Məhkəmə qərarları › İş №2(060)-6415/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6415/2025

23.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6415/2025 23.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızı, İddiaçı Cavabdeh qarşı cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, idida ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Hazırkı ərizənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı mülkiyyətçisi olduğu "X1" markalı **-KB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini cavabdeh idarə (istifadə) edərkən yol hərəkəti qaydalarını pozduğuna görə tətbiq edilmiş inzibati cərimənin Cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh mülkiyyətçisi olduğu avtomaşını etibarnamə əsasında idarə edərkən xx.xx.2022-ci ildə İXM-nin 529.3-cü maddəsi ilə, xx.xx.2022-ci ildə İXM-nin 529.3-cü maddəsi ilə və xx.xx.2022-ci ildə İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş və barəsində İXP 4694964, İXP ******* və İXP ******* saylı Protokollar tərtib edilmişdir. Cavabdeh adları çəkilən protokollara görə inzbati cərimə olunmuşdur. Lakin həmin cərimələri cavabdeh ödəmədiyinə görə İXM-nin 529.3-cü maddəsi ilə sürücülük hüququ məhdudlaşmışdır. Hazırki tarixə cavabdeh tərəfindən cərimə ödənilmədiyindən o mülkiyyətçisi olduğu "X1" markalı **-KB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satıb özgəninkiləşdirə bilmir. Dəfələrlə məsələ ilə əlaqədar olaraq cavabdehə müraciət etsə də məsələ müsbət həll olunmamışdır. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə hesab edir ki, mübahisə olunan məsələ məhkəmənin qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də iddiaçı inzibati orqana müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hazırki işin mahiyyətindən və işin yuxarıda qeyd olunan hallarından məlum olur ki, İddiaçı tərəfindən verilmiş cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, sonuncuya mübahisənin məhkəməyədək həlli ilə bağlı cavabdeh orqana müraciət etməsi və ya inzibati qayadada müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar