Məhkəmə qərarları › İş №2(060)-7151/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7151/2022

27.10.2022 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7151/2022 27.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquq müəyyənedici sənədlərdə düzəlişin edilməsinə dair ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqmüəyyənedici sənədlərdə düzəlişin edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum arvadı 14 fevral 1944-cü il təvəllüdlü, 15 iyul 2018-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmiş, barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən 04 avqust 2018-ci il tarixdə verilmiş AZ-1№ 911289 nömrəli “Ölüm haqqında Şəhadətnamə”də göstərilmiş “X2” soyadı, adı və ata adının — fevral 1946-cı il tarixdə Laçın rayon Fərəcan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 03 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında (soyad, ad və ata adının) göstərildiyi kimi “ X1 dəyişdirilməsi (düzəliş edilməsi və həmçinin nikahdan sonrakı “Cəfərova” soyadı nəzərə alınmaqla) barədə, həmçinin 15 may 1966-cı il tarixdə Laçın rayon Cicimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 07 saylı nikah haqqında akt qeydinin qadın qrafasında “Həsənova (nikahdan sonra Cəfərova) Solmaz Səməd” qızının ata adı olan “Səməd” adındakı yanlışlıq düzəldilərək “Səmənd” kimi yazılması barədə qətnamə qəbul edilməsi və qəbul edilmiş qətnamənin adı gedən sənədlərdə düzəlişlərin edilməsi, həmin sənədlərin və tələb olunan digər zəruri sənədlərin yenidən verilməsi üçün əsas olmasının qətnamədə göstərilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ərizəçi tərəfindən verilmiş ərizə düzəlişlərin edilməsi ümumi məhkəmənin səlahiyyətinə aid olmamaqla ərizənin məhkəmə qaydasında baxılmasını mümkünsüz edir. Bu isə məhkəməyə əsas verir ki, verilmiş ərizənin icraata qəbul edilməsindən imtina barədə qərardad çıxarsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair qərarı»-nın 4 N-li qərarına əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə biləcəyi qeyd olunmuşdur. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Ərizəçi tərəfindən verilən hüquqmüəyyənedici sənədlərdə düzəlişin edilməsinə dair tələbə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılması qanunvericiliyin qeyd olunan normalarına uyğun deyil. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizəçi izah olunmalıdır ki, hazırki halda ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmaması, onun inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Göstərilənlərə əsasən ərizənin məhkəmə icraatında baxılmağa götürülməsi mümkün deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqmüəyyənedici sənədlərdə düzəlişin edilməsinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar