Məhkəmə qərarları › İş №2(060)-665/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-665/2025

13.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-665/2025 13.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlununın katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh və azyaşlı övladları-xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü Məmmədov Kənan Eldar oğlunun Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 22b saylı fərdi yaşayış evinə olan olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 22b saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin ev alqı-satqı zamanı anası Şirinova Aysaba Ramazan qızının adına alınmış və daha sonra anası tərəfindən ona bağışlanmış və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışla rəsmiləşdirərək özəlləşdirib. Mənzili aldıqları gündən ailə üzvləri ilə birgə bu mənzildə yaşayırlar. Cavabdeh və azyaşlı övladları xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü Məmmədov Kənan Eldar oğlu cavabdehin övladları olmaqla köhnə ev sahibləridir. Fərdi evi alqı-satqı zamanı qeydiyyatdan çıxmağı öhdəliyə götürsələr də, bu vaxta kimi qeydiyyatdan çıxmayıblar. Cavabdeh və övladlarının burda qeydiyyatda qalması mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədir və əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Göründüyü kimi iddia qanuni və əsaslıdır və ona görə də təmin edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. 5.Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi qimən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon, 22B saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. 7.İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-ci il tarixli arayışından görünür ki, Cavabdeh və onun azyaşlı övladları-xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü Məmmədov Kənan Eldar oğlu Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 22B-də qeydiyyatdadır. 8.İşdə olan xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Şirinova Aysaba Ramazan qızı Sumqayıt şəhəri, 16-cı mikrorayon, 22B saylı evi İddiaçı bağışlamışdır.

9. İşdə olan xx.xx.2020-ci il tarixli altı-satqı müqaviləsindən görünür ki, Şirinova Aysaba Ramazan qızı Sumqayıt şəhəri, 16-cı mikrorayon, 22B saylı evi X1 almışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki İddiaçı adına Sumqayıt şəhəri,16-cı mikrorayon, 22B saylı evə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o, həmin evə mülkiyyət hüququ əldə etmişdir. Mənzilin əvvəlki ev sahibi və ailə üzvləri evi boşaldaraq mənzili İddiaçı təhvil vermiş, özlərinə isə başqa bir yaşayış yeri seçmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması İddiaçı göstərilən mənzillə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13.Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 14.Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 16.Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 17.«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. 18.Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. 19.Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdeh xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh və azyaşlı övladları-xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü Məmmədov Kənan Eldar oğlunun Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 22B saylı fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilməlidir. 20.Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4).

Nəticə hissəsi:

21. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. Cavabdeh xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh və onun azyaşlı övladları - xx.xx.2008ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü Məmmədov Kənan Eldar oğlunun Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 22b saylı fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar