Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-737/2024 16.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 2 saylı Sumqayıt ərazi idarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 2 saylı Sumqayıt ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2011-ci ildə vəfat etmiş Əliyev Həsənbala Ağa oğlundan qalmış ünvan 1 ünvanında yerləşən əmlaka dair Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası Əliyev Həsənbala Ağa oğlu xx.xx.2011-ci ildə vəfat etmişdir. Atasından Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12-də yerləşən 101 saylı ev miras qalmışdır. Cavabdeh-qardaşı Cavabdeh1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən atalarından qalmış ünvan 1 ünvanında yerləşən əmlaka dair xx.xx.2023-cü il tarixli 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamə əsasında ona xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. O da varisdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair iddia tələbi təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Hesab edir ki, atasından qalmış mirasda onun da vərəsə kimi payı vardır və bu səbəbdən qanun üzrə vərəsəlik şəhadətnaməsi və reyestrdən çıxarış etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində notariat ofisində Cavabdeh1 adına qeydə alınmış 2M-239 reyestr N-li xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və Cavabdeh1 adına qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın, Cavabdeh1 və X10 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Alqı-satqı müqaviləsi və X7 adına qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı cavabdehlərə qarşı Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 adına qeydə alınmış 2V-239 reyestr N-li xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xx.xx.1954-cü il tarixdə mərhum Əliyev Həsənbala Ağa oğluna ayrılmış və sözügedən fərdi yaşayış evinə dair Sumqayıt şəhər Texniki İnventarlaşma Bürosu tərəfindən onun adına 1098-ci il tarixli, 163 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Əliyev Həsənbala Ağa oğlu xx.xx.2011-ci ildə vəfat etmişdir. Həmin vaxtdan etibarən H.Əliyevin vərəsələrindən olan qardaşı İddiaçı mübahisəli mənzili miras əmlak kimi faktiki olaraq qəbul etməmiş və orada yaşamamışdır. Atasının vəfatından sonra Cavabdeh1 xx.xx.2023-ci ildə ********** qeydiyyat nişanlı Çıxarış verilmişdir. İddiaçı hesab edir ki, mərhum H.Əİiyevin vərəsəsi kimi həmin 101 saylı fərdi evdən ona vərəsə kimi pay verilməlidir. İddia tələbinə aşağıdakılara görə etiraz edir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3327/2022 saylı qətnaməsi (həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2092/2022 saylı qətnaməsi və AR Ali Məhkəməsinin 2(102)-1312/2023 saylı qərarı) ilə iddiaçının sözügedon 101 saylı fərid evə köçürülməsi rədd edilmişdir. Həmçinin bildirir ki, iddiaçıya 1990-cı ildə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində o, ev tikmiş və 2002-ci ildə həmin evə köçərək orada yaşamışdır. Sonradan həmin evi iddiaçı qızının adına rəsmiləşdirmişdir. O, vərəsə kimi atasının vəfatından sonra miras əmlakı faktiki olaraq qəbul etmiş və idarə etmişdir. Hal-hazırda da ailə üzvləri ilə birlikdə sözügedon ünvanda yaşayır. Həmçinin bildirir ki, iddiaçı vərəsə kimi notariat ofisinə müraciət etməmişdir. Eyni zamanda bildirir ki, o, mərhum atası H.Əliyevlə birgə yaşamış, birgə təsərrüfatı idarə etmişdirlər. Belə olan halda MM-nin 1303-cü maddəsinə əsasən o, üstünlük daşıyır. İddiaçı miras əmlakı qəbul etməkdən imtina etdiyindən mərhum atasına məxsus fərdi evi qəbul etmişdir. Həmin evin yerləşdiyi torpaq sahəsinin bir hissəsini vicdanli satıcı kimi satmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, İddiaçı mərhum Həsənbala Əliyevin varisidir. Cavabdeh miras əmlakın qəbulu müddətinin uzadılması barədə qəbul edilmiş qətnamədən şikayət vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi həmin qətnaməni ləğv etmiş və iddiaçıya miras üzrə əmlak üzrə payların bölünməsi tələbi ilə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Onlar bu barədə iddia qaldıracaqdır. Qeyd edir ki, cavabdeh mübahisəli əmlakın bir hissəsini təcili surətdə başqa şəxsə satmışdır. Ona görə də onların iddia tələbi həm şəhadətnamənin, həm də çıxarışların ləğvindən ibarətdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilinin dedikləri ilə razı olduğunu bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, mirasın qəbul edilmə müddətinin uzadılması barədə qərardan şikayət vermiş və onun şikayəti Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Bundan başqa qardaşının digər iddiası da təmin edilməmiş, həmin qərar Ali Məhkəmədə də qüvvədə qalmışdır. Göründüyü kimi bütün qərarlar onun xeyrinədir. Həmin qərarlarda miras əmlak üzrə payların müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Ona görə də heç bir vərəsəlikdən söhbət gedə bilməz. Bu səbəbdən o torpaq sahəsinin üzərinə qoyulmuş həbsin də götürülməsini istəyir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 və "Daşınmaz Əmlakın Dövlət KadastrıvəReyestri" X11 2 saylı Sumqayıt ərazi idarəsinin nümayəndələri, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmiş, Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, digər şəxslər isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sözügedən daşınmaz əmlak 101 nömrəli fərdi yaşayı evi kimi qeydiyyata alınmış və fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportu” və 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 476 nömrəli vərəsəlik məktubu əsasında mərhum Əliyev Həsənbala Ağa oğlunun adına qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü ii tarixli 2V-239 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Cavabdeh1 adına qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-643 reyestr nömrəli alqı-satqı müqaviləsi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bölünməsi ilə bağlı **********, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli ərizələr idarəyə daxil olmuşdur. Daxil olmuş müraciət əsasında sözügedən əmlak üzərində bölünmə əməliyyatı aparılaraq dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllə ərazisində yerləşən 101 saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə xx.xx.2023-cü il tarixində idarəyə daxil olmuş Sumqayıt Şəhər Məhkəməsinin 16(060)-205/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı əsasında sözügedən daşınmaz əmlak və bölünmüş hissəsi üzərinə qadağa qoyulmuşdur. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4956/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, İddiaçı mərhum xx.xx.2011-ci il tarixdə ölmüş Əliyev Həsənbala Ağa oğlundan miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab edilərək müddətin uzadılmasının bərpa edilməsi qət edilmişdir. İşdə olan AZ İİ-255069 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Həsənbala Ağa oğlu xx.xx.2011-ci il tarixdə Sumqayıt şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1298 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 29 noyabr 2023-cü il tarixli, 1297 nömrəli məktubundan görünür ki, xx.xx.2011-ci il tarixdə ölmüş Əliyev Həsənbala Ağa oğlundan miras qalmış əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1312/2023 saylı qərarı nəzərə alınaraq, Əliyev Həsənbala Ağa oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən əmlaka dair vərəsəsi Cavabdeh1 xx.xx.2023-cü il tarixli 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3327/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçılar İddiaçı, X2, X3 cavabdehlər Cavabdeh1 və X8 qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddiası təmin edilməmiş, qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X4, X5 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, cavabdehlər İddiaçı, X6 və X3 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilmişdir. İşdə olan olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2092/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3327/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)1312/2023 saylı qərarından görünür ki, həmin qərar ilə Sumqayıt Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2092/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2011-ci il tarixdə ölmüş Əliyev Həsənbala Ağa oğlunun vərəsəsi Cavabdeh1dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Əliyev Həsənbala Ağa oğluna verilmiş **********11-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəli **********DU32102 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini 25000 manata X1. İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Aslan Atakişitev küçəsi, 9A saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X7 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İşdə olan olan Sumqayıt Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1435/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, həmin qətnamə ilə qətnamə ilə maraqlarına toxunan şəxs Cavabdeh1 tərəfındən verilmiş apeliyasiya şikayətı qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(060)- 4956/2023 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional "ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İşdə olan Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)- 3589/2024-cü il tarixli qərarından görünür ki, həmin qərar ilə Sumqayıt Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1435/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir.Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəlı gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Cavabdeh1 adına adına qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın, həmçinin Cavabdeh1 və X10 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin və X7 adına qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi xx.xx.2011-ci il tarixdə ölmüş Əliyev Həsənbala Ağa oğlundan miras qalmış əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməsi və müddətin uzadılmasına dair qəbul edilmiş Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4956/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə istinad etdmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, həmin qətnamə Sumqayıt Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(105)-1435/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi yeganə əsas aradan qalxmışdır. Digər tərəfindən məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi sənədlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1312/2023 saylı qərarı əsasında verilmişdir. Həmin qərarla isə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2092/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və dolayısı ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3327/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3327/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, həmin qətnamə ilə məhkəmə hesab etmişdir ki, Əliyev Həsənbala Ağa oğlu xx.xx.2011-ci ildə vəfat etmiş, həmin vaxtdan etibarən H.Əliyevin vərəsələrindən Cavabdeh1 mübahisəli mənzili miras əmlak kimi faktiki olaraq qəbul etmiş və orada ailə üzləri ilə birlikdə daimi əsaslarla yaşamağa davam etmişdir. Eyni zamanda qətnamədə qeyd edilmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 mübahisəli mənzili atasının vəfatından sonra, yəni xx.xx.2011-ci ildən etibarən miras əmlak kimi faktiki olaraq qəbul etdiyindən məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına elə həmin tarixdən qarşılıqlı iddiaçı Cavabdeh1 gözlənilən hüququ vardır. Qanuni əsaslarla ayrılmış torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində hal-hazıradək qeydə alınmaması isə 20 ildən çox orada yaşayan, miras əmlak kimi həmin evi qəbul edən və fasiləsiz olaraq ona sahiblik edən şəxslərin hüquqlarının pozulmasına səbəb ola bilməz. AR MPM-nin 82.3-cü maddəsinə əsasən isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığını və mübahisələndirilən sənədlərin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2011-ci ildə vəfat etmiş Əliyev Həsənbala Ağa oğlundan qalmış ünvan 1 ünvanında yerləşən əmlaka dair Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnamə və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarış) həmin məhkəmə aktları əsasında verildiyini nəzərə alan məhkəmə hesab edir ki, sözügedən sənədlərin verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Bu səbəbdən həmin sənədlərin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Eyni zamanda məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbinin təmin edilməməsi iddia tələbinin digər hissələrdə də (Cavabdeh1 və X10 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Alqı-satqı müqaviləsinin və X7 adına qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi) təmin edilməməsinə səbəb olur. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarın 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Göründüyü kimi həm mübahisələndirilən sənədlər, həm də həmin sənədlərin verilməsinə əsas olmuş məhkəmə aktları xx.xx.2023-cü il tarixədək qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 2 saylı Sumqayıt Ərazi İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbərtutub, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 2 saylı Sumqayıt Ərazi İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-737/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-737/2024
16.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver