Məhkəmə qərarları › İş №2(060)-7489/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7489/2023

20.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7489/2023 20.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Ədibaba oğlunun Cavabdeh qarşı reyestr 30473 saylı qeydiyyat tarixi 22 avqust 2023-cü il tarixli notarius X4 tərəfindən təstiq edilmiş «Elektron notariat» avtomatlaşdırılmış X2 ləğv edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ədibaba oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, reyestr 30473 saylı qeydiyyat tarixi 22 avqust 2023-cü il tarixli notarius X4 tərəfindən təstiq edilmiş «Elektron notariat» avtomatlaşdırılmış X2 ləğv edilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi reyestr 30473 saylı qeydiyyat tarixi 22 avqust 2023-cü il tarixli notarius X4 tərəfindən təstiq edilmiş «Elektron notariat» avtomatlaşdırılmış X2 ləğv edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsidə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh qismində Cavabdeh göstərərək reyestr 30473 saylı qeydiyyat tarixi 22 avqust 2023-cü il tarixli notarius X4 tərəfindən təstiq edilmiş «Elektron notariat» avtomatlaşdırılmış X2 ləğv edilməsini tələb edir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, iş materiallarından görünür ki, dövlət rüsumunun ödənilməsinə dair qəbz ərizəyə əlavə olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı məsələnin həll edilməsi üçün notariat orqanına müraciət etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Beləliklə, həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən ərizə geri qaytarılmalı, ərizəçiyə bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Ədibaba oğlunun Cavabdeh qarşı reyestr 30473 saylı qeydiyyat tarixi 22 avqust 2023-cü il tarixli notarius X4 tərəfindən təstiq edilmiş «Elektron notariat» avtomatlaşdırılmış X2 ləğv edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar