Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6343/2021 08.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı və dəymiş mənəvi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və dəymiş mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 12.08.2020-ci ildə ona müraciət edərək, pul lazım olduğunu bildirmiş, ondan borc olaraq həmin gün 3000 (üç min) manat pulu 25.09.2020-ci il müddətinə qədər qaytarmaq şərti ilə almış, girov olaraq özünün şəxsiyyət vəsiqəsini, hərbi biletini, həyat yoldaşının şəxsiyyət vəsiqəsini, nikah haqqında şəhadətnaməni, həyat yoldaşına məxsus əmək haqqı kartını girov qoymuşdur. Sonradan isə bankdan kredit götürəcəyi adı ilə şəxsiyyət vəsiqəsini ondan almış, lakin borcu bağlamamışdır. Pulu alarkən digər Cavabdeh2 da ona zamin durmuş və bu barədə yazılı iltizam vermişdir. Cavabdehin iddiaçını onu aldatması, pulunu qaytarmaması, müxtəlif bəhanələr gətirməklə onu get-gələ salması nəticəsində ona mənəvi ziyan da dəymişdir ki, iddiaçı həmin ziyanı 2000 (iki min) manat məbləğində qiymətləndirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlərdən müştərərək qaydada 3000 (üç min) manat məbləğində borcun, 2000 (iki min) manat məbləğində mənəvi ziyana görə təzminatın və dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, iddia tələbinin dəymiş mənəvi ziyan 2000 (iki) manat hissəsində tələb etmədiyini qeyd edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iş üzrə cavabdeh kimi göstərilən Cavabdeh2 tərəf deyil. Belə ki, Cavabdeh1 qızının əməliyyatı ilə əlaqədar ona təcili pul lazım olmuş, bu səbəbdən İddiaçı hissə-hissə 700 manat, 300 manat olmaqla pul almışdır. Girov üçün qızıl qoya bilmədiyinə görə sənədlərini iddiaçıya vermiş, iddiaçı Qadirə pulu o şərtlə vermişdir ki, əvəzində qəbzdə 3000 manat göstərsin. Məqsədi gələcəkdə Qadirin pulu qaytara bilməcəyi təqdirdə iddiaçı cavabdehdən faizlərin əvəzi olaraq 3000 manatı tələb edə bilməsi olmuşdur. Cavabdeh1 1000 manatın əvəzində iddiaçıya 1500 manat pul qaytarmalı idi. Cəbhəyə getməsi ilə əlaqədar həmin pulu qaytara bilməmişdir. Lakin cəbhədən qayıtdıqdan sonra 1500 manat qaytarsa da, iddiaçı həmin pulu Cavabdeh1 qəbul etməmiş, əsassız olaraq ondan 3000 manatı tələb etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iş üzrə İddiaçı faizə pul verən şəxs kimi tanıyır. İltizamı Elvinin özünün yazdığını bildirmiş, Cavabdeh2 yanında iddiaçı cavabdehə 300 manat pul vermişdir. Lakin iltizamda 3000 manata imza etmiş, iltizamı yazması qarşılığında İddiaçı Cavabdeh1 bildirib ki, əgər pulu qaytara bilməsə, məhkəmədə Qadirə qarşı iddia qaldıracaqdır. Elvin izahatında bildirmişdir ki, əvvəl iddiaçı Qadirə nə qədər pul verib ondan xəbərim olmamışdır. Qadirin sənədlərinin çoxunu iddiaçı girov olaraq almış, lakin sənədlərin bəzisini Qadirə lazım olduğuna görə qaytarmışdır. Cavabdeh1 dəfələrə 1500 manat pulu iddiaçıya qaytarmaq istəsə də iddiaçı qəbul etməmiş, Cavabdeh1 3000 manat tələb etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 12.08.2020-ci il tarixli əlyazma qəbzindən görünür ki, Cavabdeh1 12.08.2020-ci il tarixdə İddiaçı 3000 manat pul almış, söz vermişdir ki, sentyabr ayının 25-də pulu qaytaracaqdır. İş materiallarında olan 12.08.2020-ci il tarixli əlyazma iltizamından görünür ki, Cavabdeh2 Cavabdeh1 İddiaçı aldığı 3000 manat pula görə zamin durmuşdur ki, Cavabdeh1 pulu qaytarmadığı halda Cavabdeh2 qaytaracaqdır. İş materiallarından görünür ki, Cavabdeh1 İddiaçı aldığı 3000 manat pula görə özünün şəxsiyyət vəsiqəsini, hərbi biletini, həyat yoldaşının şəxsiyyət vəsiqəsini, nikah haqqında şəhadətnaməni iddiaçıya vermişdir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar və iş materiallarında olan sübutlar əsasında müəyyən edildi ki, Cavabdeh1 həqiqətən 12.08.2020-ci il tarixində iddiaçıdan borc olaraq 3000 manat məbləğində pul almış, pulu 25.09.2020-ci il tarixində qaytaracağını bildirmişdir. Lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bundan əlavə məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş borclu Cavabdeh1 pul ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik Cavabdeh1 tərəfindən yerinə yetirilməmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan Cavabdeh1 münasibətdə təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının digər Cavabdeh2 münasibətdə iddia tələbi əsaslı deyil. Çünki, Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında Cavabdeh2 borc olaraq alınmş pul sövdələşməsində tərəf kimi iştirak etmədiyini, sadəcə olaraq yazılı iltizamla zamin durduğunu bildirmişdir. Tərəflər arasında Cavabdeh2 zamin durması ilə bağlı heç bir yazılı müqavilə bağlanmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh1 3000 (üç min) manat borc pul tutularaq İddiaçı qızına verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 3000 (üç min) manat məbləğində borc və dövlət rüsumu kimi olan 30 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6343/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6343/2021
08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver