Məhkəmə qərarları › İş №2(060)-7456/2025

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-7456/2025

18.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7456/2025 18.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 28/15, 24 saylı mənzilinə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx xxx 1964-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Hazırda Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 28/15, 24 saylı mənzildə pasport qeydiyyatındadır. Hazırki iş üzrə Cavabdeh onun qızıdır. Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 28/15 ünvanında yerləşən 24 saylı mənzil 2011-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Qeyd edir ki, qızı sözügedən mənzildə heç vaxt yaşamamış, mənzil ilə heç bir əlaqəsi olmamışdır. Belə ki, AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 20 dekabr 2023-cü il tarixli arayışından da görünür ki, cavabdeh sözügedən mənzildə qeydiyyatda olmamış, onu aldadaraq sözügedən mənzilə qeydiyyata düşmüş, daha sonra isə onun razılığı olmadan tanımadığı bir şəxslə ailə qurmaq niyyəti ilə evi tərk etmişdir. Hazırda heç bir əlaqələri yoxdur. Harada olması barədə heç bir məlumatı yoxdur. Bu səbəbdən də hesab edir ki, cavabdehin mənzilə yaşayış-istifadə hüququ yoxdur. Onun uzun müddətdir ki, sözügedən mənzildə yaşamaması başqa yaşayış yerinin olmasına və həmin mənzilə ehtiyacının olmamasına dəlalət edir. Bildirmək istəyir ki, hazırda xüsusi mülkiyyətində olan mənzil ilə bağlı satmaq, bağışlamaq və sair digər hərəkətlər etmək istəsə də cavabdehin mənzildə yaşamamasına baxmayaraq pasport qeydiyyatında olması səbəbindən razılığı tələb edilir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh ünvan 1 ünvanına dair mənzilə istifadə hüququna xitam verilməli və həmin mənzildən pasport qeydiyyatından çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki,cavabdeh Aytən qızıdır. O evdə yaşamamışdır. Ümumiyyətlə onlar oradan köçəndən orada yaşamamışdır.İşə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmənin qərardadı ilə mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 21 dekabr 2011-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. X4, X6 da qeydiyyatda olan digər şəxslər kimi göstərilmişdirlər. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 21 dekabr 2011-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. X4, X6, Cavabdeh da qeydiyyatda olan digər şəxslər kimi göstərilmişdirlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, qonşular X5, X1 aktı tərtib edərək təsdiq etmişdirlər ki, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh mənzildə heç vaxt yaşamamışdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Ərazi İdarəsi daşınmaz əmlakın texniki pasportundan görünür ki, tarixdən ünvan 2-ün sahibi İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, tarixdən ünvan 2 İddiaçı adına xx.xx.2011-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır.Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 25 dekabr 2025-ci il tarixli “mənzilin hüquqi rejmi” ilə bağlı sorğuya cavabından görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 28/15 Ünvanında yerləşən 24 saylı mənzil Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli 26 nömrəli order, Sumqayıt Şəhər İcra Hakimiyyəti MTİİB 8 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 1966 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) əsasında X3 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 40-2-51 nömrəli "Mənzilin alqı-satqı müqaviləsi" əsasında sözügedən mənzil X7 adına qeydiyyata alınaraq xx.xx.2005-ci il tarixli 25773 nömrəli qeydiyyat vəsiqəsi verilmiş, sonradan xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla dəyişdirilmişdir.Sumqayıt şəhər 3 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli 48/02 nömrəli "Mənzilin alqı-satqı müqaviləsi" əsasında sözügedən mənzil İddiaçı adına qeydiyyata alınaraq, xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X7 adından çıxış edən X9 alıcı İddiaçı Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 28/15 saylı evin 24 nömrəli mənzilini onun mülkiyyətinə verir. Satıcı mənzili 26.656 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, tarixdən ünvan 2 X7 adına xx.xx.2010-cu il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır.Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 2 otaqlı yaşayış sahəsi 31.36 kv.m., köməkçi sahəsi 13,81 kv.m.-dən ibarət olan 28/15 saylı evin 24 №-li mənzili (evin bir hissəsi) Xüsusi mülkiyyət hüququ əsasında Sumqayıt şəhər1 №-li DNKnın 4Ə-2-51 nömrəli, 24 may 2005-ci il tarixli alıq-satqı müqaviləsi əsasında X7 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 02 avqust 2011-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh mübahisəli mənzildə yaşamamışdır. Qeyd olunan hal, iş materiallarında olan sənədlər əsasında təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıdığından, cavabdehlər artıq uzun müddətdir ki, başqa yerdə yaşadığından və cavabdehin mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı cavabdehə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən, iddia təmin olunmalı və Cavabdeh Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 28/15 24 saylı mənzildə yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun tutulması ilə bağlı hər hansı tələb olmadığından ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 28/15, 24 saylı mənzildə yerləşən yaşayış sahəsinə olan istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar