Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7515/2021 31.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi İsmayılov Azər İbrahim oğlu, İddiaçı Cavabdeh qızına qarşı «avtomobilə aid cərimə borclarının ödənilməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qızına qarşı «avtomobilə aid cərimə borclarının ödənilməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin iddia ərizəsi və sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslər şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. İddiaçı öz ərizəsinə öz tələblərini əsaslandırdığı hallara dair heç bir sənəd əlavə etməmişdir. Bundan başqa İddiaçı Cavabdeh qızının hal-hazırda harada rəsmi olaraq qeydiyyatda olmasını təsdiq edən Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsinin müvafiq arayışını iddia ərizəsinə əlavə etməmiş və cavabdehin poçt ünvanını tam şəkildə göstərməmişdir. Belə olan halda, məhkəmə, hesab edir ki, hazırki vəziyyət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinin tələb etdiyi qaydada cavabdehə iddia ərizəsinin, məhkəmə bildirişinin və s. rəsmi məhkəmə sənədlərinin sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmasını və iş üzrə müvafiq icra sənədi icraya yönələrkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra sistemi”nə daxil edilməsini mümkünsüz edir Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsi halında dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qızına qarşı «avtomobilə aid cərimə borclarının ödənilməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-7515/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7515/2021
31.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver