Məhkəmə qərarları › İş №2(060)-650/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-650/2024

01.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-650/2024 01.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Nümayəndə və tərcüməçi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxiv İdarəsinin Şamaxı filialı və X7maqla) “qohumluq münasibətinin müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxiv İdarəsinin Şamaxı filialı və X7maqla) “qohumluq münasibətinin müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.1993-cü ildə Sumqayıt şəhərində vəfat etmiş anası X5 ilə xx.xx.2021-ci ildə Sumqayıt şəhərində vəfat etmiş xalası X13 qohumluq münasibətinin, yəni onların bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı tərcüməçi vasitəsi ilə izahat verərək bildirdi ki, o, Annanın qəyyumu olmuşdur. Əvvəl xalası qəyyum olmuş, o ölmüş, daha sonra isə o baxmışdır. Xalası şizofreniya xəstəsi olmuşdur. Onun qızı ona 10 il baxmışdır. Onun nə əri, nə də uşağı olmamışdır. Bircə ev miras qalmış, həmin evdə də onun qızı yaşayır. Öncələr soyadı, adı başqa olmuş, anası evləndiyi üçün onun soyadını götürmüşdür. X20 İvanovna adlı qohumları yoxdur. İddiaçının İvan və Nikolay adlarında iki dayısı olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, mirasın qəbulu ilə bağlı gedən işdə həmin sualı Kolyaya şəxsən vermişdir. Bu vəziyyət ilə üzbəüz gələcəyini təxmin etmişdir. Həmin sual video-görüntüyə də düşmüş, protokolda da qeyd olunmuşdur. Əmlak Papkova Nadejda Annaya vəsiyyət olunmuşdur. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında mülki iş baxılmamış saxlanılmış, iddia icraatı qaydasındaiddia ərizəsi ilə müraciət edilmişdir. Onların qohum olması barədə kifayət qədər sübut vardır. Mirasın qəbulu ilə bağlı verilən iddiada işin Ali Məhkəməyə qədər getməsinə baxmayaraq, həmin qohumluq faktı mübahisələndirilməmişdir. Fəaliyyət qabiliyyətsiz olması barədə məhkəmə qətnaməsi vardır. Qanunvericilikdən də məlumdur ki, həmin iddianı yalnız yaxın qohumlar qaldıra bilər. Nəticədə iddiaçı həmin şəxs üzərində qəyyum təyin olunmuşdur. Onlar məhkəməyə kifayət qədər sübut təqdim etmiş və iddianı sübuta yetirmişlər. Qarşı tərəf bildirir ki, onlar qohum deyildirlər. Ona görə də iddia tələbinin təmin olunması və məhkəmədən xx.xx.1993-cü ildə Sumqayıt şəhərində vəfat etmiş anası X5 ilə xx.xx.2021-ci ildə Sumqayıt şəhərində vəfat etmiş xalası X13 qohumluq münasibətinin, yəni onların bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, Şamaxı filialı tərəfindən verilmiş arayışda yalnız Papkov Nikolayın adı qeyd olunmuşdur. X16 miras qoymuş şəxslə bağlı hansı qohumluq faktının olması da müəyyən olunmur. Çünki onun atasının adı Şamaxı filialı tərəfindən verilmiş sənədlərdə yoxdur. Onlarda xala, bibi və digər anlayışlara vahid olaraq totya deyirlər. O da elə bildirmişdir. Vəsiyyətnamə Şamaxıdakı olan evlə bağlıdır. Mübahisə predmeti olan evlə bağlı ilə vəsiyyətnamə yoxdur. Üç arayış verilmiş və heç bir arayışda Yekatrenanın adı çıxmamışdır. Qarşı tərəf notarius orqanı imtinanı qohumluq münasibətinin müəyyən olunması məqsədi ilə vermişdir. Qəyyum da yetkinlik yaşına çatmış istənilən şəxs ola bilər. Orada yazılmamışdır ki, sadəcə yaxın qohumlar qəyyum ola bilər. Bütün bunların nəzərə alınaraq iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına nümayəndələri gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, hüquq barədə mübahisə olması əsası ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1111/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə xüsusi icraat qaydasında ərizə baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı iddia icraatı qaydasında eyni iddia tələbi ilə müraciət edərək qohumluq münasibətinin, yəni onların bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, hüquq barədə mübahisə olduqda eyni iddia tələbini ayrıca icraatda mübahisələndirilməsinə yol verilmir. Belə ki, iddiaçı əldə olunması hüquqi nəticə barədə iddia tələbi ilə məhkəməyə müraciət etməli, həmçinin iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməlidir. Hazırki mübahisə predmeti ilə bağlı məhkəmə hesab edir ki, qeyd olunanlar nəzərə alınmaqla “iddia ərizəsinin məhkəmədə baxılmalı olmaması” əsası ilə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarı ilə bu qəbildən olan işlər vahid məhkəmə təcrübəsinin formalaşması üçün məhkəmələrin diqqətinin hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsi tövsiyə edilmişdir. Qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). İşin materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 miras əmlakı vərəsəlik yolu ilə əldə etmək məqsədi ilə sonuncu ilə X1 bacısı olmasını təsdiq etmək üçün qohumluq faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X17 məktubundan görünür ki, Şamaxı rayonu, Qeydiyyat şöbəsinin 1929-1945-ci illərin doğum haqqında bərpa kitablarında və Kirovka kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitablarında X2 doğumu haqqında məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X21 tərəfindən verilmiş 173 nömrəli, 10 may 2022-ci il tarixli Rusiya Federasiyasının vətəndaşı X9 göndərilmiş Şamaxı RİH-nin Çuxuryurd İƏD-si nümayəndəliyinin 1954-1956-cı illərin Kirovka kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarından arxiv çıxarışından görünür ki, Şamaxı RİHnin Çuxuryurd İƏD-si nümayəndəliyinin 1954-1956-cı illərin Kirovka kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarında Kirovka kənd sakini şəxsi hesab 442 nömrəli olan X12 təsərrüfatında ailə tərkibi – 1898-ci il təvəllüdlü ailə başçısı olan X18, 1935-ci il təvəllüdlü oğlu olan X14, xx.xx.1937-ci il təvəllüdlü qızı olan X19, 1940-cı il təvəllüdlü qızı olan X8 ibarətdir. X1 adı isə qeyd olunan sənəddə müəyyən olunmur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqına Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərasına əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Odur ki, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxiv İdarəsinin Şamaxı filialı və X7maqla) “qohumluq münasibətinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.3-cü maddəsi, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını izah etməyi tələb edir. Məhkəmə həmin normanın tələbinə uyğun olaraq iddiaçıya izah edir ki, mirasdan pay almaq üçün miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədləri (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri) notariat kontoruna təqdim etməklə, miras qoyanın müvafiq növbədə qanun üzrə vərəsəsi kimi mirasdan payın müəyyən olunması haqqında vərəsəlik şəhadətnaməsinin verilməsini tələb edə bilər. Notarius vərəsəlik şəhadətnaməsini verməkdən imtina etdiyi halda iddiaçı miras qoyanın müvafiq növbədə qanun üzrə vərəsəsi kimi mirasdan payın müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxiv İdarəsinin Şamaxı filialı və X7maqla) “qohumluq münasibətinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar