Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7479/2021 19.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı imtina ərizəsinin ləğv edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı imtina ərizəsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 16 fevral 2021-ci ildə vəfat etmiş atası X1 irs qalmış yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən imtina edilməsi barədə Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisində qeydə alınmış ərizəsinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatına 20 avqust 2021-ci il tarixdə daxil olmuş mülki işin hazırlıq iclası 01.09.2021-ci il tarixə, saat 10:40-a təyin edilmiş, məhkəmə hazırlıq iclasında iddiaçı iştirak etmiş, lakin cavabdeh gəlməmişdir. Məhkəmə baxış iclasıları 14.09.2021-ci il tarixdə, 13.10.2021-ci il tarixdə və 05.11.2021-ci ildə keçirilən iclaslarda iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, lakin cavabdeh gəlməmiş, məhkəmə baxış iclası 19.11.2021-ci il tarixə, saat 12:50ə təxirə salınmış, lakin tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı imtina ərizəsinin ləğv edilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı imtina ərizəsinin ləğv edilməsi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-7479/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7479/2021
19.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver