Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6607/2021 14.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı sənədlərin verilməsi tələbinə dair mülki işə 14 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 240A saylı, 9 mərtəbəli, yaşayış binasında yerləşən ümumi sahəsi 99 kv.m olan, 3 otaqdan ibarət 21 saylı mənzilə dair maliyyə arayışının və mənzilin sxem layihəsinin Cavabdeh1 və "xxxx" MMC tərəfindən ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 09.07.2016-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində "xxxx" MTK-ya məxsus ərazidə "xxxx" MMC tərəfindən inşa edilən 240A saylı 9 mərtəbəli yaşayış binasında tam dəyəri tərəfındən nəğd ödənilməklə ümumi sahəsi 99 kv.m olan 3 otaqdan ibarət, 21 saylı mənzili almışdır. Həmin daşınmaz əmlaka dair hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün "xxxx" MMC tərəfindən ona maliyyə arayışı və mənzilin sxem-layihəsinin təqdim edilməsi barədə müraciətinə həmin MMC tərəfindən HS/330 saylı 25.05.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Sizin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikasmm İqtisadiyyat Nazirliyinə və digər inzibati orqanlara ünvanlanmış müraciətlərinizə cavab olaraq bildirilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında yerləşən çoxmənzilli yaşayış binalarına "xxxx" MTK tərəfindən xidmət göstərilir. Belə ki, Sizinlə "xxxx" MMC arasında bağlanmış və əlavə etdiyiniz 09.07.2016-cı il tarixli İHA(b)/0026 nömrəli müqavilə isə tərəflər arasında podrat hüquq münasibətlərini nizamlayır. Bildirilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında yerləşən çoxmənzilli yaşayış binaları sifariş əsasında inşa edilərək "xxxx" MTK-ya təhvil verilmişdir. Sözügedən ünvanda yerləşən çoxmənzilli yaşayış binalarına dair arxiv sənədləri MMC-də deyil, "xxxx" MTK-da saxlanılır. "xxxx" Mənzil Tikinti Kooperativinin 09.03.2021-ci il tarixli, AC-305/03-20 saylı məktubunda qeyd edilir ki, tərəflərindən 23.02.2021-ci il tarixdə imzalanmış müraciətinizə "xxxx" MTK-da baxılmışdır. Bildirilir ki, "xxxx" MTK-nın qeyd edilən yaşayış kompleksinə heç bir aidiyyatı olmadığından, qeyd etdikləri sənədlərin tərəflərindən verilməsi qeyri-mümkündür. "xxxx" Mənzil Tikinti Kooperativinin 30.03.2021-ci il tarixli, AC-325/03-2021 saylı məktubunda qeyd edilir ki, tərəfinizdən "xxxx" MTK-ya ünvanlanmış 16 mart 2021-ci il tarixli təkrar müraciətlərə baxılmışdır. Bir daha bildirilir ki, "xxxx" MTK-nın 240-A saylı yaşayış binasında onlara məxsus 21 saylı mənzilə dair maliyyə arayışı və mənzil sxem-layihəsini vermək hüququ yoxdur. Həmin binanın 2-3-cü blokları (49-160 saylı mənzillər) tərəflərindən inşa edildiyi və həmin bloklar üzrə istismara qəbul aktı "xxxx" MTK-ya verildiyindən, qeyd edilən mənzillərə aidiyyatı sənədlərin verilməsi səlahiyyətləri vardır. Kommunal (işıq, qaz, su) xidmətlərlə əlaqədar texniki şərtlər "xxxx" MTK-ya verildiyindən və həmin xidmətlərə görə vahid sayğaca əsasən ödənişə məsul olduqlarından kommunal xidmətlərə görə haqlar müqavilə şərtlərinə uyğun olaraq tərəflərindən toplanılaraq aidiyyatı üzrə ödənilir. Qeyd edilən bina sakinlərindən kommunal xidmətlərə görə haqların "xxxx" MTK tərəfindən toplanılması, "xxxx" MTK-nın adından göründüyü kimi, mənzil tikinti kooperativi olduğu, eləcə də Həmin MTK-nın sifarişçi olduğunu, eləcə də "xxxx" MMC-nin məktubunda qeyd edilənləri əsas götürərək maliyyə arayışı və mənzilin sxem-layihəsini həm də "xxxx" MTK-dan tələb etmişdirlər. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Buna görə də "xxxx" MTK və Cavabdeh2 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 240 A saylı, 9 mərtəbəli yaşayış binasında yerləşən, ümumi sahəsi 99 kv.m olan, 3 otaqdan ibarət, 21 saylı mənzilin tam dəyəri tərəfindən tam ödənildiyindən həmin mənzilə mülkiyyət hüququ əldə edilməsi üçün ona maliyyə arayışı və qeyd edilən mənzilin sxem layihəsi təqdim olunmalıdır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 19 avqust 2021-ci il tarixli məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbi ilə bağlı izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddia tələbinin onlara qarşı heç bir hüquqi əsası yoxdur. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində Cavabdeh1-ya məxsus ərazidə 9 mərtəbəli yaşayış binası inşa edilmişdir. İddiaçı həmin binadan mənzil almış və mənzilə dair bütün ödənişlərini Cavabdeh1-ya ödəmişdir. İddiaçıda olan müqavilədə "xxxx" MMCnin adının qeyd edilməsi heç bir əhəmiyyət kəsb etmir. Belə ki, həmin ərazidə Cavabdeh1 tərəfindən bina inşa olunmuşdur. "xxxx" MMC orada yalnız podrat işləri ilə məşğul olmuş, sadəcə binanı tikib Cavabdeh1-ya təhvil vermişdir. Aralarında bununla bağlı müqavilə olmayıb. Nümayəndə qərar qəbul edilərkən qeyd etdklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, cavabdehlərin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Cavabdeh1-nın 09.03.2021-ci il tarixli AC-305 /03-20 nömrəli məktubundan görünür ki, İddiaçı cavab olaraq Cavabdeh1-nın qeyd edilən yaşayış kompleksinə heç bir aidiyyatı olmadığından, qeyd edilən sənədlərin tərəflərindən verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. İş materiallarında olan Cavabdeh1-nın 30.03.2021-ci il tarixli AC-325 /03-2021 nömrəli məktubdan görünür ki, İddiaçı cavab olaraq "xxxx" MTK-nın 240-A saylı yaşayış binasından onlara məxsus 21 saylı mənzilə dair maliyyə arayışı və mənzilin sxemlayihəsini vermək hüququnun olmadığı, həmin binanın 2-3-cü bloklarının (49-160 saylı mənzillər) tərəflərindən inşa edildiyi və həmin bloklar üzrə istismara qəbul aktı "xxxx" MTKya verildiyindən, qeyd edilən mənzillərə aidiyyatı sənədlərin verilməsi səlahiyyətlərinin olduğu, kommunal (işıq, qaz, su) xidmətlərlə əlaqədar texniki şərtlər "xxxx" MTK-ya verildiyindən və həmin xidmətlərə görə vahid sayğaca əsasən ödənişə məsul olduqlarından kommunal xidmətlərə görə haqların müqavilə şərtlərinə uyğun olaraq tərəflərindən toplanılaraq aidiyyatı üzrə ödənilməsi bildirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4926/2021 saylı 22 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X5 və Absheron City MTK-nın cavabdeh İddiaçı qarşı maddi, mənəvi və işgüzar nüfuza dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "xxxx" MTK-ya, "xxxx" MMC-yə və Tofiq Zeynalova ünvanlanmış 18 iyun 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, rəhbərlik etdikləri təşkilatlar tərəfındən ınşa edilmiş bınanın bəzi girişlərinin müayinə edilməməsi və istısmarına icazə verilməməsi ilə bağlı vətəndaş X4 Hallar Nazirliyinə ünvanladığı 01 may 2021-ci il tarixli müraciətlərə baxılmış, Xırdalan şəhəri, H.Əİıyev prospekti, 240 A ünvanda inşa edilmış çoxmərtəbəli yaşayış binasının birinci və dördüncü girişlərinin istismarına icazə alınmadan sakinlərin məskunlaşdırılması və bunun da mövcud qanunvericiliyin tələblərinə zidd və yolverılməz olduğu bildirilmiş və qeyd edılənləri nəzərə alaraq, qısa müddət ərzində həmın ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının birinci və dördüncü girişlərinın möhkəmlik və dayanıqlıq baxımından müayinə edilməsinin və "istismara hazırlıq aktı”nın alınmasının təmın edilməsi tapşırılmış və əks təqdırdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçıriləcəyi bildirilmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nın 22.04.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı cavab olaraq bildirilmişdir ki, müraciətində qeyd olunmuş mənzil sahəsinin yerləşdiyi yaşayış binasına dair müvafiq hüquqmüəyyənedici və texniki sənədlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə təqdim edilməmiş, müvafiq sənədlər təqdim edildikdən sonra sözügedən yaşayış binasında yerləşən mənzil sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. İşdə olan AR ƏMDK yanında DƏDRX-nın 31.03.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı cavab olaraq müraciətində qeyd olunmuş mənzil sahəsinin yerləşdiyi yaşayış binasına dair müvafiq hüquqmüəyyənedici və texniki sənədlərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə təqdim edilmədiyi, müvafiq sənədlər təqdim edildikdən sonra sözügedən yaşayış binasında yerləşən mənzil sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 31.03.2021 və 08.05.2021-ci il tarixli məktublarından görünür ki, İddiaçı cavab olaraq bildirilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əİiyev prospektində inşa edilmiş AAAF park yaşayış kompleksi, 240A nömrəli yaşayış binasının istismarına icazə sənədlərinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən olunmuş, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19.02.2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən sözügedən yaşayış binasına dair müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edildikdən sonra mənzillərə və qeyri-yaşayış sahələrinə dair sənədlərin əsillərini (Protokoldan çıxarış, Maliyyə arayışı, Eskiz cizgi) ərizəyə əlavə etməklə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 25.0.2021-ci il tarixli HŞ/330 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında yerləşən çoxmənzilli yaşayış binalarına "xxxx" MTK tərəfindən xidmət göstərilir. Belə ki, onunla "xxxx" MMC arasında bağlanmış və əlavə edilmiş 09.07.2016-cı il tarixli İH-A(b)/0026 nömrəli müqavilə isə tərəflər arasında podrat hüquq münasibətlərini nizamlayır. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 ünvanda yerləşən çoxmənzilli yaşayış binaları sifariş əsasında inşa edilərək "xxxx" MTK-ya təhvil verilmişdir. Sözügedən ünvanda yerləşən çoxmənzilli yaşayış binalarına dair arxiv sənədləri MMC-də deyil, "xxxx" MTK-da saxlanılır. İşdə olan 09 iyul 2016-cı il tarixli İH-A(b)/0026 saylı mənzilin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, “Satıcı” "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-PARK” yaşayış massivində inşa edilən (inşa edilmiş), 240-A saylı, 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 99,0 kv.metr olan, 3 otaqdan ibarət 21 saylı mənzili satmağı, alıcı İddiaçı isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. İşdə olan 09 iyul 2016-cı il tarixli İH-A(b)/0074 saylı maliyyə arayışının surətindən görünür ki, İddiaçı “AAAF-PARK” yaşayış massivində inşa edilən (edilmiş), 240-A saylı, 9 mərtəbəli yaşayış binasında 21 saylı mənzilin pay dəyərindən 58000 manat ödəmişdir. Borc qalığı yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən (inşa edilmiş), 240-A saylı, 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 99,0 kv.metr olan, 3 otaqdan ibarət 21 saylı mənzilin alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı mənzilin dəyəri olan 58000 manat məbləğində pulu "xxxx" MMC-yə ödəmişdir. Hazırda iddiaçı həmin mənzilə dair borcunun olmaması barədə maliyyə arayışının və mənzilin sxem-layihəsinin təqdim edilməsi üçün cavabdehlərə müraciət etmişdir. Hər iki hüquqi şəxs yaşayış binasının onlara aidiyyəti olmaması ilə əlaqədar iddiaçının xahişindən imtina etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) olmasıdır. Həmin qanunun 10-cu maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mənzilin haqqı tam ödənilmişdir. Belə olan halda qanunvericiliyin tələbinə görə müvafıq sənədlər iddiaçıya verilməklə onun daşınmaz əmlak üzərində hüquqlarının qeydə alınması hüququ təmin edilməlidir. Məhkəmə qeyd edilən sənədlərin kimin tərəfindən verilməli olması ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, mənzilin alqı-satqısı barədə müqavilə iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmışdır. Müqavilə cavabdeh "xxxx" MMC-nin direktoru R.Xanverdiyev tərəfindən imzalanmışdır. Mənzilin təhvil verilməsi, mənzil hazır olduqdan sonra mənzilin alıcının adına istismara qəbul aktını rəsmiləşdirməyi cavabdeh "xxxx" MMC vəzifə olaraq öz üzərinə götürmüşdür. Həmin MMC-nin nümayəndəsi məhkəmə iclasında, o cümlədən iddiaçının müraciətlərinə cavab məktublarında sözügedən müqavilənin podrat münasibətlərini tənzimlədiyini bildirsə də, müqavilədə bu barədə hər hansı qeyd şərt yoxdur. Məhkəmə onu da qeyd edir ki, alqı-satqı müqaviləsindən əlavə, mənzilin dəyəri (58000 manat) də 09 iyul 2016-cı il tarixli İH-A(b)/0074 saylı maliyyə arayışı (qəbz) əsasında "xxxx" MMC tərəfindən qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin cavabdeh "xxxx" MMC tərəfindən verilməsindən imtinanı qanunsuz hesab edir. Odur ki, iddia qismən təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 240A saylı, 9 mərtəbəli, yaşayış binasında yerləşən ümumi sahəsi 99kv.m olan, 3 otaqdan ibarət 21 saylı mənzilə dair maliyyə arayışı və mənzilin sxem layihəsi "xxxx" MMC tərəfindən İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi Cavabdeh1-ya qarşı hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsində Cavabdeh1 tərəf olmamış, mübahisəli mənzillə bağlı üzərinə hər hansı öhdəlik götürməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 10 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 240A saylı, 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 99 kv.m olan, 3 otaqdan ibarət 21 saylı mənzilə dair maliyyə arayışı və mənzilin sxem layihəsi cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı verilsin. Cavabdeh "xxxx" MMC-dən 10 (on) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1-ya qarşı hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6607/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6607/2021
14.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver