Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7163/2021 12.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair iddia ərizəsinə üzrə mülki işə, Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında. açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan **-CA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” minik markalı, buraxılış ili 2009, ban nömrəsi KMHSH81WP9U454281 olan avtomaşının Cavabdeh alınıb iddiaçıya qaytarılması və tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-CA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” minik markalı, buraxılış ili 2009, ban nömrəsi KMHSH81WP9U454281 olan avtomaşın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının oğludur. İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan avtomobili müvəqqəti olaraq idarə etmək üçün cavabdehə vermişdir. Eyni zamanda maşını idarə etmək üçün iddiaçı cavabdehə etibarnamə də vermişdir. Həmin etibarnamənin müddəti artıq bitmişdir. Cavabdeh hazırda ona məxsus olan həmin avtomobili qaytarmır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahat verərək iddia tələbini müdafiə etdi. Bildirdi ki, **-CA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” minik markalı, buraxılış ili 2009, ban nömrəsi KMHSH81WP9U454281 olan avtomaşın xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının oğludur. Qeyd olunan maşını sadəcə idarə etmək üçün vermiş, verdiyi etibarnamənin müddəti bitmişdir. Hazırda cavabdeh avtomaşını qanunsuz olaraq iddiaçıya qaytarmır. Odur ki, iddia tələbinin təmin edilmsəini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkili-nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin 17.03.2021-ci il tarixli, 29340/221 saylı nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışda, **-CA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” minik markalı, buraxılış ili 2009, ban nömrəsi KMHSH81WP9U454281 olan avtomobil 18.05.2015-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1962-ci il təvəllüdlü İddiaçı adına qeydiyyatda olduğu, 10.09.2016-cı ildən 10.09.2017-ci ilədək Cavabdeh avtomobilin etibarnamə ilə verildiyi göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, **-CA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” minik markalı, buraxılış ili 2009, ban nömrəsi KMHSH81WP9U454281 olan avtomobil İddiaçı məxsusdur. Qeyd edilən avtomobili iddiaçı Cavabdeh etibarnamə ilə müvəqqəti vermiş və etibarnamənin müddəti bitmişdir. İddiaçı cavabdehdən maşını tələb etmiş, buna baxmayaraq, cavabdeh avtomobili iddiaçıya geri qaytarmamışdır. Hazırda avtomobil heç bir hüquqi əsas olmadan cavabdehdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən-Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan **-CA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” minik markalı, buraxılış ili 2009, ban nömrəsi KMHSH81WP9U454281 olan avtomobil Cavabdeh alınıb İddiaçı qızına qaytarılmalıdır. Ödənilmiş 30 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbi hissəsinə məhkəmə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən - Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan **-CA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” minik markalı, buraxılış ili 2009, ban nömrəsi KMHSH81WP9U454281 olan avtomobil Cavabdeh alınıb İddiaçı qaytarılsın və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrunə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-7163/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7163/2021
12.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver