Məhkəmə qərarları › İş №2(060)-7088/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7088/2022

07.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7088/2022 07.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Sumqayıt şəhər 3 saylı Notariat ofisinə və Cavabdeh3 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə, Sumqayıt şəhər 3 saylı Notariat ofisinə və Cavabdeh3 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 3 saylı Sumqayıt Notariat Kontoru tərəfindən 19 sentyabr 2016-cı ildə verilmiş “İcra qeydinin ləğv edilməsi və cavabdeh X2 15.000 ABŞ dollarının (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) və ödənilmiş 167 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 3 saylı Notariat Kontoru tərəfindən 19 sentyabr 2016-cı ildə verilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt 3 saylı Notariat ofisinin 19 sentyabr 2016-cı il tarixli “İcra qeydi” ilə cavabdeh X2 15000 ABŞ dolları əsas borcun və 10 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi müəyyən edilmişdir. İcra qeydi 19 sentyabr 2016-cı ildə aparılmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-6774/2021 saylı qətnaməsi ilə 15000 ABŞ dollarının cavabdeh X2 tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-819/2022 saylı qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 6774/2021 saylı qətnaməsinin 15000 ABŞ dolları tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmin qətnamədə İddiaçı izah edilmişdir ki, icra qeydinin icrası ilə əlaqədar müvafiq icra orqanına müraciət edə bilər. O, xx.xx.2022-ci ildə Cavabdeh1nə müraciət etmişdir. Həmin müraciətə xx.xx.2022-ci ildə 17543 saylı məktubla Cavabdeh1 bildirmişdir ki, “X1 qarşı borc tələbinə dair Cavabdeh2 xx.xx.2016-cı il tarixli İcra qeydi Cavabdeh1 icraatına daxil olmamışdır”. Cavabdeh1ndən ona şifahi şəkildə bildirmişlər ki, məsələ ilə əlaqədar olaraq məhkəməyə müraciət etməyi tövsiyə olunur. Hesab edir ki, Sumqayıt şəhəri 3 saylı Notariat ofisinin 19 sentyabr 2016-cı il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat ofisinin notariusu məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər 3 saylı Notariat ofisinin xx.xx.2016-cı il tarixli № 7E/14837 saylı icra qeydindən görünür ki, Sumqayıt qəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X3 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən İddiaçı xeyrinə Cavabdeh3 xx.xx.2016-cı il tarixədək alınmış və vaxtında ödənilməmiş 15000 ABŞ dolları (on beş min ABŞ dolları), bundan əlavə 10 manat dövlət rüsumu olmaqla cəmi 15000 ABŞ dolları (on beş min ABŞ dolları) və 10 (on) manat pul tutulması barədə icra qeydi vermişdir. xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh3 15000 ABŞ dolları məbləğində borc pul vermiş, borcalan krediti xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi təbəkar tərəfindən icra qeydi mübahisələndirilir. Məhkəmə qeyd olunan tələbi «Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin göstərişinə uyğun hesab etmir. Belə ki, «Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi qanunvericilik icra qeydinin mübahisələndirilməsi ilə bağlı borclunun iddia hüququnu tanımışdır. Araşdırıdan mübahisə üzrə icra qeydi tələbkar tərəfindən mübahisələndirilir. Məhkəmə hesab edir ki, araşdırılan mübahisə üzrə iddiaçı müvafiq subyektiv hüquqa malik deyildir. Odur ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə, Sumqayıt şəhər 3 saylı Notariat ofisinə və Cavabdeh3 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar