Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-632/2023 07.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sumqayıt Şəhəri İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Sumqayıt Şəhəri İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və azyaşlı Fərzəliyeva Ayişə Rafail qızının Sumqayıt şəhəri, 15-ci məhəllə, 20 Yanvar küçəsi, yataqxana 5, ev 42B, otaq 98-ə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, 20 Yanvar küçəsi, yataqxana 5, ev 42B, otaq 98 Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 153 saylı sərəncamı ilə MKTİB-nin balansına verilmişdir. Həmin yataqxananın 98-ci otağı xx.xx.2022-ci il tarixli, 25 saylı kirayə müqaviləsi ilə Maraqlı şəxs istifadəsindədir. Maraqlı şəxs həmin ünvanda yaşamamışdan əvvəl otaqda Cavabdeh və onun qızı Ayşən Fərzəliyeva pasport qeydiyyatında olmuşlar. Həmin şəxslər Maraqlı şəxs ailə üzvləri deyil və sözügedən ünvanda xx.xx.2022-ci il tarixdən yaşamırlar. Maraqlı şəxs iddiaçı birliyə Cavabdeh onun mənzilində qeydiyyatda olması səbəbindən mənzil üzərində istifadə hüquqlarının çətinləşdirdiyini və əlavə kommunal xərcləri ödəməsinə səbəb olduğunu bildirmişdir. Sonuncu bu səbəbdən cavabdehin və övladının mənzilə istifadə hüququna xitam verilməsini xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 22 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh və Fərzəliyeva Ayişə Rafail qızı xx.xx.2022-ci ildən Sumqayıt şəhəri, 15-ci məhəllə, 20 Yanvar küçəsi, yataqxana 5, ev 42B, otaq 98-də yaşamırlar. - 22 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Maraqlı şəxs xx.xx.2022-ci ildən Sumqayıt şəhəri, 15-ci məhəllə, 20 Yanvar küçəsi, yataqxana 5, ev 42B, otaq 98-də qeydiyyatdadır. - Azərbaycan Respublikası DİN-nin ******* №-li arayışından görünür ki, Cavabdeh və Fərzəliyeva Ayişə Rafail qızı Sumqayıt şəhəri, 15-ci məhəllə, 20 Yanvar küçəsi, yataqxana 5, ev 42B, otaq 98-də qeydiyyatdadırlar. - Maraqlı şəxs ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında xx.xx.2022-ci il tarixdə bağlanmış, 25 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, 20 Yanvar küçəsi, yataqxana 5, ev 42B, otaq 98 Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, müddətsiz kirayəçinin istifadəsinə verilmişdir. Ailə üzvləri kimi özü və övladı X1 qeyd olunmuşdur. - 22 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci ildən Sumqayıt şəhəri, 15-ci məhəllə, 20 Yanvar küçəsi, yataqxana 5, ev 42B, otaq 98-də yaşamır və onun adına otaq yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Maraqlı şəxs ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında bağlanmış xx.xx.2022-ci il tarixli sosial kirayə müqaviləsi əsasında Sumqayıt şəhəri, 15-ci məhəllə, 20 Yanvar küçəsi, yataqxana 5, ev 42B, otaq 98 müddətsiz kirayəçinin istifadəsinə verilmişdir. Həmin müqavilədə kirayəçinin ailə üzvü kimi özü və övladı X1 qeyd olunmuşdur. Cavabdeh və azyaşlı övladı xx.xx.2022-ci ildən həmin otaqda yaşamırlar. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. xx.xx.2009-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Həmin qanunun 3-cü maddəsinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə- yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh mübahisəli yaşayış sahəsində yaşamadığından, onunla xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (iddiaçı) arasındakı kirayəyə müqaviləsi artıq ləğv edildiyindən və bu növ saziş başqa şəxslə bağlanıldığından, habelə sonuncu ailə üzvləri ilə birlikdə orada məskunlaşdıqlarından iddia əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh və azyaşlı Fərzəliyeva Ayişə Rafail qızının Sumqayıt şəhəri, 15-ci məhəllə, 20 Yanvar küçəsi, yataqxana 5, ev 42B, otaq 98-ə istifadə hüquqlarına xitam verilməldir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh və azyaşlı Fərzəliyeva Ayişə Rafail qızının Sumqayıt şəhəri, 15-ci məhəllə, 20 Yanvar küçəsi, yataqxana 5, ev 42B, otaq 98-ə istifadə hüquqlarına xitam verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-632/2023
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-632/2023
07.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver