Məhkəmə qərarları › İş №2(060)-6787/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6787/2020

18.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6787/2020 18.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə qarşı «icra məmurunun hərəkətləri, qərarın ləğvi» tələbinə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib müəyyən etdi : İddiaçı cavabdeh Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə qarşı «icra məmurunun hərəkətləri, qərarın ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icra məmurunun xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəktələrindən və ya hərəkətsizliyindən iddia icraatı qaydasında deyil, şikayətlə məhkəməyə müraciət edilməlidir. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. MPM-nin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən hesab edirəm ki, iddiaçı qanunla nəzərdə tutulmuş forma və qaydaya əməl etməklə məhkəməyə müraciət etmədiyindən ərizə geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə qarşı «icra məmurunun hərəkətləri, qərarın ləğvi» tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar