən hallar valideynlərin uzun müddətli müalicədə və ya ezamiyyətdə olmaları, ziyanın təbii hadisə, həmçinin fors major şəraitində vurulması, eləcə də azyaşlının çətin tərbiyə edilməsi və bu barədə müvafiq orqanların rəsmi sənədləridir. Göstərilən fikirlər hüquq ədəbiyyatında da yer almışdır. İşin faktiki hallarından göründüyü kimi, göstərilən xüsusatlar mövcud olmamış, eləcə də bunlarla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehlər övladlarına daşla bir-birinə, digər canlılara və ya hər hansı predmetə zərbə endirməyin təhlükəsini kifayət qədər izah etməmiş, belə hərəkətlərə yol verilməməsi üçün lazımi səviyyədə nəzarət etməmiş, habelə bu əməllərdən azyaşlını çəkindirməyə nail olmamış və bunun üçün yetərincə səy göstərməmişlər. Məhkəmə eyni zamanda qeyd edir ki, nəqliyyat xərclərinə dair, o cümlədən iddiaçının götürdüyü kreditin müalicə məqsədilə və bu istiqamətdə xərclənməsini təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, hətta həmin kredit müalicəyə ödənilmişsə, müvafiq ödəniş qəbzləri məhkəmə tərəfindən nəzərə alınmışdır. Mənəvi ziyanla bağlı tələblə əlaqədar isə məhkəmə hesab edir ki, iddiaçının özünün və övladının iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İddiaçının övladının fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi mənəvi sarsıntıya rəvac verən haldır. Əməlin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Odur ki, məhkəmə mənəvi zərərin məbləğinin 1000 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi ziyana görə 8921.05 manat (Yusif Vəlizadənin cərrahi ənəliyyatlarının icrası üçün 3370 və 4500 manat olmaqla, cəmi 7870 manat, ona müvafiq dərmanların alınması üçün isə cəmi 1051.05 manat xərc) və mənəvi zərər görə 1000 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı Füzuli rayonundan məcburi köçkündür. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməli olan 119.21 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi ziyana görə 8921.05 manat və mənəvi zərər görə 1000 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə 119.21 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-62/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-62/2024
28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver