Məhkəmə qərarları › İş №2(060)-6419/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6419/2021

14.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6419/2021 14.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı cavabdehlər Cavabdeh1 və Məmmədov Tahir Hüseyn oğluna qarşı miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilərək miras əmlakın 1/4 pay hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 və Məmmədov Tahir Hüseyn oğluna qarşı miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilərək miras əmlakın 1/4 pay hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanda yerləşən 0.1637 ha torpaq sahəsinin 1/4 pay hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığı üçün icraata qəbul edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə (152.1.5) geri qaytarır. İddiaçı miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilərək miras əmlakın 1/ pay hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması tələbinə dair iddia 4 ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edildiyini qeyd etsə də qəbzi əlavə etməmişdir. (Bununla bağlı məhkəməninin müvafiq səlahiyyətli şəxsləri tərəfindən akt tərtib olunmuşdur). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh1 və Məmmədov Tahir Hüseyn oğluna qarşı miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilərək miras əmlakın 1/4 pay hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra İddiaçı ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar