Məhkəmə qərarları › İş №2(060)-6612/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6612/2022

23.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6612/2022 23.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Sumqayıt şəhər 3 saylı notariat ofisinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “notariat hərəkətlərinin aparılmasından şikayət tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən aparılmış 20 may 2022-ci il tarixli, 8İ-900002 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmədə iştirak edən zaman iddianı müdafiə edərək göstərmişdir ki, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən aparılmış 20 may 2022-ci il tarixli, 8İ-900002 reyestr nömrəli icra qeydi qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Belə ki, iş materillarından görünür ki, iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 31 yanvar 2019-cu il tarixli. 2019/00525 saylı kredit müqaviləsinə əsasən illik 30% olmaqla 36 ay müddətinə iddiaçıya 16000 manat məbləğində kredit verilmiş və ümumilikdə fazilərlə birlikdə 24,452,11 manat pulun iddiaçı tərəfindən üçüncü şəxsə qaytarılması müəyyən edilmişdir. Lakin sonradan COVİD-10 pandemiyasının təsiri ilə maddi vəziyyətində yaranmış çətinliklər səbəbindən iddiaçı öhdəliklərini tam şəkildə yerinə yetirə bilməmişdir. Ancaq bununla yanaşı məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, notarius tərəfində icra qeydinin aparıldığı 2 may 2022-ci il tarixinədək iddiaçı 18.000 manatdan artıq pulu ikinci cavabdehə ödəmişdir ki, bunu da müvafiq ödəniş qəbzləri sübuta yetirir. Belə olanda iddiaçının ikinci cavabdehə faizlərlə birlikdə 6.000 manatdan da az borcu qaldığı halda notarius hər hansı araşdırma və hesablama aparmadan tələbkarın maraqlarından çıxış edərək icra qeydini tərtib etmişdir ki, həmin qeyddə də iddiaçıdan 20.682,58 manat pulun ikinci cavabdehin xeyrinə tutulmasını göstərmişdir. Bu qeydi apararkən notarius qanunvericiliklə müəyyən edilmiş qaydada borcun ödənilməsi barədə iddiaçıya yazılı bildiriş göndərməmiş, iddiaçının hüququnu pozmaqla yalnız tələbkarın mövqeyindən çıxış etmiş, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Halbuki, qanunvericiliyə əsasən tələbkar icra qeydinin aparılması üçün Notariat Ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl poçt vasitəsilə borcluya, tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağına dair müəyyən edilmiş formada bildiriş göndərməmişdir. Belə ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə edilməmişdir. Həmçinin Notariat Ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli. 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimafın 162-ci madda sinin tələbləri kobud şəkildə pozularaq, əsassız icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Halbuki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki. icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə, notarius borcun ödənilməsi barədə iddiaçıya yazılı bildiriş göndərməmiş, iddiaçının hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Bütün bu sadaladığı halları nəzərə alaraq və hal-hazırda iddiaçı maraqlı şəxs tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində torpaq üzərində öz hüququnu dövlət qeydiyyatından keçirə bilmədiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən aparılmış 20 may 2022-ci il tarixli, 8İ-900002 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia əizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Ümumiyyətlə icra qeydinin ləğvi anlayışı hələ mübahisə olaraq qalır. Bununla bağlı qanunvercilikdə birbaşa göstəriş yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, icra qeydi tam qanuni əsaslarla çıxarılmışdır. Bundan əlavə, borc və ipotekaya yönəldilməsi ilə bağlı iddiaçıya rəsmi bilidiriş göndərilmiş və yaranmış borcla bağlı məlumat verilmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Sumqayıt şəhər 3 saylı notariat ofisi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda məktubla məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan keçirilməsinİ xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh Sumqayıt şəhər 3 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydinin surətindən görünür ki, “X9 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti X4 tələbi ilə ipoteka qoyan ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka tutma yönəldilsin. Öhdəliyi müəyyən edən 2019/00525 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 11324,52 manat əsas borc, 4635,36 manat faiz borcu, 4722,70 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 20682,58 manat təşkil edir. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli 2019/00525 nömrəli kredit müqaviləsinə əsasən BOKt tərəfindən şəxsi məqsədlər üçün illik 30 (otuz) faiz olmaqla 36 (otuz altı) ay müddətinə 16000 (on altı min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus olan ünvan 4 ünvanında olan 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 42.8 kv.m ümumi, 26.0 kv.m yaşayış və 16.8 kv.m. yardımçı sahəsindən ibarət, 2 otaqlı, 11 nömrəli mənzil ipoteka predmeti kimi BOKT-a təqdim edilmiş və bu barədə xx.xx.2019-cu il tarixli 2019/00525-İP nömrəli ipteka müqaviləsi bağlanmışdır. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlərin ödəniş pozulmuşdur. Sözügedən kredit öhdəliyi qısa zamanda icra edilmədiyi halda bildiriş göndərildiyi gündən 5 (beş) gün sonra ipoteka predmetinə qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosesinə başlanılacaqdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2019/00525 nömrəli “Kredit müqaviləsi”ndən görünür ki, Kəpəz” Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən İddiaçı illik 30% olmaqla 36 ay müddətinə 16000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 2019/00525-İP nömrəli, xx.xx.2019-cu il tarixli “İpoteka müqaviləsi”ndən görünür ki, Kredit müqaviləsinin təminatı olaraq "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti (“Kreditor-İpotekasaxlayan”) ilə cavabdeh İddiaçı (“İpotekaqoyan”) arasında xx.xx.2019cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən “İpotekaqoyan” ünvan 4 ünvanında olan 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 42.8 kv.m ümumi, 26.0 kv.m yaşayış və 16.8 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı, 11 nömrəli mənzil “Alıcı- İpotekaqoyan”ın mülkiyyətinə verir. Müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər arasında mənzilin satış qiymətinin 38.000 manat olması müəyyən olunur. İş materiallarında olan notariat işinə əlavə edilmiş Azəbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinən RX seriyalı, № ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 mənzil 11 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №1450257 saylı “Çıxarış”ın surətindən görünür ki, İddiaçı adına qeydə alınmış ünvan 4 mənzil 11 "xxxx" BOKT MMC-yə 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan notariat işinə əlavə edilmiş "xxxx" Bank Olmayan Kredit Təşkilatının xx.xx.2022-ci il maliyyə arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli, 2019/00525 nömrəli kredit müqaviləsi üzrə 11324,52 manat əsas, 4635,46 manat faiz, 4722,70 manat dəbbə, cəmi 20682,58 manat borcu yaranmışdır. “İnsan Hüquqlarının və X5 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X5 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki höquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notariat qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası “Notariat haqqında” qanunun 17-ci maddəsinin 15-ci bəndinə əsasən dövlət notariusu tərəfindən icra qeydləri aparılır. Azərbaycan Respublikası Notariat haqqında qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Həmin qanunun 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Notariat haqqında qanunun 79-cu maddəsinə tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Belə ki, iddiaçı iddia ərizəsində icra qeydi aparılarkən notarius qanunvericiliklə müəyyən edilmiş qaydada borcun ödənilməsi barədə ona bildiriş göndərmədiyini bildirsə də, məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti icra qeydi barədə iddiaçıya rəsmi məlumat verildiyini bildirmiş və bu iş materiallarında olan sənədlərdə də öz əksini tapır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı cavabdehlər Sumqayıt şəhər 3 saylı notariat ofisinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən aparılmış 20 may 2022-ci il tarixli, 8İ- 900002 reyestr nömrəli icra qeydinin ləğv edilməsi” barədə iddia tələbi tələbinin təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406, 407-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar