Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6558/2025 11.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızı, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən qadağan olunmuş özbaşınalığa son qoyulması, tikdiyi sexə siqnalizasiya quraşdırılması, sexdən sonra inşa edilmiş elektrik xəttinin kabelləşdirilib yeraltına basdırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması, Sumqayıt şəhəri, 53-cü məhəllə ünvanında 0,06 ha torpaq sahəsində yerləşən və sahiblik hüququ ilə ona məxsus olan 400 kv.m tikinti obyektinə hər hansı müdaxiləsinin qadağan olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qadağan olunmuş özbaşınalığa son qoyulmasını, tikdiyi sexə siqnalizasiya quraşdırılması, sexdən sonra inşa edilmiş elektrik xəttinin kabelləşdirilib yeraltına basdırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını, Sumqayıt şəhəri, 53-cü məhəllə ünvanında 0,06 ha torpaq sahəsində yerləşən və sahiblik hüququ ilə ona məxsus olan 400 kv.m tikinti obyektinə hər hansı müdaxiləsinin qadağan olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, 2(060)-6558/2025 saylı iş üzrə iddia ərizəsinin geri götürülmüş hesab edilməsinə və ödənilmiş 640 manat dövlət rüsumunun iddiaçıya qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsi təmin edilməli, İddiaçı Cavabdeh qarşı müvafiq hərəkətlərin edilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPMin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü bəndinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsinə əlavə edilmiş materiallardan görünür ki, iddiaçı hazırki iddia tələbi üzrə 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi geri qaytarıldığı üçün həmin rüsum iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən qadağan olunmuş özbaşınalığa son qoyulması, tikdiyi sexə siqnalizasiya quraşdırılması, sexdən sonra inşa edilmiş elektrik xəttinin kabelləşdirilib yeraltına basdırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması, Sumqayıt şəhəri, 53-cü məhəllə ünvanında 0,06 ha torpaq sahəsində yerləşən və sahiblik hüququ ilə ona məxsus olan 400 kv.m tikinti obyektinə hər hansı müdaxiləsinin qadağan olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı iddia ərizəsinin verilməsi üçün ********** saylı qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-6558/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6558/2025
11.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver